fövqəladə hadisələr baş verərkən yarana biləcək şəraitin qiymətləndirilməsi.
II BÖLMƏ. Əhalinin və işçilərin mühafizəsinin təşkili. Bu bölmədə əks olunur:
a. Gündəlik fəaliyyət rejimində
mülki müdafiə sahəsində dövlət orqanlarının, hüquqi şəxslərin, vətəndaşların və Mülki Müdafiə qüvvələrinin vəzifələrinin öyrədilməsi və keyfiyyətlə yerinə yetirilməsi;
əhaliyə və işçilərə fərdi mühafizə vasitələrindən istifadə edilmə qaydalarının öyrədilməsi;
əhaliyə və işçilərə kollektiv mühafizə qurğularından istifadə etmə qaydalarının öyrədilməsi;
xəbərdarlıq, rabitə, informasiya sistemlərinin və maddi yardım fondlarının yaradılması və təkmilləşdirilməsi;
b. Yüksək hazırlıq rejimində
MM qərargahlarında (idarəetmə məntəqələrində) rəhbər heyətin növbətçiliyinin təşkil edilməsi və mülki müdafiə qüvvələrinin hazır vəziyyətə gətirilməsi; – xəbərdarlıq, rabitə və informasiya vasitələrinin hazır vəziyyətə gətirilməsi;
fövqəladə halların baş vermə təhlükəsi və ya baş verməsi barədə dövlət orqanlarının və işçilərin (əhalinin) xəbərdar edilməsi;
fövqəladə hadisələrin baş verməsi təhlükəsinin maksimum azaldılması, belə hadisələrin baş verəcəyi hallarda isə insanların sağlamlığının qorunmasına, ətraf mühitə vurula biləcək ziyanın və maddi itkilərin həcminin azaldılmasına dair
tədbirlər;
Mülki Müdafiə qüvvələrinin şəxsi heyətinə və işçilərə fərdi mühafizə vasitələrinin verilməsi;