Mülki Müdafiənin məqsədləri aşağıdakılardır:
1) fövqəladə halların qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin həyata
keçirilməsi;
2) fövqəladə hallar zamanı mümkün olan ziyan və itkilərin həcminin maksimum
azaldılması;
3) fövqəladə halların və onların nəticələrinin aradan qaldırılması.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 25 Sentyabr tarixli193 saylı qərarı ilə
təsdiq edilmiş Qaydalara 1 nömrəli Əlavə
ZONALAR
1.Bakı zonası – Baki şəhərinin 12 rayonu və Abşeron rayonu.
2.Gəncə zonası – Gəncə, Göy-göl, Samux, Goranboy, Naftalan, Şəmkir, Tovuz, Akstafa, Qazax,
Gədəbəy, Daşkəsən, Kəlbəcər rayonları.
3.Sumqayıt zonası – Sumqayıt , Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı rayonları.
4.Şamaxı zonası – Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Göyçay, Kürdəmir rayonları.
5.Mingəçevir zonası – Mingəçevir, Ağdaş, Ucar, Yevlax, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən
rayonları.
6.Şirvan zonası – Şirvan, Hacıqabul, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala rayonları.
7.Ağdam zonası – Xankəndi, Şuşa, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Zərdab, Xocavənd, Xocalı
rayonları.
8.Cəbrayıl zonası – Cəbrayıl, Fizuli, Zəngilan, Qubadlı, Laçın rayonları.
9.Lənkəran zonası – Lənkəran, Astara, Lerik, Yardımlı, Biləsuvar, Cəlilabad, Masallı rayonları.
10.Naxçıvan zonası – Şərur, Şahbuz, Babək, Kəngərli, Ordubad, Culfa, Sədərək rayonları.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 25 Sentyabr tarixli193 saylı qərarı ilə
təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavə
ŞƏHƏRLƏRİN QRUPLARI
1 qrup − Bakı şəhəri
2 qrup − Sumqayıt şəhəri
3 qrup − Gəncə şəhəri
− Mingəçevir şəhəri
− Şirvan şəhəri
− Naxçıvan şəhəri
|