Fəsil-I. Mülki müdafiənin və fövqəladə hadisələrin mahiyyəti
§1. Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri.
1931-ci ilin mayında Fransanın paytaxtı Parisdə tibb xidməti generalı Corc Sant-
Pol “Cenevrə regionu” Assosiasiyasını yaratmışdır.
Bu təşkilatın əsasını qoyanların məqsədi ondan ibarət idi ki,
bütün ölkələrdə
ikitərəfli və çoxtərəfli müqavilə əsasında əhalinin bəzi kateqoriyaları (qadınlar,
uşaqlar, xəstələr və qocalar) üçün təhlükəsizlik zonaları yaradılsın.
1937-ci ildə vəfat edən general Sant-Polun vəsiyyəti ilə Assosiasiya Parisdən
Cenevreyə köçürülmüş və generalın məsləkdaşı Henri Corc Assosiasiyaya başçılıq
etmişdir. Onun təşəbbüsü ilə Assosiasiya tərəfindən İspaniyada 1936-cı ildə baş verən
vətəndaş müharibəsi zamanı əhalinin bəzi qrupları üçün Madriddə və Bilbaoda, 1937-
ci ildə isə Yaponiya və Çin münaqişəsində Şanxayda bitərəf zona yaradılmış, dinc
əhalini qorumağın mümkünlüyü nümayiş etdirilmişdir.
Henri Corc 1947-ci ildə “Müasir müharibədə mülki əhalinin mühafizəsi” adlı
kitabını dərc etdirir. Bu kitab Assosiasiyanın manifesti idi. Burada “Cenevrə regionu”
adı altında təhlükəsiz zona yaratmaq üzrə Beynəlxalq Konvensiyanın
layihəsi öz
əksini tapmışdır. Həmin manifestin ideyası və prinsipləri 1949-cu ilin avqustunda
çağırılan Cenevrə diplomatik Konfransında qəbul edilən sənədlərin əsasını təşkil etdi.
Konfransda ilk 3 Cenevrə Konvensiyasına baxıldı
və müharibə dövründə mülki
əhalinin qorunması ilə əlaqədar dördüncü Konvensiya qəbul olundu. Əgər “Cenevrə
regionu” üzrə Konvensiyada yaralıların, xəstələrin, qadınların, uşaqların və qocaların
mühafizəsi üçün böyük zonalar yaratmaq nəzərdə tutulurdusa,
indi diplomatik
konfrans bu layihəni iki hissəyə böldü. Konfransda yaralı və xəstə əsgərlər üçün
“Qırmızı Xaç” emblemi ilə mühafizə olunan hospital yaradılması
təsdiq edildi və
əlavə olundu ki,
xəstələr, qocalar, əlillər, 15 yaşınadək uşağı olan qadınlar üçün
təhlükəsiz zonalar yaradılmalıdır.
1951-ci ildə doktor Milan Bondi Baş Katib vəzifəsində Henri Corcu əvəzlədi.
Bu elə bir dövr idi ki, Koreya müharibəsinin Dünya
müharibəsinə çevrilməsi
təhlükəsi reallaşırdı. Cenevrə Konvensiyası ilə verilən səlahiyyətlərdən istifadə
edərək “Cenevrə regionu” Assosiasiyası potensial
təhlükəsiz zona axtarmaq və
hazırlamaq üçün əməli fəaliyyətə başladı. Müxtəlif Avropa dövlətlərinin hökumətləri
ilə birlikdə əhalinin təhlükəsiz rayonlara köçürülməsi üçün planlar tərtib olundu.
Müharibə zamanı əhalinin mühafizəsi üçün neytral zonaların yaradılması məsələsi ilə
əlaqədar
1954-cü ildə Berlində Mülki Müdafiə üzrə
ilk Beynəlxalq Konfrans
keçirildi.