Hazırda Mülki Müdafiə sistemində, o cümlədən istehsalat və sosial təyinatlı
obyektlərin əksəriyyətində Mülki Müdafiə planları tərtib edilir.
Mülki Müdafiə planı fövqəladə hadisələr zamanı işçilərin istehsalatı müdafiə
etmək və bu halların nəticələrini aradan qaldırmaq məqsədilə görüləcək işlərin təşkili
qaydasını müəyyən edir.
Mülki Müdafiə planının düzgün və keyfiyyətli tərtib edilməsi, onun həyata
keçirilməsi üçün mühüm şərtdir.
Mülki Müdafiə planı müvafiq obyekt rəhbərlərinin başçılığı ilə Mülki Müdafiə
qərargahı tərəfindən tərtib edilir. Lazımı hallarda bu işə müvafiq mütəxəssisləri də
cəlb etmək olar (obyekt rəhbərinin göstərişi ilə).
Planın məxfilik dərəcəsi, nüsxələrinin sayı və onların saxlanılması qaydası
müvafiq rəhbərin qərarı ilə müəyyən edilir.
Tərtib edilmiş plan Mülki Müdafiə qərargahının rəisi tərəfindən imzalanır,
regional şöbələrin rəisləri ilə razılaşdırılır və obyekt rəhbəri tərəfindən təsdiq edilir.
Təsdiq edilmiş planlar aidiyyatı üzrə icraçılara çatdırılır və onların icrasına nəzarət
təşkil edilir.
Mülki Müdafiə planı hər il yanvar ayının 1-nə qərargah rəisi tərəfindən
dəqiqləşdirilir və bu haqda plandakı düzəliş vərəqəsində qeydlər edilir. Ciddi
məsələlərə aid düzəlişlər (dəyişikliklər) barədə obyektin rəhbərinə məlumat verilir.
Mülki Müdafiə planının icrası obyekt rəhbərinin sərəncamı (əmri) əsasında
həyata keçirilir.
Dostları ilə paylaş: