Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Qərargahların əsas vəzifələri aşağıdakılardır



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə16/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   12   13   14   15   16   17   18   19   ...   97
Mülki müdafiə-converted

Qərargahların əsas vəzifələri aşağıdakılardır: 
I. Dinc dövrlərdə: 
1. Mülki Müdafiə planlarını hazırlamaq və onu təhlil etmək; 
2. Mülki Müdafiə üzrə əhalinin hazırlığını təşkil etmək; 
3. İdarəetmə, rabitə və xəbərdarlıq sistemlərini yaratmaq və onların fasiləsiz 
işləməsini təmin etmək. 
II. Fövqəladə hadisə zamanı: 
1. Rəhbər heyəti, Mülki Müdafiə qüvvələrini və bütün əhalini yaranmış 
vəziyyət haqqında xəbərdar etmək; 
2. Xilasetmə işlərini görmək üçün Mülki Müdafiə qüvvə və vasitələrinin 
qruplaşmalarını təşkil etmək; 
3. Mülki Müdafiə kəşfiyyatını və dozimetrik-kimya nəzarətini təşkil etmək; 
4. Yaranmış vəziyyətdən nəticə çıxarmaq, vəziyyət barədə qonşu rayon və 
obyektləri xəbərdar etmək; 
5. Hərtərəfli təchizatı təşkil etmək; 
6. Məxfilik rejiminin saxlanması və xidməti sirrin qorunması tədbirlərini həyata 
keçirmək. 
Mülki Müdafiə qərargahları əsas diqqəti Mülki Müdafiə tədbirlərinin vaxtında 
yerinə yetirilməsinə yönəltməlidir. Bu tədbirlər kollektiv mühafizə qurğularının 
tikilməsi, fərdi mühafizə vasitələri fondunun yaradılması, Mülki Müdafiə 
qüvvələrinin təşkili, onların hazırlığı, fövqəladə hadisələr zamanı obyektlərin sabit 
işinin təşkilindən və s. ibarətdir. 
Hər bir qərargah, bütün Mülki Müdafiə tədbirlərinin yerinə yetirilməsini 
istənilən şəraitdə təmin etməyə qadir olan yığcam və intizamlı kollektiv olmalıdır. 
Yuxarı instansiyada duran qərargahların yüksək tələbkarlığı və dəqiqliyi 
tabelikdə olan qərargahlara nümunə olmalıdır. O, öz vaxtının çox hissəsini (70%) 
tabeliyində olan qərargahlara və Mülki Müdafiə qüvvələrinə sərf etməlidir. 
Təsərrüfat obyektində Mülki Müdafiə qərargahının təşkili sxemi 


Qərargahın tərkibi obyektin ştat üzrə işçilərindən yaradılır və obyekt rəhbərinin 
əmri ilə rəsmiləşdirilir. 
Qərargah işçilərinin tərkibi obyektin xüsusiyyətindən, tabeçiliyindən və işçilərin 
sayından asılıdır. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin