Tələbələrə Mülki Müdafiənin öyrədilməsi üzrə əsas vəzifələr aşağıdakılardır:
– fövqəladə hallarda fəaliyyət göstərmək və ali məktəblərdə aldıqları ixtisasa müvafiq
olaraq, obyektlərin sabit işinin təmin edilməsi üsullarını öyrənmək;
– tibbi biliklərin əsaslarına yiyələnmək və fövqəladə
hallarda əməli olaraq tibbi
yardım göstərməyi bacarmaq;
– ümumtəhsil məktəblərinin 2, 5, 6-cı siniflərində Mülki Müdafiə və tibbi hazırlıq
fənləri üzrə məşğələlər aparmağı bacarmaq.
Mülki Müdafiə və tibbi biliklərin əsasları üzrə məşğələlər xüsusi fənn
olmaqla bütün ali təhsil müəssisələrində bir semestr keçirilir
və imtahan verməklə
yekunlaşır.
Ali pedaqoji məktəb tələbələrinə, orta məktəblərdə
təcrübə keçən dövrdə
Mülki Müdafiə və tibb hazırlığı fənləri üzrə məşğələlər aparılması da planlaşdırılır.
Ümumtəhsil, texniki peşə, orta ixtisas və onlara
bərabər tutulan digər
məktəblərin 10-11 sinif şagirdlərinə, Mülki Müdafiə fənni «Gənclərin
ibtidai hərbi
hazırlıq proqramına» bölmə kimi daxil edilir və proqramda nəzərdə tutulan miqdarda
hərbi rəhbər tərəfindən tədris olunur.
Mülki Müdafiə fənni 2-ci sinifdə – 6 saat, 5-ci sinifdə – 8 saat və 6-cı sinifdə
– 8 saat tədris olunur. Saatlar bədən tərbiyəsi fənninin tədris saatlarına daxil edilir və
sinif rəhbərləri tərəfindən tədris olunur.
Mülki Müdafiəni tədris edən sinif rəhbərləri tədris ilinin əvvəlində yerli
Mülki Müdafiə qərargahlarının nəzdində 3 günlük kurs keçirlər.
Dostları ilə paylaş: