2. İşçilərin kollektiv mühafizə qurğuları ilə təmin olunması cədvəli.
3. İşçilərin fərdi mühafizə vasitələri, kimyəvi kəşfiyyat və dozimetrik (doza ölçən)
nəzarət cihazları ilə təmin olunması cədvəli.
4. Ehtimal olunan kimyəvi zəhərlənmə zonasının miqyası haqqında
məlumat
cədvəli.
5. Fövqəladə hadisələr nəticəsində yarana biləcək vəziyyət (obyektin planında).
6. İdarəetmənin, xəbərdarlığın və rabitənin təşkili sxemi.
7. İşçilərin fəlakətli subasma zonalarından köçürülməsinin hesabatı (aidiyyatı üzrə).
8. İşçilərin güclü təsirli zəhərləyici maddələr təhlükəsi yaranmış zonalardan
köçürülməsinin hesabatı (aidiyyəti üzrə).
9. Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasına
cəlb olunacaq mülki
müdafiə qüvvə və vasitələrinin hesabatı.
§5. Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanmasının təşkili,
Mülki Müdafiə biliklərinin təbliği
Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində
əhalinin hazırlığının təşkili.
Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması mülki
müdafiənin əsas vəzifələrindən biridir.
Fövqəladə hadisələrdən müdafiəyə respublikanın bütün əhalisi hazırlanır.Bu
zaman 6-16 yaşlı şəxslərə-fövqəladə hadisələrdən müdafiə üsulları, 17 yaşdan yuxarı
şəxslərə isə, bundan əlavə belə halların nəticələrini aradan qaldırmaq üzrə fəaliyyət
qaydaları da öyrədilir.
Mülki müdafiənin əhaliyə öyrədilməsi respublikanın
bütün ərazisindəki
nazirlik, komitə, idarə və müəssisələrin, təşkilatların rəhbərləri tərəfindən təşkil edilir,
kadrların hazırlanması sistemində əsas vəzifələrlə yanaşı mülki müdafiə üzrə
vəzifələr də nəzərə alınmaqla həyata keçirilir.
Obyektlərdə
mülki müdafiənin öyrədilməsi, tədris qruplarında məşğələ
keçməklə və ya mühafizə məsələlərini müstəqil surətdə öyrənmək üsulları ilə həyata
keçirilir.
Məşğələlərin mövzuları, keçirilmə qaydası və vaxtı (iş vaxtı
və ya işdən
sonra) yerli şərait, istehsalın xüsusiyyətləri və öyrədilən şəxslərin hazırlıq
dərəcəsi
nəzərə almaqla müəyyən edilir.
Kollektiv və ya fərdi əmək müqaviləsi bağlanarkən, mülki müdafiə hazırlığı
üzrə işə qəbul edənin və əmək kollektivinin vəzifələri müəyyən olunur.
Mülki müdafiə hazırlığı üzrə mövzular və tədris saatlarının miqdarı müvafiq
nazirlik, dövlət komitələri, baş idarələr tərəfindən
yerli xüsusiyyətlər nəzərə
alınmaqla işlənib hazırlanır və Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılır.
Mülki müdafiə təlimləri və məşqləri – fövqəladə hadisələr dövrlərindəki
mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi üzrə bütün əhali qruplarını
hazırlamağın əsas forması hesab edilir.
Respublikanın əhalisinə mülki müdafiə biliklərinin öyrədilməsində təbliğatın
bütün formalarından istifadə olunur.
Dostları ilə paylaş: