Botulizm toksini hazırda məlum olan bütün zəhərlərdən ən güclüsüdür. Onu
çoxlu
miqdarda həm maye, həm də quru halında istehsal etmək mümkündür.
Botulizm toksini istiyə davamlıdır. Quru halda özünün zəhərliliyini uzun müddət
saxlaya
bilir ki, buda toksin ehtiyatı yaratmağa imkan verir. Toksinin dadı və iyi
olmadığı üçün onu hiss etmək çətindir.
Botulizm toksini çox güclü zəhərləmə xüsusiyyətinə malikdir. İnsanların və
heyvanların zəhərlənməsi əksər hallarda (90-100%) ölümlə nəticələnir. Ona görə də
botulizm toksini düşmənin tətbiq edəcəyi bakterioloji silahın
ən çox ehtimal edilən
növlərindən biri hesab edilir.
Tulyaremiya
Tulyaremiya – insan və heyvanların tulyaremiya xəstəliyinə çox meylli
olduqlarını, inkubasiya dövrünün qısa, xarici mühitdə törədicinin çox davamlı,
yoluxmanın müxtəlif yollarla aparılmasının mümkün olduğunu, yoluxma nəticəsində
xəstəliyin çox uzun və ağır keçdiyini nəzərə alaraq düşmən
tərəfindən tulyaremiya
törədicisinin bakterioloji silah kimi tətbiq edilməsi mümkündür. Heyvanların
tulyaremiya ilə yoluxdurulması çox ciddi epidemioloji əhəmiyyətə malikdir.
Tulyaremiya törədicisinin tətbiq olunmasını ilin istənilən vaxtında, müxtəlif
sahələrdə, o cümlədən cəbhədən çox uzaq rayonlarında belə gözləmək olar.
Tulyaremiya törədicisini tətbiq etmək üçün ən çox ehtimal olunan vasitə bakterioloji
aerozoldur. Tulyaremiya törədicisinin bakterioloji aerozol
vasitəsilə tətbiq etdikdə
xəstəlik çox ağır formalarda: ağciyər və ümumiləşmiş formalarda yayılır. Törədici
insan orqanizminə dəri, gözün selikli qişası, tənəffüs yolları və mədə-bağırsaq traktı
vasitəsilə daxil olur. İnkubasiya dövrü 3-7 gündür. Adətən xəstəlik qəfil başlayır,
üşütmə meydana çıxır, bədən temperature 38° - 40°C-yə çatır. Davamlı baş ağrısı,
başgicəllənmə, halsızlıq, əzələ ağrıları, iştahsızlıq inkişaf edir.
Müalicə üçün antibakterial preparatlar (streptomisin, tetraskilin, levomisetin)
mühüm yer tutur.