Maskanı geymək üçün onu iki əllə bərkidici hissənin aşağı hissəsindən elə tutmaq
lazımdır ki, baş barmaqlar maskanın içərisinə doğru yönəldilmiş olsun.
Sonra
maskanın aşağı hissəsini çənənin altına keçirib başa doğru çəkməklə maskanı üzə
keçirir, bərkidici hissəni başda sahmanlayırlar. Daha sonra maskanı üzdə əl ilə elə
düzəltmək lazımdır ki, o alına və gicgahlara kip yatsın.
Pambıqlı tənzif sarğı ölçüləri 80x40 sm olan tənzif parçasından hazırlanır. Onun
orta hissəsinin üzərinə 20x15 sm sahədə qalınlığı 2 sm olan pambıq qatı döşəyir,
tənzifin artıq qalan hər iki kənarını uzununa pambıq qatı üstünə qatlayır və uclarını
kəsirlər. Bu zaman iki bağ alınır, sarğını taxarkən onun aşağı bağları kəllədə, yuxarı
bağları isə peysərdə bənd edilir. Pambıqlı tənzif sarğı ağızı
və burunu əhatə edib
örtməlidir. Belə sarğılar ancaq bir dəfə istifadə üçün yararlıdır. Parça maska və ya
sarğı olmadıqda dəsmaldan, şərfdən, yaylıqdan və s. istifadə etmək lazımdır. Gözləri
radioaktiv tozdan qorumaq üçün tozəleyhinə eynək taxmaq olar.
Dostları ilə paylaş: