digər təxirəsalınmaz işlərin aparılmasında
mühəndis kəşfiyyatı mühüm yer tutur.
Mühəndis kəşfiyyatı ştatlı mühəndis kəşfiyyat dozoru və ya mühəndis kəşfiyyatı
manqası tərəfindən aparılır. Kəşfiyyatçıların təchizatı kəşfiyyat tapşırıqlarına
uyğun
həyata keçirilir.
Kəşfiyyat zamanı müşahidə aparılır, hadisə yerinə, oradakı əşyalara, iş aparılan
sahəyə və obyektlərə, qurğuların vəziyyətinə bilavasitə baxış keçirilir.
Kəşfiyyat tapşırıqları verilən zaman dozora (manqaya) göstərilir:
fəaliyyət
göstəriləcək zonanın hüdudları; hərəkət marşrutu; çıxış məntəqəsindən keçmə vaxtı;
kəşfiyyatın vəzifələri (hansı vaxtda, hansı məlumatları
toplamaq, hansı məntəqəyə
kimi kəşfiyyat aparmaq və kəşfiyyatın sona çatma vaxtı), ayrılmış
nəqliyyat
vasitələrinin sayı və kəşfiyyat məlumatlarının məruzə edilməsi qaydası.
Dostları ilə paylaş: