dibindəki deşiyi tıxacla, ya da əlin ovucu ilə bağlayıb nəfəs alırlar, bu zaman
maskanın altına hava keçməməlidir.
Əleyhqazın gözlük şüşələri tərləməsin deyə, içəri tərəfdən onların səthinə xüsusi
karandaş vasitəsilə şəbəkə şəklində 5-6 yüngül xətt çəkir, sonra bu xətləri şüşə
şəffaflanana qədər barmaqla sürtürlər. Bəzi əleyhqazlarda bu məqsədlə tərləməyən
plyonkalardan istifadə olunur.
Təcriedici əleyhqazlar. İP-4, İP-5 tipli təcridedici əleyhqazlar və ya KİP-5, KİP-7,
KİP-8 tipli təcridedici oksigen cihazları insanın tənəffüs üzvlərini ətrafdakı havadan
tamamilə təcrid edir. Nəfəs almaq üçün hopkalit (bərpaedici) patrondan, yaxud
oksigen balonundan verilən oksigendən istifadə olunur. Belə əleyhqaz və cihazlar,
havada zəhərləyici maddələrin o cümlədən karbon 1-oksidin konsentrasiyası çox
yüksək olan hallarda istifadə edilir.
Süzücü-uducu qutunun mühafizəedici qatları karbon 1-oksidi (dəm qazını) udub
saxlaya bilmir, buna görə də tənəffüs üzvlərinin karbon 1-oksiddən mühafizəsinin
təmin edilməsi üçün xüsusi hopkalit patrondan istifadə olunur ki, bu patron
əleyhqazın üzlük hissəsi ilə süzücü-uducu qutusu arasında qutuya burulub
birləşdirilir.
Oksigenlə təchizetmə prinsipinə görə təcridedici əleyqaz və cihazlar iki qrupa
bölünür: kimyəvi əlaqəli oksigenlə və sıxılmış oksigenlə təchiz edən cihazlar. Birinci
qrupa İP-4, İP-5 əleyhqazları, ikinci qrupa KİP-5, KİP-7, KİP-8 cihazları aiddir.
Dostları ilə paylaş: