şlem-maskalar – 4 ölçüdə) buraxılır və onların ölçüləri çənəaltı hissədə rəqəmlərlə
göstərilir.
QP-5 tipli əleyhqazın üzlük hissəsini seçərkən başı: kəllə-yanaqlar-çənəaltı
hissədən keçən dairəvi xətt üzrə ölçürlər. Alınan kəmiyyət 63 sm-ə qədər olarsa – «0»
ölçülü, 65 sm-ə qədər 1-ci, 68 sm-ə qədər 2-ci, 70 sm-ə qədər 3-cü, 71 sm-dən artıq
olarsa 4-cü ölçülü şlem-maska lazımdır.
QP-7 tipli əleyhqazlar iki növdə buraxılır: QP-7 və QP-7v,
bunlar bir-birindən
üzlük hissələri ilə fərqlənirlər. QP-7 əleyhqazı danışıq və suiçmə tərtibatı olmayan
MQP tipli üzlük hissə ilə komplektləşdirilir. QP-7v əleyhqazı isə, danışıq tərtibatı və
əsgərin su qabından (flyaqa) içmək üçün suiçmə tərtibatı olan MQP tipli üzlük hissə
ilə komplektləşdirilmişdir hansı ki, zəhərli atmosferdə işləyərkən adamın su içə
bilməsinə imkan yaradır.
QP-7 (QP-7v) əleyhqazının üzlük hissələrini santimetr bölgülü lent vasitəsilə
başın üfüqi və şaquli çevrələrini ölçüb təyin etməklə seçirlər. Üfüqi çevrənin
ölçüsünü tapmaq üçün başı, qabaqdan qaşların üstündən, yanlarda –
qulaq
seyvanlarından 2-3 sm yuxarıdan, arxada isə, kəllinin ən çox çıxıntılı hissəsindən
keçən qapalı xətt üzrə ölçürlər.
Şaquli çevrənin ölçüsünü tapmaq üçün başı, kəllə-yanaqlar-çənəaltı hissə üzrə
keçən dairəvi xətt ilə ölçməklə müəyyən edirlər. Məsələn, əgər başın şaquli və üfüqi
çevrələrinin ölçmə nəticələrinin cəmi 118.5 sm-ə bərabərdirsə, bu maskanın 1-ci
ölçüsünə, 121.5-126 sm-ə bərabərdirsə – 2-ci ölçüsünə, 126.5 sm-dən artıqdırsa – 3-
cü ölçüsünə bərabərdir.
Uşaq əleyhqazlarının quruluşca özünə məxsus xüsusiyyətləri var. Məsələn DP-6m
əleyhqazı 1.5 yaşdan yuxarı məktəbəqədər uşaqlar üçündür. Bu əleyhqaz
yüngülləşdirilmiş süzücü-uducu qutudan və üzlük hissə olaraq MD-1 uşaq
maskasından ibarət olur.
DP-6 əleyhqazı nisbətən böyük uşaqlar üçün nəzərdə tutulmuşdur, iri ölçülü
süzücü-uducu qutu və üzlük hissə ilə komplektləşdirilmişdir.
PDF-D əleyhqazları da məktəbəqədər uşaqlar üçün nəzərdə tutulmuşdur. QP-5
tipli süzücü-uducu qutudan və üzlük hissə olaraq MD-3 maskalarından ibarətdir.
PDF-Ş əleyhqazı 6 yaşdan 17 yaşa qədər olan məktəbli uşaqlar üçün nəzərdə
tutulmuşdur, QP-5 tipli süzücü-uducu qutudan və üzlük hissə olaraq MD-3
maskalarından ibarətdir.
Uşaq əleyhqazlarının quruluşu və iş prinsipi yuxarıda göstərilən xüsusiyyətlər
istisna edilməklə yaşlı adamlar üçün olan əleyhqazlarda olduğu kimidir.
Əleyhqazı istifadəyə hazırlayarkən əvvəlcə şlem-maskanın lazımi ölçüsünü
seçirlər. Uşaq əleyhqazları beş ölçüdə buraxılır, 1-ci və 2-ci ölçülər – məktəbə qədər,
3-cü, 4-cü və 5-ci ölçülər isə məktəbli uşaqlar üçündür.
Uşaq əleyhqazı maskasının ölçüsünü tapmaq üçün üzün uzunluğunu,
millimetr
bölgülü xətkeşlə ölçürlər. Məsələn, PDF-D əleyhqazının maskasını seçərkən, üzün
uzunluğu 88-95 mm olduqda 3-cü, 96-103 mm olduqda 4-cü, 104-111 mm olduqda
5-ci ölçülü maska lazımdır. PDF-Ş əleyhqazlarda şlem-maskanın lazımi ölçüsünü isə
başın çevrəsini kəllə-yanaqlar-çənəaltı hissədən keçən qapalı xətt üzrə santimetr
bölgülü lentlə ölçüb tə’yin edirlər. Əleyhqazın lazımi ölçüsünü seçdikdən sonra onun
kipliyini yoxlayırlar. Bu məqsədlə şlem-maskanı başa taxır, süzücü-uducu qutunun
dibindəki deşiyi tıxacla, ya da əlin ovucu ilə bağlayıb nəfəs alırlar, bu zaman
maskanın altına hava keçməməlidir.
Əleyhqazın gözlük şüşələri tərləməsin deyə, içəri tərəfdən onların səthinə xüsusi
karandaş vasitəsilə şəbəkə şəklində 5-6 yüngül xətt çəkir,
sonra bu xətləri şüşə
şəffaflanana qədər barmaqla sürtürlər. Bəzi əleyhqazlarda bu məqsədlə tərləməyən
plyonkalardan istifadə olunur.
Təcriedici əleyhqazlar. İP-4, İP-5 tipli təcridedici əleyhqazlar və ya KİP-5, KİP-7,
KİP-8 tipli təcridedici oksigen cihazları insanın tənəffüs üzvlərini ətrafdakı havadan
tamamilə təcrid edir. Nəfəs almaq üçün hopkalit (bərpaedici) patrondan, yaxud
oksigen balonundan verilən oksigendən istifadə olunur. Belə əleyhqaz və cihazlar,
havada zəhərləyici maddələrin o cümlədən karbon 1-oksidin konsentrasiyası çox
yüksək olan hallarda istifadə edilir.
Süzücü-uducu qutunun mühafizəedici qatları karbon 1-oksidi (dəm qazını) udub
saxlaya bilmir, buna görə də tənəffüs üzvlərinin karbon 1-oksiddən mühafizəsinin
təmin edilməsi üçün xüsusi hopkalit
patrondan istifadə olunur ki, bu patron
əleyhqazın üzlük hissəsi ilə süzücü-uducu qutusu arasında qutuya burulub
birləşdirilir.
Oksigenlə təchizetmə prinsipinə görə təcridedici əleyqaz və cihazlar iki qrupa
bölünür: kimyəvi əlaqəli oksigenlə və sıxılmış oksigenlə təchiz edən cihazlar. Birinci
qrupa İP-4, İP-5 əleyhqazları, ikinci qrupa KİP-5, KİP-7, KİP-8 cihazları aiddir.
Dostları ilə paylaş: