Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Mühəndis kəşfiyyatı müəyyən etməlidir



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə67/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   63   64   65   66   67   68   69   70   ...   97
Mülki müdafiə-converted

Mühəndis kəşfiyyatı müəyyən etməlidir: 
yollarda, körpülərdə və keçidlərdə dağıntıların xarakterini, dərəcəsini, 
həcmini və mexanizmlərdən istifadənin mümkünlüyünü; 
− kommunal-enerji sistemlərində zədələrin xarakterini və yerlərini; 
− su mənbələrinin vəziyyəti və onlardan istifadə olunmasının mümkünlüyünü; 
− partlayış işlərinin aparılması şəraitini; 
− xilasetmə və digər təxirəsalınmaz işlərin həcmini və aparılması şəraitini. 
Fövqəladə hallarda MM kəşfiyyatının təşkili və aparılması
Kəşfiyyatı təşkil etmək, bütün MM rəhbərlərinin, qərargahlarının və 
komandirlərinin vacib vəzifələrindən biridir. 
Mülki müdafiə rəhbəri kəşfiyyatın konkret məqsədlərini, bunun üçün istifadə 
ediləcək qüvvələri, ilk növbədə hansı məlumatların toplanmasını və müddətlərini 
müəyyənləşdirir. 
Kəşfiyyatın təşkil edilməsi üçün MM qərargahının rəisi məsuliyyət daşıyır, bu 
işin bilavasitə təşkilatçısı isə MM qərargahı rəisinin müavinidir. O, MM rəhbərinin 
qərarına və qərargah rəisinin göstərişlərinə uyğun olaraq kəşfiyyat tədbirlərini 
planlaşdırır, qrupları və manqaları fəaliyyətə hazırlayır, kəşfiyyata göndərir, onlardan 
alınan kəşfiyyat məlumatlarını toplayır, təhlil edir və ümumiləşdirir. Fəlakət 
rayonlarında, yaxud zədələnmə ocaqlarında yaranmış vəziyyət barədəki bu 
məlumatlar dərhal MM rəhbərinə və yuxarı qərargaha təqdim edilir, həmçinin 
tabelikdəki qərargahlara və bölmə komandirlərinə çatdırılır. 
Kəşfiyyatı təşkil etmək üçün əsas sənəd – kəşfiyyat planıdır. Kəşfiyyat planı 
müvafiq MM qərargahında əvvəlcədən tərtib edilir, yuxarı qərargahla razılaşdırılır və 
MM rəhbəri tərəfindən təsdiqlənir. 
Plana obyektin sxemi və ya rayonun xəritəsi əlavə edilir. Orada idarəetmə 
məntəqələrinin, mühafizə qurğularının və kəşfiyyat bölmələrinin yerləri, bu 
bölmələrin fəaliyyət marşrutları və tapşırıqlarını yerinə yetirdikdən sonra toplanış 
məntəqələri şərti işarələrlə göstərilir. MM qərargahının rəisi bölmə komandirlərinə 
kəşfiyyat aparmaq barədə şifahi sərəncamı məhz bu sxem əsasında verir. Sərəncamda 
yaranmış vəziyyət barədə qısa məlumat verilir, kəşfiyyatın nə məqsədlə aparıldığı, 
onun konkret vəzifələri və icra müddəti, marşrutlarda fəaliyyət vaxtı rabitə yaratmaq 
və kəşfiyyatın nəticələri barədə məlumat vermək qaydaları dəqiq göstərilir. 


Kəşfiyyat dəstəsi təbii fəlakət və ya qəza nəticəsində, habelə düşmən 
basqınından sonra zədələnmə ocağında və hərəkət marşrutlarında yaranmış vəziyyəti 
öyrənmək məqsədi ilə göndərilir. Kəşfiyyat dəstəsi, onun komandirindən və bir neçə 
kəşfiyyat manqalarından ibarət olur. Hər manqa 500 m-dən – 800 m-dək zolaqda
yaxud şəhərin 2-3 məhəlləsindən ibarət sahədə kəşfiyyat aparmaq üçün nəzərdə 
tutulur. Kəşfiyyat manqası fərdi mühafizə vasitələri, radiasiya və kimya kəşfiyyatı 
cihazları, kəşfiyyat jurnalı, qələm, xətkeş, hədd nişanları dəsti və fərdi dozimetr ilə 
təchiz edilir. Fəaliyyətə başlayarkən ona nəqliyyat və rabitə vasitələri, habelə hərəkət 
marşrutu və kəşfiyyat aparacağı obyektin sxemi verilir. 
Zədələnmə rayonlarında kəşfiyyat aparılarkən, radiasiya səviyyəsi 0,5 rentgen-
saatdan çox olan, yaxud kimyəvi zəhərlənmə aşkar edilən zonanın hüdudları hədd 
nişanları vasitəsilə nişanlanır. 
Zədələnməni ölçdükdən sonra kəşfiyyatçı hədd nişanı qoyur və nişanda 
zəhərlənmənin növünü, səviyyəsini və ölçülmə vaxtını qeyd edir. Hədd nişanı yolun 
kənarında yaxşı görünən yerdə qoyulmalıdır. Manqa komandiri hərəkəti davam 
etdirərək marşrutun sxemində hər dəfə zəhərlənmə ölçülən yeri, zəhərlənmənin 
növünü və ölçülmə vaxtını kəşfiyyat jurnalında qeyd edir və bu barədə radio rabitə 
vasitəsi ilə obyektin MM qərargahına məlumat verir. Obyektin ərazisində 
kəşfiyyatçılar müxtəlif sexlərdə, qurğularda, xüsusən də xilasetmə işləri aparılacaq 
sahələrdə zəhərlənmənin növünü və səviyyəsini (dərəcəsini) təyin edir, vəziyyətin 
dəyişməsinə nəzarət edirlər. 
Kəşfiyyata başlamaq üçün çıxış məntəqəsinin yeri obyektin yaxınlığında təyin 
edilir. Burada dəstə komandiri vəziyyətlə tanış olub obyektdə kəşfiyyat aparmaq üçün 
manqalara tapşırıqlar verir. Kəşfiyyatçılar obyektin sexlərində, sığınacaqlarında, 
xilasetmə işləri aparılacaq yerlərdə yaranmış vəziyyəti – dağıntıların və yanğınların 
xarakterini, adamlar qalmış yerləri və s. öyrənir, zəhərlənmənin səviyyələrini 
ölçürlər. Belə yerlər, adətən əvvəlcədən müəyyən edilir və yuxarıda deyildiyi kimi
obyektin kəşfiyyat sxemində (planında) göstərilir. 
Kəşfiyyat qurtardıqdan sonra kəşfiyyat manqası qərargaha gəlir, komandir 
vəzifələrin yerinə yetirilməsi haqqında məlumat verir və kəşfiyyat sxemini təqdim 
edir. Bundan sonra o, lazımi hallarda şəxsi heyətin və avtomobilin zəhərlənmə 
dərəcəsini yoxlayır, ehtiyac varsa, xüsusi sanitar təmizləmə işlərini təşkil edir və 
qrupu yeni vəzifələrin icrası üçün hazırlayır.
Qəza yerlərində kəşfiyyat apararkən, havadan və torpaqdan nümunələr götürüb 
analizə göndərmək lazımdır. Güclü zəlzələdən sonra aparılan kəşfiyyatın əsas 
vəzifələri bina və tikililərin nə dərəcədə dağıldığını, uçqunlar altında adamlar qalan 
yerləri və onların vəziyyətini, ikinci zədələnmə ocaqlarının (yanğın, daşqın, kimyəvi 
zəhərlənmə) yaranıb-yaranmadığını öyrənmək, qaz, su, elektrik şəbəkələrində 
qəzaların yerini, dərəcələrini, xilasetmə işlərinin növünü, həcmini və s. müəyyən 
etməkdən ibarətdir. 
Daşqın və sel vaxtı kəşfiyyat bölmələri fəlakətli sahələrin hüdudlarını, yardıma 
ehtiyacı olan insanların, habelə kənd təsərrüfatı heyvanlarının qaldığı sahələri 
müəyyənləşdirir, daşqın zonasından çıxarılmalı maddi sərvətləri aşkar edir, üzmə 
vasitələrindən istifadə edilməsi üçün marşrutlar axtarır və s. 



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin