Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


 Dəri səthinin mühafizə vasitələri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə71/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   67   68   69   70   71   72   73   74   ...   97
Mülki müdafiə-converted

2. Dəri səthinin mühafizə vasitələri. Dəri səthinin mühafizə vasitələri – bədənin 
açıq sahələrini, paltarları və ayaqqabıları onların səthinə ZM damçıları, yoluxucu 
xəstəlik törədiciləri və radioaktiv toz düşməsindən, həmçinin qismən də olsa işıq 
şüalanmasının təsirindən mühafizə etmək üçün nəzərdə tutulmuşdur. Bunlar tabel 
vasitələrinə, yəni yüngül mühafizə kostyumu L-1, ümumqoşun mühafizə komplekti 
(OZK) və ZFO-58 markalı süzücü mühafizə paltarına, həmçinin əlaltı vasitələrə yəni 
məişət paltarlarının ünsürlərinə ayrılır. 
Mühafizə prinsipinə görə tabel vasitələrinin də süzücü və təcridedici növləri olur. 
Süzücü növə ZFO-58 markalı süzücü mühafizə paltarı, təcridedici növə isə yüngül 
mühafizə kostyumu L-1 və ümumqoşun mühafizə komplekti (OZK) aiddir. 
Süzücü materialdan tikilən mühafizə paltarları adi parçadan tikilib xüsusi kimyəvi 
məhlul hopdurulmuş geyimlərdən ibarətdir. ZFO-58 markalı süzücü mühafizə paltarı 
xüsusi kimyəvi maddə-pasta məhlulu hopdurulmuş parça kombinezondan, habelə kişi 
alt paltarından (tuman və köynək), parça şlemaltlıqdan və iki cüt ayağa sarınan 
portyankadan ibarətdir. Hopdurucu pasta məhlulu, zəhərləyici maddə buxarlarını 
tutub saxlayan adsorbsiya tipli, ya da bu buxarları neytrallaşdıran hemosorbiya tipli 
kimyəvi maddələrdən ibarətdir. Alt paltarlar, şlemaltlıq və hopdurulmamış bir cüt 
portyanka, kombinezonun bədənə sürtünməsinin və kombinezona hopdurulmuş 
məhlulun dərini qıcıqlandırmasının qarşısını almaq üçündür. 
3. Fərdi tibbi mühafizə vasitələri (FTMV) 
FTMV – fövqəladə hallar zamanı zədələnmiş əhalinin profilaktikası və ona tibbi 
yardım göstərmək üçün nəzərdə tutulmuşdur. Bu vasitələrin köməyi ilə insanların 
həyatını xilas etmək, zədələnmənin qarşısını almaq yaxud onu xeyli dərəcədə 
zəiflətmək, bir sıra zəhərləyici amillərin təsirinə qarşı orqanizmin dayanıqlığını 
artırmaq mümkündür.
Tabel üzrə olan fərdi tibbi mühafizə vasitələrinə fərdi apteçka Aİ-2, kimya 
əleyhinə fərdi paket (İPP-8) , fərdi sarğı paketi və turna aid edilir. 
Aİ-2 fərdi apteçkasında insan orqanizminə ionlaşdırıcı şüalanmaların, zəhərləyici 
maddələrin və bakterial vasitələrin təsirinin qarşısını alan və ya bu təsiri zəiflədən, 
habelə şok halının qarşısını alan preparatlar olur. Apteçka narıncı rəngli plastik 
materialdan düzəldilmiş kiçik qutudan ibarətdir, onun içərisində şpris-tübik və 
dərman penalları yerləşdirilmişdir. 


Sümüklər sınarkən, ağır yaralanma və ya güclü yanıqlar baş verərkən zədə 
şokunun qarşısını almaq üçün apteçkanın 1-ci yuvasındakı ağrıkəsən dərman – 1 ml 
2%-li promedol məhlulu şpris-tübik vasitəsilə əzələyə yeridilir. 
Apteçkanın narıncı penalında fosforlu üzvü maddələrlə zəhərlənməyə qarşı afin, 
taren və ya atropin həbləri, ağ penallarda bakteriyalara qarşı 10 ədəd xlortetraçiklin 
və 15 ədəd sulfadimetoksin həbləri, narıncı penalda radiasiyadan müdafiə üçün 8 
ədəd çistamin həbləri və ağ penalda 10 ədəd kaliy-yodid həbləri, göy penalda 
qusmaya qarşı 5 ədəd etaperazin həbləri və sianidlərə qarşı amilnitrit və ya 
propilnitrit ampulları və lyuizitə qarşı – unitol adlı antidotlar vardır. Tarenin bir 
həbini «Kimya həyəcanı» xəbərdarlığı verilərkən qəbul edirlər, zəhərlənmənin 
əlamətləri aşkar olunarkən daha bir həb taren qəbul etmək lazımdır.
Apteçkanın 3-cü yuvasındakı ağ rəngli penalda bakteriya əleyhinə dərman-
sulfadimetoksin yerləşir, onu zəhərlənmədən sonra mədə-bağırsaq pozğunluğu baş 
verərkən qəbul edirlər. 
5-ci yuvadakı penalda bakteriya əleyhinə dərman tetrosiklin olur. Bu dərmanı 
bakterioloji zəhərlənmə zamanı qəbul etmək məsləhət görülür. 
Bakteriya əleyhinə maddələr – spesifik və qeyri spesifik profilaktika vasitələri 
növlərinə ayrılır. Spesifik profilaktika vasitələrinə zərdablar, vaksinlər, anatoksinlər 
və bakteriofaqlar aiddir.
İonlaşdırıcı şüalanmanın təsirinə orqanizmin müqavimətini artırmaq üçün 
radiasiya əleyhinə radioprotektorlar işlədirir. Bu sistamin həbləri 4-cü yuvadakı 2 
çəhrayı penalın hər birində 6 ədəd miqdarında olur. Penallardakı dərmanı şüalanma 
təhlükəsi yaranan zaman bilavasitə şüalanmadan 30-40 dəqiqə əvvəl 6 həb dozasında 
qəbul edib üstündən su içir, şüalanma davam etdikdə isə 4-5 saatdan sonra yenidən 6 
həb qəbul edirlər.
6-cı yuvadakı penalda radioaktiv çirklənmə əleyhinə dərmanlar yerləşir. Kalium-
yodid və ya absorbentlər, radioaktiv çöküntülər düşərkən, xüsusən radioaktiv 
maddələrlə zəhərlənmiş ərazidə otarılan inəklərin südü ilə orqanizmə radioaktiv 
maddə keçməsi təhlükəsi olarkən 10 gün ərzində, gündə 1 həb qəbul edilir. Bunlar 
radioaktiv maddənin qana sorulmasının qarşısını alır və onların orqanizmdən tez 
çıxarılmasına imkan yaradır. 
Orqanizmin nüfuzedici radiasiyaya, adətən ürək bulantısı və qusma ilə meydana 
çıxan ilk reaksiyanı aradan qaldırmaq üçün etaperazin dərmanından istifadə edilir, bu 
dərman qutunun 7-ci yuvasındakı göy rəngli penalda yerləşir. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin