Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Fəsil-III. Mühafizə üsulları



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə79/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   75   76   77   78   79   80   81   82   ...   97
Mülki müdafiə-converted

Fəsil-III. Mühafizə üsulları. 
 
§ 13. Fövqəladə hallarda əhalinin köçürülməsinin təşkili 
Köçürmə tədbirlərinin yerinə yetirilməsi fövqəladə hallarda əhalinin mühafizəsinin ən 
0000səmərəli üsullarından biridir. 
Köçürmə tədbirləri – həm sülh dövründəki fövqəladə hallarda, yəni təbii fəlakətlər və 
qəzalar zamanı, həm də müharibə dövründə kütləvi qırğın silahlarından istifadə edilərkən 
əhalinin təhlükəsizliyini təmin etmək üçün həyata keçirilir. 
Köçürmə (təxliyə) – insanların həyatı və fəaliyyəti üçün təhlükə yaranan rayonlardan 
əhalinin mütəşəkkil sürətdə çıxarılıb təhlükəsiz zonalarda yerləşdirilməsi üzrə tədbirlər 
kompleksidir. 
Təhlükəsiz zona – düşmən basqını gözlənilən şəhərlərin və dərəcəli obyektlərin 
ətrafında ehtimal olunan dağıntı zonalarından və digər təhlükəli rayonlardan kənarda
əhalinin qəbul edilməsi, yerləşdirilməsi və yaşaması üçün yararlı olan ərazidir. 
Köçürmə tədbirləri əhalini təhlükəli sahələrdən və zədələnmə ocaqlarından vaxtında 
təhlükəsiz rayonlara çıxarmağa və bununla da fövqəladə halların təsirindən törəyən 
tələfatı maksimum dərəcədə azaltmağa imkan verir. 
Keçmiş müharibələrdə, xüsusən də Böyük Vətən müharibəsi və Dağlıq Qarabağ 
münaqişəsi dövründə köçürmə tədbirləri geniş tətbiq edilmiş, həmçinin Çernobıl AES-də 
texnogen qəza baş verərkən, bu obyekt ətrafındakı 30 km-lik zonadan əhali tamamilə 
köçürülmüşdür.
Daşkəsən və Zaqatalada zəlzələ, Gürcüstan və Sabirabadda daşqınlar, su basmaları və 
digər rayonlarda baş verən fövqəladə hallar zamanı da əhalinin köçürülməsi tədbirləri 
həyata keçirilmişdir.
Keçmişdə həyata keçirilən köçürülmə tədbirləri, müasir dövrdəki müharibələr 
şəraitində nəzərdə tutulan köçürülmələrdən fərqlidir. Məsələn, 2-ci Dünya müharibəsi 
zamanı əhali düşməndən əks tərəfdə yerləşən uzaq rayonlara köçürüldü. Müasir şəraitdə 
köçürülmə, düşmənin nüvə zərbələri endirəcəyi ən çox ehtimal edilən şəhərlərdən və 
obyektlərdən əhalini çıxarıb təhlükəsiz rayonlarda yerləşdirilməsini nəzərdə tutur. 
Köçürmə tədbirləri, fövqəladə hallar ehtimal olunan rayonlarda sülh və müharibə 
dövrlərində əhalinin həyatı və sağlamlığı üçün təhlükə yaranarkən, ya da zədələyici 
amillər əhaliyə bilavasitə təsir göstərərkən dərhal yerinə yetirilməlidir. 
Köçürmə tədbirləri, düşmən tərəfindən kütləvi qırğın silahlarının tətbiq edilməsi, 
həmçinin təbii fəlakətlər və güclü istehsalat qəzalarının baş verməsi ehtimalları nəzərə 


alınmaqla çoxvariantlı planlaşdırılmalı, yaranmış vəziyyətdən asılı olaraq köçürülmə 
işlərinin müvafiq variantda yerinə yetirilməsi nəzərdə tutulmalıdır. 
Yaranmış vəziyyətdən asılı olaraq, əhali bütünlüklə (ümumi köçürmə), yaxud qismən 
köçürülə bilər. Ümumi köçürmə hallarında, səfərbərlik vəsiqəsi olan şəxslərdən (onlar 
çağırış məntəqələrinə getməlidir), eləcə də köçürülməsi qeyri-mümkün sayılan xəstələrdən 
və onlara xidmət edən tibbi heyətdən başqa bütün əhali köçürülür.

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin