Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Qanaxmalar zamanı ilk tibbi yardım



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə87/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   83   84   85   86   87   88   89   90   ...   97
Mülki müdafiə-converted

Qanaxmalar zamanı ilk tibbi yardım 
Qanaxmanı müvəqqəti dayandırmaq üsülları. Növündən (arterial, venoz, 
kapilyar) və ilk tibbi yardım göstərərkən əldə olan vasitələrdən asılı olaraq, 
qanaxmanı müvəqqəti və ya tamamilə dayandırmaq olur. 
Xarici arterial qanaxmanı müvəqqəti dayandırmaq üsulları, zədələnmiş qan 
damarını sümüyə barmaqla sıxaraq, turna və ya burmac qoymaq, qol və ya qıçı 
oynaqda sonadək büküb bu vəziyyətdə bərkitməkdən ibarətdir. 
Xarici venoz və kapilyar qanaxmalar yaraya sıxıcı steril sarğı qoymaq və bədənin 
yaralı yerini gövdəyə nisbətən bir qədər hündürdə saxlamaqla müvəqqəti 
dayandırırlar. Bir sıra hallarda venoz və kapilyar qanaxmaların müvəqqəti 
dayandırılması bu qanaxmaların tamamilə dayandırılması halına keçə bilər. Arterial 
qanaxmanın, bəzi hallarda isə venoz qanaxmanın tamamilə dayandırılması, yarada 
cərrahiyyə əməliyyatı zamanı yerinə yetirilir. 
Damarı barmaqla sıxıb arterial qanaxmanı dayandırdıqdan sonra dərhal turna və ya 
burmac qoymaq və steril sarğı sarımaq lazımdır. 
Turnanın nə vaxt qoyulduğunu tarix, saat və dəqiqə göstərilməklə bir parça kağızda 
qeyd edib, kağızı nəzərə çarpan yerdə turnanın altına qoyurlar. Turna qoyulmuş ətrafı 
xüsusən qışda isti şeylə örtürlər. Turna qoyulmuş yaralıya şpris – tübik vasitəsilə 
ağrıkəsən dərman vururlar. Ətrafların turna qoyulmuş yerdən aşağı hissəsi 
ölgünləşməsin deyə, 2 saatdan sonra arteriyanı barmaqla sıxaraq, turnanı tədricən 5 - 
10 dəqiqə müddətinə boşaltmaq və sonra onu yenidən bir qədər yuxarıya qoymaq 
lazımdır. Yaralıya cərrahiyyə yardımı göstərilənədək turnanı hər saatdan bir bu cür 
müvəqqəti olaraq boşaldır və hər dəfə bunu kağızda qeyd edirlər. 
Qanaxmanı burmac vasitəsilə dayandırmaq üçün kəndirdən, burulmuş yaylıqdan və 
ya parçadan istifadə edirlər. İkiqat ilgək şəklində qatlanıb qola (qıça) keçirilərək 
burulan bel qayışı da əlaltı turna ola bilər. 
Venoz və ya kapilyar qanaxmalar zamanı yaraya sıxıcı sarğı qoyurlar. Qan axan 
yeri steril salfetlə və ya 3 – 4 qat bintlə örtür, üstdən pambıq qoyurlar. Sarğını bintlə 
bərk sıxıb sarıyırlar. Qan sarğını islatdıqda üstündən əlavə bint sarıyırlar. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin