- Millətlərarası münasibələr;
- Narkotik maddə ticarəti;
- Mütəşəkkil cinayətkarlıq;
- «Kölgə» iqtisadiyyatı;
- Dövlət böhranı;
- İnformasiya və digər əlamətlər üzrə xarakterizə olunur.
Belə hadisələri onların mənşəyinə, xassələrinə görə xarakterizə edən bir çox
əlamətləri üzrə qruplaşdırıb, təsnif etmək mümkündür.
Təsir dairəsinə (miqyasına) və nəticələrinin ağırlığına görə,
fövqəladə hadisələr:
1. Lokal (məhdut);
2. Obyekt miqyaslı;
3. Yerli;
4. Regional;
5. Dövlət (milli);
6. Qlobal xarakterli ola bilər.
❖
Lokal (qismi) fövqəladə hadisələr - iş yerindən, sinifdən, mənzildən kənara
yayılmır.
❖
Obyekt miqyaslı fövqəladə hadisələr - sənaye obyektində və ya bina
hüdüdlarında məhdudlaşır.
❖
Yerli fövqəladə hadisələr - ancaq bir yaşayış məntəqəsinin, şəhərin və ya kənd
təsərrüfatı müəssisəsinin ərazisində özünü göstərir.
❖
Regional fövqəladə hadisə - bir neçə şəhəri və ya kənd təsərrüfatı rayonlarını,
onun ətrafları ilə birlikdə əhatə edir.
❖
Dövlət (milli) miqyaslı fövqəladə hadisələr – respublikanın xeyli ərazilərini
əhatə edən, lakin dövlətin inzibati sərhədlərindən kənara çıxmayan hadisələri
əhatə edir.
❖
Qlobal fövqəladə hadisələr – bir ölkənin ərazisində məhdudlaşmır və qonşu
dövlətlərin də ərazilərinə yayılır.
Dostları ilə paylaş: