Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Sosial-siyasi xarakterli fövqəladə hadisələrin təsnifatı



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə9/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   5   6   7   8   9   10   11   12   ...   97
Mülki müdafiə-converted

 
4. Sosial-siyasi xarakterli fövqəladə hadisələrin təsnifatı:
Sosial-siyasi xarakterli fövqəladə hadisələrin 2 növü var:
Sosial-mədəni xarakterli fövqəladə hadisələr, hansı ki, öz növbəsində: 
- Peşə əlaməti
- Dini əlamət; 
- Mülkiyyət əlaməti
- Ərazi əlaməti; 
- Qohumluq əlaməti
- Yaş həddi və digər əlamətlərlə xarakterizə olunur. 
Siyasi xarakterli fövqəladə hadisələr isə: 


- Millətlərarası münasibələr; 
- Narkotik maddə ticarəti; 
- Mütəşəkkil cinayətkarlıq; 
- «Kölgə» iqtisadiyyatı; 
- Dövlət böhranı; 
- İnformasiya və digər əlamətlər üzrə xarakterizə olunur. 
Belə hadisələri onların mənşəyinə, xassələrinə görə xarakterizə edən bir çox 
əlamətləri üzrə qruplaşdırıb, təsnif etmək mümkündür.
 
Təsir dairəsinə (miqyasına) və nəticələrinin ağırlığına görə, 
fövqəladə hadisələr: 
1. Lokal (məhdut); 
2. Obyekt miqyaslı; 
3. Yerli; 
4. Regional
5. Dövlət (milli); 
6. Qlobal xarakterli ola bilər. 
Lokal (qismi) fövqəladə hadisələr - iş yerindən, sinifdən, mənzildən kənara 
yayılmır. 
Obyekt miqyaslı fövqəladə hadisələr - sənaye obyektində və ya bina 
hüdüdlarında məhdudlaşır. 
Yerli fövqəladə hadisələr - ancaq bir yaşayış məntəqəsinin, şəhərin və ya kənd 
təsərrüfatı müəssisəsinin ərazisində özünü göstərir. 
Regional fövqəladə hadisə - bir neçə şəhəri və ya kənd təsərrüfatı rayonlarını,
onun ətrafları ilə birlikdə əhatə edir. 
Dövlət (milli) miqyaslı fövqəladə hadisələr – respublikanın xeyli ərazilərini 
əhatə edən, lakin dövlətin inzibati sərhədlərindən kənara çıxmayan hadisələri 
əhatə edir. 
Qlobal fövqəladə hadisələr – bir ölkənin ərazisində məhdudlaşmır və qonşu 
dövlətlərin də ərazilərinə yayılır.

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin