Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Fəsil-I. Mülki müdafiənin və fövqəladə hadisələrin mahiyyəti



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə7/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   2   3   4   5   6   7   8   9   10   ...   97
Mülki müdafiə-converted

Fəsil-I. Mülki müdafiənin və fövqəladə hadisələrin mahiyyəti 
 
§2. Fövqəladə hadisələrin təsnifatı. 
 
 
Fövqəladə hadisə – insan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə 
ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin 
pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və ya 
digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir.
Fövqəladə hadisələrin qarşısının alınması – fövqəladə hadisələrin baş verməsi 
təhlükəsinin maksimum azaldılmasına, belə hadisələr baş verəcəyi hallarda isə 
insanların və onların sağlamlığının qorunmasına, ətraf mühitə vurula biləcək ziyanın 
və maddi itkilərin həcminin azaldılmasına yönəldilən və əvvəlcədən həyata keçirilən 
tədbirlər sistemidir. 
Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması – 
insanların həyatının xilas edilməsinə və sağlamlığının qorunmasına, ətraf mühitə 
vurulan ziyanın və maddi itkilərin həcminin azaldılmasına, fövqəladə hadisələrin 
yayılmasının qarşısının alınmasına yönəldilmiş və fövqəladə hadisələr zamanı həyata 
keçirilən qəza xilasetmə tədbirləri və digər təxirəsalınmaz işlərdir. 
 
Fövqəladə hadisələr növlərinə, miqyasına, nəticələrinin ağırlığına, habelə, digər 
əlamətlərinə görə təsnif edilir. 
 
Ehtimal olunan bütün fövqəladə hadisələri cəm halında götürsək, onlar iki 
yerə bölünür:
1.Münaqişəli fövqəladə hadisələr. 
2.Münaqişəsiz fövqəladə hadisələr.
Münaqişəli fövqəladə hadisələrə aşağıdakılar aiddir: 
hərbi toqquşmalar
ekstremist siyasi mübarizə;
• sosial partlayışlar;
• milli və dini zəmində olan münaqişələr;
terrorizm
• tüğyan edən cinayətkarlıq və s. 
Münaqişəsiz fövqəladə hadisələrə aşağıdakılar aiddir: 

1. Təbii xarakterli fövqəladə hadisələr; 


2. Texnogen xarakterli fövqəladə hadisələr; 
3. Ekoloji xarakterli fövqəladə hadisələr;
4. Sosial-siyasi xarakterli fövqəladə hadisələr və s. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin