ə 4. Mülki müdafiə tədbirlərinin planlaşdırılması və həyata
keçirilməsi
Mülki müdafiə məsələlərinin həll edilməsi mülki müdafiə tədbirlərinin planlaşdırılması,
vaxtında və keyfiyyətlə həyata keçirilməsi ilə təmin olunur.
Mülki müdafiə tədbirləri Azərbaycan Respublikasının ərazisinin, onun ayrı-ayrı
bölgələrinin, şəhərlərin, digər yaşayış məntəqələrinin, istehsal və sosial təyinatlı
obyektlərin hərbi-strateji və iqtisadi əhəmiyyəti, təbii və digər xüsusiyyətləri nəzərə
alınmaqla müvafiq normativ sənədlərdə və planlarda nəzərdə tutulur.
Mülki müdafiə tədbirləri Azərbaycan Respublikasının bütün ərazisində təşkil edilir və bu
ərazədə olan bütün insanları əhatə edir.
Mülki müdafiə tədbirlərinin həcmi və məzmunu mövcud qüvvə və vasitələrin yetərli
olması, onlardan maksimum və səmərəli istifadə edilməsi əsasında müəyyən edilir.
Mülki müdafiə tədbirlərinin planlaşdırılmasına və həyata keçirilməsinə fərqli yanaşmaq,
ərazinin və əhalinin fövqəladə hadisələrdən səmərəli müdafiəsini təmin etmək məqsədilə
mülki müdafiə üzrə Azərbaycan Respublikasının ərazisi zonalara, şəhərləri qruplara,
təsərrüfat obyektləri isə dərəcələrə bölünür.
Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi qaydası, mülki müdafiə üzrə
zonalar, şəhərlərin qrupları və təsərrüfat obyektlərinin dərəcələri Azərbaycan
Respublikasının
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Dostları ilə paylaş: |