qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdən ibarətdir.
Madd
ə 3. Mülki müdafiənin təşkil edilmə prinsipləri
Azərbaycan Respublikasında mülki müdafiə ümumdövlət müdafiə sisteminin tərkib
hissəsi olmaqla aşağıdakı prinsiplər əsasında təşkil edilir:
1) ərazi prinsipi (mülki müdafiə tədbirlərinin Azərbaycan Respublikasının bütün
ərazisində təşkil edilməsi);
2) fərqli və kompleks yanaşma prinsipi (Azərbaycan Respublikasında mülki
müdafiə tədbirlərinin ayrı-ayrı bölgələrin, şəhərlərin, istehsal və sosial təyinatlı
obyektlərin hərbi-strateji, iqtisadi və digər xüsusiyyətləri nəzərə alınmaqla
planlaşdırılması və əlaqələndirmiş şəkildə həyata keçirilməsi);
3) kütləvilik və məcburilik prinsipi (mülki müdafiə tədbirlərinin Azərbaycan
Respublikasının bütün əhalisini əhatə etməsi və məcburi xarakter daşıması);
4) daimi hazırlıq prinsipi (Azərbaycan Respublikasının mülki müdafiə sisteminin
fövqəladə hadisələr zamanı dərhal və səmərəli fəaliyyətə başlamağa hazır
vəziyyətdə olması);
5) dərhal xəbərdarlıq prinsipi (baş verə biləcək və ya baş vermiş fövqəladə
hadisələr haqqında Azərbaycan Respublikasının əhalisinə dərhal məlumat
verməsi);
6) qarşılıqlı əlaqə prinsipi (mülki müdafiənin təmin edilməsində iştirak edən
Azərbaycan Respublikasının dövlət orqanlarının və mülki müdafiə qüvvələrinin
sıx və uzlaşdırılmış fəaliyyət göstərməsi).
Madd
Dostları ilə paylaş: