Madd
ə 5. Mülki müdafiənin məqsədi
Mülki müdafiənin məqsədi aşağıdakılardır:
1) fövqəladə hadisələrin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin
həyata keçirilməsi;
2) fövqəladə hadisələr zamanı mümkün olan ziyan və itkilərin həcminin
maksimum azaldılması;
3) fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması.
Madd
ə 6. Mülki müdafiə sahəsində dövlətin vəzifələri
Mülki müdafiə sahəsində dövlətin aşağıdakı vəzifələri vardır:
1) dövlət siyasətini, o cümlədən vahid elmi-texniki siyasəti müəyyən etmək və
onu həyata keçirmək;
2) əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsinin təmin edilməsinə dair
hüquqi və iqtisadi normalar müəyyən etmək, zəruri normativ-hüquqi aktlar qəbul
etmək və onların icrasına nəzarət etmək;
3) ölkə və onun ərazi vahidləri üzrə müvafiq proqramlar və planlar qəbul etmək
və onların icrasının təmin olunması üçün lazımi tədbirlər həyata keçirmək;
4) mülki müdafiə üzrə zonaları, şəhərlərin qruplarını və təsərrüfat obyektlərinin
dərəcələrini müəyyən etmək;
5) mülki müdafiə sisteminə rəhbərlik etmək, mülki müdafiə sisteminin
strukturunu, tərkibini, onun iştirakçılarının qarşılıqlı əlaqəsi, maliyyə və maddi-
texniki təminatı qaydasını müəyyən etmək, habelə onlara dair məsələləri vaxtında
həll etmək;
6) mülki müdafiə üçün dövlət büdcəsindən və yerli büdcələrdən vəsait ayırmaq və
bundan əlavə, mülki müdafiə fondları yaratmaq, bu mənbələrin vəsaitlərindən
məqsədi və düzgün istifadə olunmasını təmin etmək;
7) fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün maddi və maliyyə
vəsaitləri ehtiyatı yaratmaq;
8) əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində dövlət
nəzarətini və ekspertizasını həyata keçirmək;
9) mülki müdafiə üçün kadrların hazırlanmasını təşkil etmək və həyata keçirmək;
10) dinc dövrdə və ya müharibə dövründə fövqəladə hadisələrdən müdafiə
olunma qaydalarını və vasitələrini əhaliyə öyrətmək;
11) əhaliyə mülki müdafiə tədbirlərinin öyrədilməsini təşkil etmək, əhalini fərdi
və kollektiv müdafiə vasitələri ilə təmin etmək;
12) müəssisələrin və digər obyektlərin layihələşdirilməsində, tikintisində, əsaslı
təmirində və istismarında mülki müdafiə ilə bağlı tələblərə əməl olunmasını təmin
etmək;
13) fövqəladə hadisələr zamanı insanların həyat və sağlamlığının qorunması üçün
mülki müdafiə obyektlərini daim hazır vəziyyətdə saxlamaq və həmin obyektləri
insan həyatı üçün zəruri ləvazimatı toxunulmaz ehtiyatı ilə təmin etmək;
14) fövqəladə hadisələrin nəticələrini proqnozlaşdırmaq və qiymətləndirmək;
15) insanların həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək fövqəladə
hadisələr barəsində əhalini vaxtında xəbərdar etmək, belə hadisələrin nəticələrinə
və onların aradan qaldırılması üçün görülmüş tədbirlərə dair əhaliyə tam və
obyektiv məlumat vermək;
16) fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması
üçün mülki müdafiə qüvvələrinin və vasitələrinin daim hazır vəziyyətdə
saxlanılmasını təmin etmək;
17) həyati əhəmiyyət daşıyan maddi sərvətləri əvvəlcədən tədarük etmək;
18) fövqəladə hadisələr baş vermiş ərazilərdən əhalini köçürmək və onları
müvəqqəti yaşayış yerləri ilə təmin etmək, ümdə qəza-xilasetmə işlərini və
sanitariya-gigiyena tədbirlərini həyata keçirmək, ictimai asayişin bərpa
olunmasına və qorunmasına yardım etmək, bitki və heyvanların xilas edilməsi
üçün tədbirlər görmək;
19) fövqəladə hadisələrdən zərər çəkmiş əhalinin sosial müdafiəsi üçün lazımi
tədbirlər həyata keçirmək;
20) əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində beynəlxalq
əməkdaşlığı həyata keçirmək;
21) mülki müdafiə tələblərini pozan şəxsləri Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən olunmuş məsuliyyətə cəlb etmək.
Dostları ilə paylaş: |