46.Zədələnmə ocaqlarında aparılan xilasetmə və digər təxirəsalınmaz işlərə nələr aiddir Mülki müdafiənin ən mürəkkəb və məsul vəzifələrindən biri –dinc və müharibə dövrlərindəki fövqəladə halların nəticələri aradan qaldırılarkən xilasetmə tədbirlərinin təşkili və yerinə yetirilməsidir. Bu işlər düşmən basqını nəticəsində yaranan zədələnmə(zəhərlənmə) ocaqlarında, eləcə də təbii fəlakət və güclü qəzara yonlarında insanları xilas etmək, onlara yardım göstərmək və qəzaları məhdudlaşdırmaq məqsədilə görülür. Xilasetmə işlərinə aiddir:
fəlakət yerlərində və oraya gedən yollarda vəziyyəti öyrənmək üçün kəşfiyyatın aparılması;
fəlakət yerlərində işə başlamaq mümkün olsun deyə yanğınların söndürülməsi və ya (məhdudlaşdırılması);
zədələnmiş, yanan, qaz və tüstü bürümüş binalardan və uçqunlar altından insanların tapılıb çıxarılması;
üstü çökmüş və uçqun qalaqları altında qalmış mühafizə qurğularından insanların xilas edilməsi;
süzücü-ventilyasiya sistemi zədələnmiş sığınacaqlara hava verilməsi;
insanların zəhərlənmiş sahələrdən çıxarılması, lazımi hallarda sanitariya təmizliyindən keçirilməsi, həmçinin avadanlığın, ərazinin, ərzaq və suyun zərərsizləşdirilməsi.
Digər təxirəsalınmaz işlərə xilasetmə işlərini sürətlə və təhlükəsiz yerinə yetirmək məqsədilə görülən tədbirlər aiddir: