MüLKİ MÜdafiƏ Mülki Müdafiə nədir?Mülki Müdafiənin yaranma tarixi və inkişaf mərhələləri



Yüklə 75,27 Kb.
səhifə1/42
tarix30.11.2022
ölçüsü75,27 Kb.
#71350
  1   2   3   4   5   6   7   8   9   ...   42
2 5377702472280184284 (1)


MÜLKİ MÜDAFİƏ
1.Mülki Müdafiə nədir?Mülki Müdafiənin yaranma tarixi və inkişaf mərhələləri
Mülki Müdafiə – sülh və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təminedilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fizikişəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir.1954-cü ildə Berlində Mülki Müdafiə üzrə ilk Beynəlxalq Konfrans keçirildi. İkinci Beynəlxalq Konfrans 1957-ci ildə Florensiyaşəhərində çağırıldı və nəzərə alındı ki, “Cenevrə regionu”Assosiasiyası Beynəlxalq Mülki Müdafiə Təşkilatına çevrildi. Yeni statusa əsasən ona hökumətləri, cəmiyyətləri, assosiasiyaları öz üzvlüyünə qəbul etmə səlahiyyətləri verildi. BMMT-nın yeni statusuna müvafiq olaraq, 1958-ci ildə Cenevrədə Mülki Müdafiə üzrə üçüncü Ümumdünya Konfransı çağırıldı. Konfransda 33 ölkədən 130 nümayəndə iştirak etdi. Konfransın gündəliyinə atmosferin radioaktivliyi, müharibə zamanı əhalinin köçürülməsi və mühafizəsi, Mülki Müdafiə işçilərinin beynəlxalq statusu və mədəni irsin qorunması kimi məsələlər daxil edilmişdir. 1966-cı il oktyabrın 17-də Birləşmiş Millətlər Təşkilatının katibliyində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) nizamnaməsi qeydə alındı. Onun məqsədi – fövqəladəhallar baş verərkən vətəndaşların, həmçinin onların əmlakının təhlükəsizliyi və mühafizəsi üzrə tədbirlərin beynəlxalq səviyyədəhəyata keçirilməsini təşkil etmək idi.
BMMT Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il 1 mart bütün ölkələrdə “Ümumdünya Mülki Müdafiə günü”kimi qeyd olunur.Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra,1993-cü ildən bu təşkilatın üzvlüyünə qəbul olunmuş və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.

2.Mülki Müdafiə sahəsində qanunvercilik və dövlətin vəzifələri
Mülki Müdafiə sistemi – mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsi həvalə edilmiş müvafiq icra hakimiyyəti orqanlarının, qüvvə və vasitələrin, xüsusi fondların, rabitə, xəbərdarlıq və informasiya təminatlı sistemlərinin məcmusudur.Mülki Müdafiə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, «Mülki Müdafiə haqqında» qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Mülki müdafiə sahəsində dövlətin aşağıdakı vəzifələri vardır:

  1. dövlət siyasətini, o cümlədən, vahid elmi-texniki siyasəti müəyyən etmək və onu həyata keçirmək;

  2. əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsinin təmin edilməsinə dair hüquqi və iqtisadi normalar müəyyən etmək, zəruri normativ hüquqi aktlar qəbul etmək və onların icrasına nəzarət etmək;

  3. ölkə və onun ərazi vahidləri üzrə müvafiq proqramlar vəplanlar qəbul etmək və onların icrasının təmin olunması üçün lazımi tədbirlər həyata keçirmək;

  4. mülki müdafiə üzrə zonaları, şəhərlərin qruplarını və təsərrüfat obyektlərinin dərəcələrini müəyyən etmək;

  5. mülki müdafiə sisteminə rəhbərlik etmək, mülki müdafiəsisteminin strukturunu, tərkibini, onun iştirakçılarının qarşılıqlı əlaqəsi, maliyyə və maddi-texniki təminatı qaydasını müəyyən etmək, habelə onlara dair məsələləri vaxtında həll etmək;

  6. mülki müdafiə üçün dövlət büdcəsindən və yerli büdcələrdən vəsait ayırmaq və bundan əlavə, mülki müdafiə fondları yaratmaq, bu mənbələrin vəsaitlərindən məqsədli və düzgün istifadəolunmasını təmin etmək;

  7. fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün maddi və maliyyə vəsaitləri ehtiyatı yaratmaq;

  8. əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində dövlət nəzarətini və ekspertizasını həyata keçirmək;

  9. mülki müdafiə üçün kadrların hazırlanmasını təşkil etmək vəhəyata keçirmək;

  10. dinc dövrdə və ya müharibə dövründə fövqəladə hadisələrdən müdafiə olunma qaydalarını və vasitələrini əhaliyə öyrətmək;

  11. əhaliyə mülki müdafiə tədbirlərinin öyrədilməsini təşkil etmək, əhalini fərdi və kollektiv müdafiə vasitələri ilə təmin etmək;

  12. müəssisələrin və digər obyektlərin layihələşdirilməsində, tikintisində, əsaslı təmirində və istismarında mülki müdafiə ilə bağlı tələblərə əməl olunmasını təmin etmək;

  13. həyati əhəmiyyət daşıyan maddi sərvətləri əvvəlcədən tədarük etmək;

  14. fövqəladə hadisələrdən zərər çəkmiş əhalinin sosial müdafiəsi üçün lazımi tədbirlər həyata keçirmək;

  15. əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək;

  16. mülki müdafiə tələblərini pozan şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş məsuliyyətəcəlb etmək.


Yüklə 75,27 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin