MüLKİ MÜdafiƏ Mülki Müdafiə nədir?Mülki Müdafiənin yaranma tarixi və inkişaf mərhələləri


Ekoloji və sosisal-siyasi xarakterli fövqaladə hadisələrin təsnifatı



Yüklə 75,27 Kb.
səhifə7/42
tarix30.11.2022
ölçüsü75,27 Kb.
#71350
1   2   3   4   5   6   7   8   9   10   ...   42
2 5377702472280184284 (1)

8.Ekoloji və sosisal-siyasi xarakterli fövqaladə hadisələrin təsnifatı
1. Ekoloji xarakterli fövqəladə hadisələrin təsnifatı:

  • Yerin (torpağın, yer təkinin və səthinin) vəziyyətinin dəyişməsi ilə əlaqədar fövqəladə hadisələr;

  • Atmosferin tərkibi və xassələrinin dəyişməsi ilə əlaqədar, fövqəladə hadisələr (iqlimin kəskin dəyişməsi, oksigen azlığı, azon qatının pozulması və s.);

  • Hidrosferin vəziyyətinin dəyişməsi ilə əlaqədar fövqəladə hadisələr (su mənbələrinin quruması, çirklənməsi və su ehtiyyatlarının kəskin surətdə azalması);

  • Biosferin vəziyyətinin dəyişməsi ilə əlaqədar fövqəladə hadisələr (bəzi heyvan və bitkti növlərinin kütləvi şəkildəməhv olması və s.).

2. Sosial-siyasi xarakterli fövqəladə hadisələrin təsnifatı:
Sosial-siyasi xarakterli fövqəladə hadisələrin 2 növü var:
a)Sosial-mədəni xarakterli fövqəladə hadisələr, hansı ki, öz növbəsində:

  • Peşə əlaməti;

  • Dini əlamət;

  • Mülkiyyət əlaməti;

  • Ərazi əlaməti;

  • Qohumluq əlaməti;- Yaş həddi və digər əlamətlərlə xarakterizə olunur.

b)Siyasi xarakterli fövqəladə hadisələr isə:

  • Millətlərarası münasibələr;

  • Narkotik maddə ticarəti;

  • Mütəşəkkil cinayətkarlıq;

  • «Kölgə» iqtisadiyyatı;

  • Dövlət böhranı;

  • İnformasiya və digər əlamətlər üzrə xarakterizə olunur.

Belə hadisələri onların mənşəyinə, xassələrinə görə xarakterizəedən bir çox əlamətləri üzrə qruplaşdırıb, təsnif etmək mümkündür.
9.Zəlzələ növləri və onu səciyyələndirən əss parametrlər,Azərbaycan ərazisində zəlzələ zonaları
Zəlzələ – yeraltı təkanlar, yerin üst qatının titrəməsi, nəticədəyer qabığında və ya, yerüstu süxurların laylarında yarıqların əmələgəlməsi və böyük məsafələrə ötürülən elastiki titrəyişlərdir. Zəlzələnin aşağıdakı növləri mövcuddur:

    • Tektonik zəlzələlər;

    • Vulkanik zəlzələlər;

    • Sualtı zəlzələlər;

    • Uçqun və bəndlərin yarılması nəticəsində yaranan törəməzəlzələlər;

    • Metioritin yerə düşməsi və ya planetimizin digər kosmik obyektlərlə toqquşması nəticəsində baş verən zəlzələlər.

Zəlzələ ocağının yerin altındakı mərkəzi - hipomərkəz, yerin səthindəki proyeksiyası isə - epimərkəz adlanır. Zəlzələ zamanı epimərkəzin ətrafında ən güclü təkanlar hiss edilən sahəyə – episentral sahə deyilir.Zəlzələnin yaratdığı zəlzələ ocağından və ya epimərkəzdən yerin səthi üzrə hər tərəfə yayılan titrəyişlər elastiki dalğalar adlanır.
Zəlzələnin gücünü və xarakteristikasını səciyyələndirən əsas parametrlər:

  • Maqnituda – zəlzələnin törətdiyi elastik dalğaların enerjisini xarakterizə edən, 0-dan 8,5 - dək hədd çərçivəsində dəyişən enerjiyə mütanasib olan şərti kəmiyyətdir. Zəlzələnin maqnitudasını ölçmək üçün, Rixter şkalasından istifadə edilir ki, bu şkalada hər bir vahid, özündən əvvəlki vahidə nisbətən, titrəyiş enerjisinin yüz qat artığına müvafiqdir.


  • Yüklə 75,27 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin