Torpaq sürüşməsi və uçqunlar. Torpaq sahələrinin üzərindəki tikililərlə birlikdə yamacın sürüşməsi, Qafqaz dağ silsiləsinin şimal-şərq və cənub yamaclarında, xüsusən də, İsmayıllı (Girdmançay hövzəsində), Ağsu (Ataçay hövzəsi), Şamaxı (Qozluçay , Pirsaatçay ətraflarında) və Xızı rayonlarında daha tez-tez baş verir. Belə hallar həmçinin Şabran, Zaqatala, Qusar, Oğuz rayonlarında da müşahidə edilir.
Daşqınlar və subasmalar. Respublikanın ərazisində fəaliyyətdə olan əsas 4 su qovşağı (Şəmkir, Mingəçevir, Araz, Sərsəng taxtakörpü su anbari) və 6 su hövzəsinin (Arpaçay, Akstafaçay, Vayxır, Ceyranbatan, Yuxarı Xanbulaq, Xaçınçay) bəndləri, zəlzələ nəticəsində yaxud digər səbəblərdən yarılarsa,böyük ərazilərdə fəlakətli daşqın və ya subasma zonaları yaranabilər. Belə bir hadisə baş verərsə, respublika tabelikli şəhərlərin, rayon mərkəzlərinin, yaşayış məntəqələrinin əraziləri, dəmir yolu xətləri, avtomobil yolları, körpülər, rabitə və elektrik xətlərimüxtəlif dərəcədə dağılar və ya su altında qala bilər.
11.Dinc və müharibə dövrlərdə idarəetmənin mahiyyəti.Mülki Müdafiə sistemində idarəetmə fəaliyyətinə qoyulan tələblər
Fövqəladə hadisələr zamanı mülki müdafiə tədbirlərinin vaxtında və müvəffəqiyyətlə yerinə yetirilməsini təmin edən başlıca şərtlərdən biri – Mülki Müdafiə qüvvələrinin düzgün idarə edilməsidir. İdarəetmənin mahiyyəti – Mülki Müdafiə rəhbərliyinin və qərargahlarının özlərinə tabe olan qüvvələrə fasiləsiz rəhbərlik etməsindən və onların fəaliyyətini qarşıda duran vəzifələrin icrasına vaxtında yönəltməkdən ibarətdir.Mülki Müdafiə – Mülki Müdafiə rəhbərinin qərarına əsasənidarə edilir.
İdarəetmə fəaliyyətinə qoyulan əsas tələbləraşağıdakılardır:
- İdarəetmə qətiyyətli olmalıdır. Bu rəhbərlərin inamla qərar qəbul etmək bacarığından və bu qərarın icrasına inadla nail olmaqdan ibarətdir. Bu tələb, sərəncam vermə funksiyasını yerinə yetirərkən Mülki Müdafiə rəhbərinə verilən təkbaşına qərar qəbul etmək hüququndan irəli gəlir. Bu o deməkdir ki, hər bir qərar, təsdiq edilib icra üçün sərəncam verilənədək müzakirə oluna bilər. Əmr və ya sərəncam imzalandıqdan sonra mübahisəsiz, dəqiq və vaxtında həyata keçirilməlidir. İdarəetmənin qətiyyətli olması-qəbul edilmiş qərarların icrasına ciddi nəzarəti, tabelikdəki heyətə yüksək tələbkarlıqvgöstərilməsini, icraçının boyun qaçırmaq üçün subyektiv, yaxudvobyektiv bəhanələr axtarmasına yol verməməsini nəzərdə tutur.
Dostları ilə paylaş: |