MüLKİ MÜdafiƏ Mülki Müdafiə nədir?Mülki Müdafiənin yaranma tarixi və inkişaf mərhələləri


Mülki müdafiə təbliğatının məqsədləri,formaları və metodları



Yüklə 75,27 Kb.
səhifə17/42
tarix30.11.2022
ölçüsü75,27 Kb.
#71350
1   ...   13   14   15   16   17   18   19   20   ...   42
2 5377702472280184284 (1)

20.Mülki müdafiə təbliğatının məqsədləri,formaları və metodları
Mülki Müdafiə təbliğatının məqsədləri vardır bunlar:

  1. Mülki müdafiə sistemi və onun rolu barədə əhali arasında düzgün təsəvvürün yaradılması.

  2. Əhalinin Mülki Müdafiə sahəsində aldığı biliklərin möhkəmləndirilməsi.

  3. Mülki Müdafiə tədbirlərinin zəruriliyində, onun xilasedici imkanlarına əhalidə möhkəm inamın yaradılması.

  4. Əhali arasında siyasi sayıqlığın artırılması.

  5. Fövqəladə hadisələrə əhalinin mənəvi-psixoloji cəhətdən hazırlanması.

Mülki Müdafiə biliklərinin təbliğində əsasən təbliğatın 3 formasından:
1) Mətbuat;. 2) şifahi. 3)əyani formasından istifadə olunur.
Şifahi təbliğat kütləvi izahat işlərində müvəffəqiyyətlə sınaqdan çıxmış ən təsirli formadır. Mətbuatın rolu Mülki Müdafiə biliklərinin təbliğində, yayılmasında və öyrənilməsində böyükdür.
Əyani təşviqat da Mülki Müdafiə biliklərinin təbliğində geniş istifadə edilən formalardan biridir. Bura, Mülki Müdafiə tədbirləri üzrə çəkilmiş sənədli filmlər, videoçarxlar, hazırlanmış sərgilər və s. Aiddir.
21.Nüvə silah anlayışı və onun zədələyici amilləri
İlk dəfə nüvə silahından 1945-ci ilin avqust ayında ABŞ dövləti Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə təyyarədən atom bombası atmaqla istifadə etmişdir. Nüvə silahları o silahlara deyilir ki, onların dağıdıcı təsir qüvvəsi nüvə daxili enerjinin ayrılması hesabına baş versin. Nüvə çevrilmələri zamanı əmələ gələn enerjiyə nüvə enerjisi deyilir.Nüvə silahlarının istifadəsində partlayışlar iki üsulla həyata keçirilir:
atom silahlarının istifadəsində nüvədaxili ağır kimyəvi element atomları bölünərək daha yüngül atom və nüvələrə çevrilir və bölünmə reaksiyası adlanır;
hidrogen silahlarının istifadəsində yüngül kimyəvi element atomları birləşərək daha ağır atomlar əmələ gətirir və buna sintez üsulu deyilir.
Zərbə dalğası. Nüvə partlayışının ilk anından sonra havada şar şəkilli işıq sahəsi əmələ gəlir. Əmələ gəlmiş şarın daxilində partlayış məhsullarının istiliyi 10 milyon dərəcəyə, təzyiqi isə bir neçə milyard atmosferə çatır. Bunun nəticəsində şarı əhatə edən hava sərhəddində təzyiqin və temperaturun kəskin fərqi əmələ gəlir. Partlayış məhsulları məhdudlaşmış şarın səthindən sürətlə ətrafa yayılmağa başlayır və nəticədə havada zərbə dalğası yaranır.

Yüklə 75,27 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin