«Hamının diqqətinə!» siqnalı verildikdə dərhal radio və ya televizorlar işə salınır, qonşular və iş yoldaşları xəbərdar edilir və növbəti siqnalın verilməsini gözləyirlər. «Hava həyəcanı» siqnalı radio vasitəsilə vıyıltılı səs şəklində, müəssisələrin və lokomotivlərin seyrək fitləri, həmçinin, elektrik və əl sirenalarıvasitəsilə verilir. Bu zaman hər bir şəxs olduğu yerdə elektrik xəttini və cihazlarını şəbəkədən ayırmalı, qazı bağlamalı, şəxsi sənədlərini, zəruri ərzaq və su ehtiyatlarını, fərdi mühafizə vasitələrini götürüb yaxınlıqdakı sığınacağa getməlidir.
«Hava həyəcanı qurtardı» siqnalı verildikdə əhali sığınacaqları tərkedir və hər kəs öz vəzifələrini yerinə yetirirlər. «Kimya həyəcanı» siqnalı yerli radio-televiziya verilişləri şirkəti və ya səs verən əşyalara vurmaqla verildikdə dərhal əleyhqaz və dərini mühafizə vasitələrini geymək və sığınacaqlara getmək lazımdır. Xüsusi göstəriş verildikdən sonra sığınacaqları tərk etmək olar. Sığınacaqda olmayan digər vətəndaşlar fərdi mühafizə vasitələrindən istifadə edərək zəhərlənmiş ərazini, mülki müdafiə postlarının göstərişinə əməl etməklə dərhal tərk etməlidirlər. «Radiasiya təhlükəsi» siqnalı radio-televiziya verilişləri şirkəti və ya səs verən əşyalara vurmaqla verildikdə dərhal əleyhqaz və dərini mühafizə vasitələrini geyməli və əvvəlcədən hazırlanmış ərzaq ehtiyatlarını götürüb sığınacaqlara, radiasiya əleyhinə daldalanacaqlara və ya evin zirzəmisinə getməlidirlər. Xüsusi göstəriş verildikdən sonra sığınacaqları tərk etmək olar. Məqsəd – fövqəladə hallar yarandığı barədə həmin obyektin işçilərini, habelə ehtimal olunan zəhərlənmə, yaxud fəlakətli subasma zonalarında yerləşən müəssisələrin, idarə və təşkilatların rəhbərlərini, eləcə də əhalini vaxtında xəbərdar etməkdir 15.Azərbaycan Respublikasında Mülki Müdafiə qərargahları necə təşkil edilir.Mülki müdafiə qərargah rəisinin əsas vəzifələri Mülki Müdafiə qərargahları aşağıdakı kimi təşkil edilir:
Azərbaycan Respublikası Fovqəladə Hallar Nazirliyinin tərkibində Mülki Müdafiə işinin Təşkili Baş İdarəsi və qoşun hissələri;
Nazirliklərin, Dövlət Komitələrinin, Baş İdarələrin Mülki Müdafiə qərargahları;
Şəhər (rayon) İcra Hakimiyyəti başçılarının aparatı nəzdində Mülki Müdafiə qərargahları;
Birliyin, idarənin, təşkilatın, müəssisənin və təsərrüfat obyektinin nəzdində Mülki Müdafiə qərargahları;
Yerlərdə – idarənin müvafiq şöbəsi, bölməsi, xidməti, qrupu hüququna malik Mülki Müdafiə qərargahları.