İdarəetmə məntəqəsi – mülki müdafiəni hərbi vəziyyətə keçirərkən və ya fövqəladə hadisələr dövründə idarəedici heyətin yerləşməsi və işləməsi üçün nəzərdə tutulmuş, xüsusi avadanlıqla, texniki rabitə və xəbərdarlıq vasitələri ilə təchiz edilmiş otaqlardan (stasionar İM ), yaxud nəqliyyat vasitələrindən (səyyar İM ) ibarətdir.
Səyyar idarəetmə məntəqəsi rabitə vasitələri ilə təchiz olunmuş nəqliyyat vasitələrində düzəldilir. Səyyar idarəetmə məntəqəsi stasionar idarəetmə məntəqəsi olmayan zədələnmə ocaqlarında və MM qüvvələrinin yürüş marşrutlarında bilavasitə hərəkət zamanı operativ idarəetmə üçün təşkil edilir.Səyyar İM-nə Mülki Müdafiə rəhbəri və ya onun müavini başçılıq edir. Bu zaman Mülki Müdafiə qərargahının rəisi stasionar idarəetmə məntəqəsində qalaraq digər tədbirlərin icrasını təşkil edir Əsas idarəetmə məntəqəsində Mülki Müdafiə rəisi, onun müavinləri, xidmət rəisləri (baş mütəxəssislər), MM qərargahının əsas heyəti (qərargah rəisi, şöbə və bölmə rəhbərləri) yerləşirlər. Məntəqənin normal işini təmin etmək üçün oraya xidmətçi heyət: rabitəçilər, mühafizə qrupu,nəqliyyat vasitələri və s. verilir. Ehtiyat idarəetmə məntəqəsində Mülki Müdafiə rəisinin müavini, qərargah rəisinin müavini, xidmət rəislərinin köməkçiləri və s. yerləşirlər. Məntəqənin normal işini təminetmək üçün oraya xidmətçi heyət: rabitəçilər, mühafizə qrupu,nəqliyyat vasitələri də verilə bilər. Yardımçı idarəetmə məntəqəsi bütün tədbirlərə əsasidarəetmə məntəqəsindən rəhbərlik etmək mümkün olmayan hallarda, məsələn, biri digərindən uzaq sahələrdə eyni zamanda xilasetmə işləri aparılarkən müəyyən müddət üçün yaradılır. Yardımçı idarəetmə məntəqəsinin konkret vəzifələri və işçi heyəti müvafiq MM rəhbəri tərəfindən təyin edilir. 13.Mülki Müdafiə sistemində rabitənin təşkili Rabitə – idarəetmə sisteminin tərkib hissəsidir və onun əsas vasitələrindən biridir. Rabitə olmadan fasiləsiz və çevik idarəetmə mümkün deyil. Mülki Müdafiənin rabitə sistemi mövcud olan bütün rabitə qüvvə və vasitələrinin, o cümlədən də obyekt daxili rabitə şəbəkəsinin vahid təşkilati-texniki birliyinə deyilir. Belə sistem ümumdövlət və sahə rabitə xətlərindən, radio və məftilli rabitəqovşaqlarından və stansiyalarından, eləcə də Mülki Müdafiə qərargahlarının tabelli texniki rabitə avadanlığından, səyyar və siqnal vasitələrindən istifadə edilməklə yaradılır. Rabitə xidmətini icra etmək üçün obyektlərdə, eləcə də Mülki Müdafiə qüvvələrində rabitə qrupları və manqaları yaradılır.Onların təşkilati strukturu, şəxsi heyətin sayı və avadanlıqla təchizat normaları yuxarı rəhbər tərəfindən müəyyən edilir.