MüLKİ MÜdafiƏ Mülki Müdafiə nədir?Mülki Müdafiənin yaranma tarixi və inkişaf mərhələləri



Yüklə 75,27 Kb.
səhifə8/42
tarix30.11.2022
ölçüsü75,27 Kb.
#71350
1   ...   4   5   6   7   8   9   10   11   ...   42
2 5377702472280184284 (1)

Zəlzələ ocağının dərinliyi – zəlzələnin gücündün asılı olaraq 0-dan 700 km-dək dəyişə bilər. Hər bir seysmik rayon üçün, ehtimal olunan zəlzələnin dərinliyinin müəyyən həddi mövcuddur.

  • Zəlzələ enerjisinin intensivliyi, 12 (on iki) ballıq Rixter şkalası üzrə ölçülür.

    Respublikamızın ərazisi aşağıdakı zəlzələ zonalarına bölünür:

    • Abşeron yarımadasında 100 ildə bir dəfə ehtimal edilən 8 balgüclü zəlzələ zonası;

    • Respublikanın şimal Xəzəryanı sahilində, Dərbənd seysmikzonasının davamı sayılan və 1000 ildə bir dəfə ehtimal edilən 9 bal güclü zəlzələ zonası. Bu zonanın dəniz akvatoriyasında 7-8 bal güclü zəlzələlər daha tez-tez baş verir, lakin bunlar sahilə 5-7 bal gücündə çatır;

    • Böyük Qafqazın cənub yamaclarında yerləşən 9 bal güclü Şamaxı- İsmayıllı-Balakən zəlzələ zonası. Burada belə zəlzələ 1000 ildən bir, zonanın mərkəzi hissəsində isə, 100 ildən bir baş verməsi ehtimal edilir;

    • Kiçik Qafqaz dağlarının 9 baladək gücü olan Gəncə-Göygöl zonası. Burada 8-9 bal gücündə zəlzələ 1000 ildən bir, onunmərkəzi hissəsində isə, hər 100 ildən bir ehtimal olunur;

    • Naxçıvan Muxtar Respublikasının bütün ərazisini, 9 balehtimallı zəlzələ zonası əhatə edir;

    • Talış zonası da, yüksək seysmik təhlükəli zona hesab edilir

    10.Azərbaycan Respublikası üçün xarakterik olan təbii fəlakətlər
    Azərbaycan Respublikasının ərazisində zəlzələ, sel, subasma, torpaq sürüşməsi, təbii yanğınlar, epidemiyalar, epizotiyalar və marxal kimi təbii fəlakətlər baş verə bilər.
    Sel. Respublikanın ərazisi aşağıdakı sel təhlükəli zonalaraayrılır:

    • Böyük Qafqaz dağlarının cənub və şimal-şərq yamacları;

    • Kiçik Qafqaz dağlarının şimal-şərq yamacları;

    • Naxçıvan Muxtar Respublikasındakı dağ yamacları;

    • Talış dağlarındakı dağ yamacları.

    Bu zonalardakı güclü sel mənbələri Balakənçay və Talaçay (Balakən rayonu), Qaraçay və Gürmükçay (Zaqatala rayonu), Kişçay və Şinçay (Şəki rayonu), Dəmirapa-rançay və Tikanlıçay (Qəbələ rayonu), Qayçay və Ağçay (Oğuz rayonu), Qilqilçay və Axınçay (Tovuz rayonu), Çəhriçay (Şəmkir rayonu), Gəncəçay(Goy-göl rayonu), Gilyançay və Ordubadçaydır (Naxçıvan Muxtar Respublikası).

    Yüklə 75,27 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   4   5   6   7   8   9   10   11   ...   42




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin