Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi



Yüklə 152,33 Kb.
Pdf görüntüsü
tarix07.09.2017
ölçüsü152,33 Kb.
#29200

Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

 

www.qesam.org 

 

 





 

 RÖVŞƏN QƏNİYEV 

press@qesam.org 

 

QARABAĞ HADİSƏLƏRİ 

 

 



Dağlıq  Qarabağ  Azərbaycanın  mərkəzi  hissəsində  yerləşir,  ərazisi  4,4  min  kv.m,  Azərbaycan 

Respublikası  ümumi  ərazisinin  5,1%-ni  təşkil  edir.  Vilayətin  tərkibinə  Xankəndi  şəhəri,  Əskəran, 

Hadrut, Ağdərə, Martuni və Şuşa inzibati rayonları daxildir.  

Tarixən  Albaniyanın  (Arranın),  Qarabağ  xanlığının,  Azərbaycan  Xalq  Cumhuriyyətinin, 

Azərbaycan Sovet Respublikasının və Azərbaycan Respublikasının tərkib hissəsi olmuş, Azərbaycanın 

"Musiqi  akademiyası"  kimi  məşhur  olmuşdur.  Azərbaycan  xalqının  ən  böyük  və  ən  qədim  elm  və 

məddəniyyət  mərkəzlərindən  biri  olmuş,  öz  təbiətinin  gözəlliyinə,  təbii  sərvətlərin  zənginliyinə, 

iqliminin  mülayimliyinə  görə  tarixən  bir  çox  cahangirlərin  diqqətini  özünə  cəlb  etmiş,  dünyanın  bir 

çox məşhur adamları Qafqazın bu dilbər güşəsi haqqında xoş sözlər söyləmişlər. Yenidənqurma tufanı 

bu  yerlərdən  də  yan  keçmədi.  Bu  tufanın  aparıcı  qüvvəsi  erməni  millətçiliyi,  qurbanı  isə 

azərbaycanlılar oldu....  

Qatı şovinist "Daşnaqsütyun" partiyası keçən əsrin sonlarından başlayaraq, bir neçə əsr bundan 

əvvəl irəli dənizdən dənizə, "Böyük Ermənistan" Azərbaycanın Kür çayından cənubda olan ərazilərini 

də qatmaqla  ideyası  naminə qonşu  xalqların hüququnu taptalamağa,  nəyin  bahasına olursa olsun  belə 

mifik bir dövləti yaratmağa sə`y etmişlər.  

Ermənilər  öz  planlarını  mərhələ-mərhələ  həyata  keçirmişlər.  Əvvəlcə  onlar  Azərbaycan 

torpaqlarında,  yə`ni  keçmiş  Irəvan  xanlığı  (sonradan  Irəvan  quberniyası)  ərazisində  kiçik  bir 

Ermənistan  Respublikasının  (9  min  kv.m)  yaratmış, tədricən onu  böyüdərək  40min  kv.m-ə  çatdırmış, 

son anda  isə Dağlıq Qarabağı  və ona bitişik 7 rayonu öz silahlı quvvələrilə  işğal etmişlər. Belə ki,  bu 

günkü  Dağlıq  Qarabağ  "Böyük  Ermənistan"  yaratmaq  uğrunda  Erməni  planlarının  tərkib  hissəsi  və 

mühüm vasitəsi kimi hədəf seçilmişdir.  

Halbuki,  həm  Ermənistan  ərazisində  və  həm  də  Dağlıq  Qarabağda  əhalinin  milli  tərkibində 

vaxtilə  azərbaycanlılar  üstünlük  təşkil  etmişlər.  Bunu  hətta  prof.V.A.  Parsamyan  da  e`tiraf  edərək 

"Istoriya  armyanskoqo  naroda-Ayastan  1801-1900  qq."  əsərində  yazır:  "Rusiyaya  birləşənə  qədər 

Şərqi  Ermənistanın  169  min  155  nəfər  əhalisinin  57305  nəfəri,  yaxud  33,8%  erməni,  84089  nəfəri, 

yaxud  49,7%  -i  müsəlman,  26911  nəfər,  yaxud  16%-i  kürd  və  850  nəfəri,  0,5%-i  kənar  millətlər 

idi.” 

"Ermənistan Daşnak Respublikası Qars vilayətini aldıqdan sonra burada əhalinin sayı 1510 min 

nəfərə çatdı. Bunun 795 min nəfəri erməni, 575 mini azərbaycanlı, 140 min nəfəri isə başqa millətlərin 

nümayəndələri təşkil edirdi."  

Tədqiqatlar  göstərir  ki,  azərbaycanlıların  ulu  əcdadları  eradan  əvvəl  I  minillikdə  oradaki 

bölgələrin  qədim,  köklü  sakinləri  olmuşdur.  Ermənilər  bölgədə  olan  Alban  kilsələrindən  fakt  kimi 

istifadə  edirlər.  Halbuki,  XII  əsrə  qədər  burada  bir  dənə  də  olsun  üstündə  erməni  dilində  yazısı  olan 

kilsə  yoxdur.XII  əsrdən  sonra  kilsələrin  üstündəki  erməni  yazıları-VIII  əsrdən  sonra  ərəb  xilafətinin 

sərəncamı  ilə  erməni  kilsəsinə  tabe  edilmiş  və  Alban  əlifbası  ilə  yazı  qadağan  edilmişdi.  Alban 

xristiyanları erməni əlifbasından istifadə etmək məcburiyyətində qalırlar.  



Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

 

www.qesam.org 

 

 



Mənşə  e`tibariylə  Qafqaz  xalqları  sırasına  mənsub  olmayan  ermənilərin  indi  Ermənistan 

adlanan ərazidə yayılmaları uzun və münaqişəli bir tarixə malikdir.  

Rusiya Qafqazı işğal edərkən erməniləri strateji müttəfiqinə çevirmiş, Qafqaz xalqlarının əsarət 

altına alınmasında onlardan hər cür istifadə etmişdir. 1926-28-ci illərdə Rus-Iran müharibəsində Iranın 

məğlub  olmasından  istifadə  edən  ermənilər  kütləvi  surətdə  Cənubi  Qafqaza  axışaraq,  əvvəl  Irəvan 

xanlığı,  sonra  isə  Dağlıq  Qarabağda  məskunlaşmışlar.  Elə  o  vaxtdan  Dağlıq  Qarabağ  ermənilərin 

azərbaycanlılara qarşı mübarizə meydanına çevrilmişdir.  

Tarixi faktdır ki, Ruslar Qafqazı zəbt edənə qədər ermənilər Qafqazda azlıq təşkil edirdi. 1810-

cu  ilin  rəsmi  mə`lumatlarına  görə  Qarabağ  vilayətində  12  min ailəlik  əhali  vardı.  Bunların  içərisində 

cəmi 2500 erməni ailəsi olmuşdur. Ermənilərin yaşadıqları kənd adları da əsasən Azərbaycan mənşəli 

idi,  çünki  1826-28-ci  illərdə  Irandan  gələn  18  min  erməni  ailəsi  azərbaycanlı  kəndlərində 

məskunlaşırdı.  Rusiya  1819-cu  ildə  500-ə  qədər  ailəni  Tiflis  və  Yelizavetpol  (Gəncə)  quberniyasına 

köçürərək, onları  ən  yaxşı,  münbit torpaqlarda  yerləşdirirdi. Ermənilər Çar I Nikolaya böyük ümidlər 

bəsləyirdi.  

1826-28-ci  illər  Rusiya-İran  müharibəsində  vəziyyətin  ağırlığını  dərk  edən  Fətəli  şah  barışıq 

haqqında  Rusiyaya  müraciət  etmiş  və  10  fevral  1828-ci  ildə  müqavilə  bağlanır.  Həmin  müqaviləyə 

əsasən  Irəvan  və  Naxçıvan  xanlıqları  Ordubad  torpaqları  ilə  birlikdə  Rusiyaya  güzəşt  edilir.  Bu  isə 

müharibədə, ruslara müttəfiqlik edən ermənilərin ürəyincə oldu və Qafqazın ruslar tərəfindən işğalında 

onların  muttəfiqinə  çevrildilər.Irandan  8949  erməni  ailəsi  Irəvan,  Naxçıvan  və  Dağlıq  Qarabağa 

köçürüldü.  

1827-ci  ilin  oktyabrında  ruslar  Təbrizə  daxil  olarkən  milliyyətcə  erməni  olan  polkovnik 

Lazarev  şəhərin  komendantı  tə`yin  edilir.  O,  çar  hökümətinə  bir  lahiyə  təqdim  edərək  Rusiya 

imperiyası  tərkibində  erməni  çarlığının  bərpa  edilməsini  xahiş  edir.  Bu  ideya  imperiya  ucqarında 

xristiyan  dövləti  yaradılması  üçün  əsas  idi  və  müharibədən  sonra  ermənilərin  Azərbaycan  torpaqlrına 

köçürülməsi üçün zəmin yaratdı.  

Türkmənçay  (1828)  müqaviləsi  üzrə  Azərbaycan,  Rusiya  və  Iran  arasında  bölüşdürüldükdən 

sonra Irandan cənubi Qafqaz ərazisinə, xüsusiylə Irəvan xanlığına və Azərbaycana ermənilərin kütləvi 

axını başladı.  

Ümumiyyətlə, Türkmənçay müqaviləsi nəticəsində bir neçə ay ərzində Irandan Azərbaycana 40 

min  erməni  ailəsi  köçürüldü.  1829-cu  ildə  Rusiya  ilə  Türkiyə  arasında  Ədirnə  sülh  müqaviləsinə 

əsasən  1830-cu  ildən  Türkiyədən  Qafqaza  daha  12655  erməni  ailəsi  köçürülmüşdür.  Ümumiyyətlə, 

1828-1830-cu  illər  arasında  Çarizm  Qafqaza  Türkiyədən  84600  erməni  köçürülmüş  və  Qarabağın, 

Irəvanın,  Borçalı,  Axalkan  və  Axaltaxisin  ən  yaxşı  torpaqlarında  yerləşdirmişdir.  Ermənilər  təkcə 

Qarabağda  deyil,  Göycə  gölündən  başlamış  dağlıq  hissəsinə  əvvəlcə  rəsmən  12400,  daha  sonra  isə 

qeyri-rəsmi  olaraq  xeyli  erməni  köçürülmüşdür.  1828-1839-cu  illərdə  Qarabağın  dağlıq  zonasına 

200000  erməni  köçürülmüşdür.  1877-1879-cu  illər  rus-türk  müharibəsi  illərində  Qafqazın  cənubuna 

185000  erməni  gətirilmişdi.  Ən  çox  köçmə  isə  1893-1894-cu  illərdə  olmuşdu.  Artıq  1896-cı  ildə 

Zaqafqaziyada gələn ermənilərin  sayı 900000  nəfərə çatmışdı. 1908-ci  ildə  Zaqafqaziyada gəlmələrin 

hesabına  ermənilərin  sayı  artıb  1300000  nəfərə  çatmışdır  ki,  bunun  1000000  nəfərini  çarizm  xarici 

ölkələrdən köçürüb gətirmişdi. Bunların hesabına məhz 1921-ci oldən Zaqafqaziyada Erməni dövləti 

yaradıldı.  

Göründüyü  kimi  Qafqazda  aparılan  etnosiyasət  uzun  illər  boyu  bu  regionda  yaşayan  xanların 

(Azərbaycan türklərinin)  məhvinə  səbəb olmuş və digərlərinin (ermənilərin, rusların)  inkişafına şərait 

yaratmışdır.  

XIX  əsrin  əvvəllərində  Rusiyanın  Qafqazı  işğal  etməsindən  dərhal  sonra  ermənilərin  Iran  və 

Türkiyədən  köçürülərək  mütəşəkkil  qaydada  Azərbaycan  torpaqlarında  yerləşdirilməsi  və 

azərbaycanlıların ellikcə sıxışdırılıb bu torpaqlardan qovulması prosesi başlayır.  

1828-ci ildə Irəvan və Naxçıvan xanlıqları ərazisində yeni inzibati bölgü-Erməni vilayəti təşkil 

edilərkən  bu ərazidə 1111  yaşayış  məntəqəsindən  yalnız 62-si erməni kəndi  idi. O dövrdə dağıdılmış 

359 müsəlman kəndinin əhalisinin bir hissəsi ləğv edilmiş, bir hissəsi də tə`qiblər və milli ayrı-seçkilik 

siyasəti nəticəsində Irana və Türkiyəyə qaçmağa məcbur olmuşdur.  



Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

 

www.qesam.org 

 

 



1804-1813  və  1826-28-ci  illər  Rus-Iran  müharibələrinin  gedişində  və  sonralar  ermənilərin 

Zaqafqaziyaya, o cümlədən də Qarabağa kütləvi sürətdə köçürülməsi başlayıb. N.Şavrov yazır: "1826-

cı ildən 1830-cu ilədək biz Zaqafqaziyaya 40000 mindən çox Iran və 84000-dən artıq Türkiyə ermənisi 

köçürdük və onların erməni əhalisinin çox az olduğu Yelizavetpol (Gəncə) və Irəvan quberniyalarının 

ən  yaxşı  dövlət  torpaqlarında  yerləşdirdik,  onlar  üçün  200000  desyatindən  artıq  torpaq  ayrıldı. 

Yelizavetpol  quberniyasının  dağlıq  hissəsi  və  Göyçə  gölünün  sahili  həmin  ermənilərlə 

məskunlaşdırıldı. "  

ABŞ  tarixçisi  J.Makkarti  "Turki  i  Armyane"  (Baku,1996)  monoqrafiyalarında  qeyd  edirlər  ki, 

Ermənistan  adlanan  coğrafi  yer  ermənilərə  deyil,  azərbaycanlılara  məxsusdur.  Ona  görə  də  bu 

regionun  adlarının  (şəhər,  kənd,  çay,  meşə,  bulaq, və  s.)  hamısı  türk  mənşəlidir.  Ermənilər  isə  onları 

suni  sürətdə  1935-ci  ildən  dəyişməyə  başlamış  və  indiyədək  də  bu  prosesi  davam  etdirmişlər. 

Əvəzində  yaranan  yeni  erməni  adlarının  əksəriyyətinin  isə  keçmiş  erməni  tarixiylə  heç  bir  əlaqəsi 

yoxdur. Onlar suni sürətdə Azərbaycan dilindən erməni dilinə tərcümə edilməklə yaradılmışdır. 1935-

1973-cü illərdə bu yolla 465, 1992-ci ildə 97 kənd adı ləğv edilmişdir.  

Akademik  B.Budaqov  və  prof.  Q.Qeybullayev  çətinliklə  də  olsa  ağır  zəhmət  hesabına 

Ermənistanda  ləğv  edilmiş  azərbaycanlı  toponimlərini  müəyyən  etmiş  və  bu  sahədəki  erməni 

cinayətlərini ifşa etmişlər.  

Ermənilərin sayı sonrakı tarixi hadisələr gedişində artmış və bunun da nəticəsində onlar Dağlıq 

Qarabağda milli çoxluğa nail olmuşdur. Lakin buradaki yer adlarının toponimlərinin dəqiq öyrənilməsi 

sübüt  etmişdir  ki,  regionun  170  sadə  toponimin  113-ü  (67%)  Azərbaycan,  31-i  (18%)  Rus  və  21-i 

(12%) hibrid toponimlərdir.  

Rusiyanın  müstəmləkəçilik  siyasətinin  bir  istiqaməti  xristiyanları  Krım  və  Şimali  Qafqazda 

yerləşdirmək  idisə,  digər  istiqaməti  ermənilərin  Cənubi  Qafqazda-o  cümlədən  Azərbaycanda 

yerləşdirlməsi idi.  

1827-1829-cu illərdə Rusiya-Türkiyə müharibəsi başlayarkən Rus imperiyası söz verir ki, əgər 

Türkiyə  ilə  müharibədə  ermənilər  rusları  müdafiə  edərsə,  o  halda  onlara  muxtariyyət  veriləcək. 

Rusların erməni əhalisinin köməyi ilə iki dəfə 1828 və 1853-cü illərdə Şərqi Anadoluya soxuldular və 

məğlub  olub  geri  çəkilərkən  erməniləri  Qarabağa  gətirdilər  və  Irəvan  qəzasında  çıxarılmış 

azərbaycanlıların yerinə yerləşdirdilər.  

XIX  əsrin  II  yarısında  Çarizmin  ermənilərə  qarşı  diqqəti  və  himəyadarlığı  daha  kəskin  hiss 

olundu.  Qara  dənizdə,  boğazlarda  öz  mövqeyini  genişləndirən  ruslar  əslində  bir  məqsədi  :   "  Türk 

müsəlmanlarının  zülmündən  xristianların  azad  edilməsi  uğrunda  mübarizə"   şuarı  altında  gizlədilirdi. 

Bundan  məharətlə  istifadə  edən  Rusiya  erməniləri  Çarın  Qafqazda  olan  valisinə  müraciət  edərək, 

Türkiyə ilə sülhün (San-Stefanoda, fevral 1878) şərtləri müzakirə olunanda Rusiya dövləti ermənilərin 

mənafeyini  müdafiə  etsin.  Bu  müraciəti  nəzərə  alan  Rusiya  San-Stefano  danışıqlarında  Türkiyəyə 

bildirdi ki, erməni vilayətlərində lazımı islahatları gecikdirmədən həyata keçirsinlər.  

Ermənlər  Türkiyə  hökümətini  islahatlar  keçirməyə  vadar  edən  həmin  qərara  Berlin 

müqaviləsində də baxılmasına nail oldular. Burada göstərildi ki, həmin əyalətlərdə islahatlar keçirilsin 

və buna tək Rusiya deyil, Berlin iştirakçıları olan dövlətlər (6 böyük dövlət) nəzarət etsin.  

Bu  qərar  ermənilərə  böyük  ümidlər  verdi  və  onlar  erməni  milli  dövləti  yaratmaq  uğrunda 

mübarizəni  artıq  Rusiya  ilə  bərabər  bütün  böyük  ölkələrdə  aparmağı  zəruri  hesab  etdilər.  Beləliklə, 

Rus  diplomatiyası  San-Stefano  danışıqlarında  xeyli  erməni  əhalisi  yaşayan  Ərdəhan,  Batum,  Bəyazit 

və Soğanlığa qədər xeyli əraziyə sahib olmaq üçün real addımlar atdı.  

Rus-Türk  müharibəsindən  sonra  Batum  və  Qars  vilayətlərinin  zəngin  torpaqları  Rusiayaya 

birləşdirilən zaman böyük knyaz Mixail Nikolayeviç Rusiyanın mərkəzi vilayətlərindən 100 min rusun 

Qars  vilayətinə  köçürülməsini  zəruri  hesab  etdi.  Peterburqun  bu  təklifə  mənfi  münasibətindən  sonra 

belə bir şəraitdən istifadə edərək 100 minə qədər erməni və yunanlar Qars vilayətinə soxuldular.  

Beləliklə, uydurma erməni məsələsi beynəlxalq problem kimi meydana atıldı.  

1830-cu  ildə  Ermənistan  vilayət  höküməti çörək qıtlığını  bəhanə  edərək ora gələn  köçkünlərə 

lazımi  kömək  göstərə  bilməyəcəyini  bəyan  edərək,  ən  kasıb  köçkünlərin  bir  hissəsini  Qarabağa 

yerləşdirdi. Bu isə əslində Qarabağda ermənilərin çoxalmasına nail olmaq hiyləsi idi.  



Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

 

www.qesam.org 

 

 



1894-1896-cı illərdə Türkiyədə yenidən erməni-türk və erməni-kürd toqquşmaları törədildi.  

XX  əsrin əvvəllərindən  başlayaraq  daşnaklar  mübarizə  meydanını  Türkiyədən  Zaqafkaziyaya, 

xüsusiylə Azərbaycan ərazisinə keçirdilər.  

Daşnakların  "Böyük  Ermənistan"  planlarının  həyata  keçirilməsi  uğrunda  apardıqları 

antihumanist  siyasət  nəticəsində  Qafqaz  milli  qırğınlar  meydanına  çevrilir.  Belə  ki,  ermənilər 

azərbaycanlılara  qarşı  bəşər  tarixində  görülməmiş  cinayət  və  vəhşiliklərə  əl  atmış,  həm  də  bunları 

mərhələ-mərhələ,  təkrar  edə-edə  həyata  keçirmişlər.  Məsələn,  1905-ci  ildə  azərbaycanlıların  Bakıda 

mə`ruz qaldığı soyqırımı tədricən genişləndirib Naxçıvana, Irəvana, Zəngəzura, Qarabağa və Gəncəyə 

keçirmişlər.  Bu  hadisələr  zamanı  onlar  Şuşa,  Cavanşir,  Cəbrayıl  və  Zəngəzur  qəzalarında  75 

azərbaycanlı kəndi, Irəvan və Gəncə quberniyalarında isə 200-dən artıq yaşayış məntəqəsini dağıtmış, 

əhalisini oddan-qılıncdan keçirmişlər.  

1905-ci  ilin  noyabrında  Gürcüstan  Borçalı  qəzasında  da  qırğın  törədildi.  Yüzlərlə  adam 

öldürüldü.  1906-cı  ildə  Qafqaz  canişini  Voronsov-Dankovun  başçılığı  ilə  erməni-müsəlman  sülh 

məclisi açıldı. Gərginlik 1906-cı ilin oktyabrınadək davam etdi.  

1905-ci  ilin  dekabrında  Cavanşir  qəzasında  ümidli  kəndi  ermənilər  tərəfindən  mühasirəyə 

alındı,  kişilərin  başı  kəsildi,  qadınların  bir  qismi  öldürüldü,  bir  qismi  əsir  aparıldı.  Uşaqlara 

vəhşicəsinə divan tutuldu.  



 

 

HADİSƏLƏR 

 

1914-ci  ilin  noyabrın 14-də I Qafqaz ordusu Türkiyə sərhədlərini keçdi  və 1915-ci  il  yanvarın 



əvvəllərində  Sarı  Qamış  yaxınlığında  qələbə  qazandı.  Xoy,  Urmiya,  Səlmas  əyalətlərində  150  minə 

yaxın,  Şərqi  Anadolunun  Qars,  Ərdəhan  bölgələrində  200  mindən  artıq  soydaşlarımızı  qətlə 

yetirmişlər.  Qafqazda  Ermənistan  dövlətinin  əsasını  qoymaq  üçün  onlar  Irəvan,  Qarabağ,  Zəngəzur, 

Naxçıvan,  Gəncə  istiqamətlərində  yerli-azərbaycanlı  əhalini  kütləvi  sürətdə  qırmış  və  silah  gücünə 

qovmuşlar.  

Doğrudur,  1905-1907-ci  illərdə  və  eləcə  də  1914-1918-ci  illərdə  ermənilər  güclü  üstünlüyə 

malik olabilməmişlər. Onlar çarizm hakimiyyət orqanlarına arxalanaraq öz planlarını həyata keçirməyə 

çalışsalar da elə bir uğur qazana bilməmiş, demək olar ki, bütün cəbhələrdə məğlubiyyətə uğramışlar. 

Çünki o zamanlar rus hakimiyyətinin əsarəti altında olsaq da, hələ "Cahandar ağalar", ".zünə güvənən 

kişi  qeyrətli  seçmə  bəylər  və  xanlar"  xalqı  tez  bir  zamanda  ermənilərə  qarşı  qaldıra  bildilər.  Lakin 

ermənilərin bir xüsusiyəti var ki, onlar öz məqsədlərini həyata keçirmək üçün heç vaxt ruhdan düşmür, 

yeni hiylələr, taktikalar işləyib hazırlayır, bu döyüşlərdən təcrübə toplayıb yeni, gələcək müharibələrə 

hazırlaşırlar.  Özlərini  zahirən  dost  kimi  qələmə  vermək,  öz  qızlarını  mümkün  qədər  çox  sayda 

müsəlmanlara  vermək,  onlardan  olan  uşaqları  öz  tərəflərinə  çəkmək,  qadınlardan  istifadə  edərək 

müsəlmanların  nüfuzlu  adamlarını  ələ  almaq,  rüşvət,  təxribat,  pul,  silah  və  s.  gücü  ilə  öz  istəklərinə 

nail olmaq erməniliyin əsas xüsusiyətidir.  

1917-ci  ildə  fevral  inqlabından  sonra  "Daşnaksütyun"  partiyası  öz  fəaliyyətini  daha  da 

gücləndirdi,  "Böyük  Ermənistan"  xəritəsini  əldə  rəhbər  tutmaqla  Cənubi  Qafqazda  gərginlik  yaratdı. 

Ermənilərin  Azərbaycan  xalqına  genosid  (soyqırım)  siyasəti  1918-ci  ildə  daha  geniş  miqyas  almışdı. 

Bolşevik hakimiyyətini qurmaq adı altında onlar Bakıda, Şirvanda, Qubada, Lənkəranda, Kürdəmirdə 

50 mindən artıq azərbaycanlını  məhv etmiş, təkcə Bakıda 15 mindən artıq adam öldürmüşlər. Şamaxı 

qəzasında  58  kənd  dağıtmış,  7  min  adam,  Quba qəzasında  122,  Qarabağın  dağlıq  hissəsində  150-dən 

artıq, Zəngəzurda  115  kənd  dağıdılmış,  əhali  soyqırıma  mə`ruz  qalmışdı.  Irəvan  quberniyasında  211, 

Qars  vilayətində  82  kənd  yandırılmışdı.  Bu  ərazilərdə  əhalinin  ucdantutma  qırılması  1919-1920-ci 

illərdə  davam  etdirilmişdi.  Bunun  nəticəsində  Irəvan  quberniyasının  əhalisi  378582  nəfərdən  azalıb 

1920-ci  ilin  noyabr  ayı  üçün  cəmi  12  min  nəfərə  çatdı.  Ümumiyyətlə,  1905-1920-ci  illərdən 

Ermənistan ərazisində 10000-ə qədər kənd dağıdılmış və əhalisi ödürülmüşdü.  

1918-ci  il  noyabrın  axırlarında  Andrianik  Gorusda  məskən  salır.  Türkiyədə  quldurluq  etdiyi 

üçün  ülöm  cəzasına  məhkum  olunmuş  Andrianik  rus  generalı  formasında  orden  və  medallarla 


Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

 

www.qesam.org 

 

 



Qafqazda  böyük  qırğınlar  törədib.  Andrianikin  rəhbərliyi  ilə  Cəbrayıl,  Zəngəzur  və  Şuşada  erməni 

banditləri  basqınlar  edib  evləri  dağıdır,  talan  edir,  qocaları,  uşaqları,  qadınları  işgəncə  ilə  qətlə 

yetirirdilər.  O  zaman  Erməni  höküməti  Andrianiklə  heç  bir  əlaqəsi  olmadığını,  onu  məhv  etmək 

istədiyini,  lakin  gücü  çatmadığını  bəyan  edir.Zəngəzurdan  sonra  Andrianik  Şuşa  qəzasına  gəlir, 

qırğınlar törədir, Şuşa  və  Zəngəzur  qəzalarını  Azərbaycandan  ayırıb  Ermənistana  birləşdirmə  tələbini 

irəli sürür.  

1917-ci  il  dekabrın  16-da  RSFSR  XKS  tərəfindən  Stepan  Şaumyan  Qafqaz  işləri  üzrə 

fövqəl`adə komissar tə`yin edilir.  

Mart 1918-ci ildə Brest-Litovsk sülh müqaviləsinə əsasən Qars, Ərdəhan və Batumi Türkiyəyə 

verilmişdi.  Iran  və  Türkiyə  sərhədlərinədən  geri  çəkilən  rus  və  erməni  əsgərlərinin  bir  qismi  Bakıda 

yerləşdirildi.  S.Şaumyan  onlardan  azərbaycanlılara  qarşı  istifadə  etdi.  O,  mübarizəni  başlamaq  üçün 

bəhanələr  axtarırdı.  Belə  bir  bəhanə  tapıldı.  Bu  da  müsəlman  döyüşçülərinin  Lənkəran  könüllülərinə 

silah  göndərmək  istəyərkən  bunu  dayandırmaq  məqsədilə  S.Şaumyan  rusları  azərbaycanlılara  qarşı 

mübarizəyə sövq edir. Beləliklə, 1918-ci ilin martında Bakıda qırğın törədilir. 10-15 min azərbaycanlı 

öldürülür.  

Martın  30-da  komissar  Tatevos  Əmiryan  bir  qrup  daşnakla  H.Z.Tağıyevin  teatr  binasını  və 

Ismaliyyəni  yandırdılar (Indiki Elmlər Akademiyası). Bu  işdə Mikoyan və onun dəstəsi xüsusi  fəallıq 

göstərdi. Həmin hadisələrdən A.Mikoyan T.Əmiryanla birlikdə Bakıdan 20 milyon qızıl pul oğurlayıb 

apardılar.  

S.Şaumyan  Azərbaycan  qəzalarında  Sovet  hakimiyyətinin  qurulmasına  k?ək  etmək  pərdəsi 

altında  azərnaycanlıların  kütləvi  qırğınlarını  təşkil  etdi.  A.Mikoyanın  komandanlığı  altında  Qubaya 

guya qayda-qanun yaratmaq məqsədilə ermənilərdən ibarət göndərilən hərbi hissə burada görünməmiş 

vəhşiliklər  törətdi,  tarixi  abidə  olan  "Cümə  məsçidini"  yandırdılar.  Beləliklə,  S.Şaumyan 

azərbaycanlılara  qarşı  mübarizədə  Saakyan,  Arakelyan,  Nuriçanyan,  Məlik-Bolçyan  və  b.  eləcə  də 

"Daşnak"  ordusunun  komandanı  polkovnik  Avetisov,  polkovnik  Kayarov,  daşnak  Amazasp  və 

başqalarından istifadə etmişdi.  

1919-cu  ildə  AXC  höküməti  erməni  qurbanlarının  xatirəsini  əbədiləşdirmək  üçün  31  mart 

gününü milli matəm e`lan etdi. Həmin gün 2 dəfə-1919 və 1920-ci illərdə qeyd edildi.  

1918-ci il aprelin 25-də Bakı Xalq Kommisarları Soveti yaradıldı. Burada rəhbər vəzifələri-sədr 

və  xarici,  hərbi-dəniz  və  ədliyyə  komissarları  vəzifələrini  ermənilər-S.Şaumyan,  A.Karinyan,  və 

Q.Korqanov  tutdular.  Onların  əli  ilə  törədilən  hadisələrdə  əsas  məqsəd  Azərbaycanın  ərazi 

bütövlüyünü parçalamaq idi.  

1918-ci  ildə  ermənilərlə  azərbaycanlılar  arasında  münaqişə  ermənilərin  əsassız  iddiaları 

üzündən  Dağlıq  Qarabağ  üstündə  başlandı.  Osmanlılar  gedəndən  sonra  Andrianik  bu  mübahisəli 

ərazidə  erməni  hakimmiyyəti  yaratmağa  cəhd  etdi.  Yerevanın  təzyiqi  ilə  hətta  Qarabağdakı  erməni 

əhalisinin  müəyyən  təbəqələri  Azərbaycanın  hakimiyyətini  tanımaqdan  imtina  etdilər.  1918-ci  ilin 

iyulunda  Şuşada  Dağlıq  Qarabağ  ermənilərinin  I  qurultayı  keçirildi  və  bura  müstəqil  e`lan  edildi. 

Ermənistan höküməti silahlı qüvvələr göndərdi, kütləvi qırğınlar törətdi.  

1919-cu ilin yanvarında Ermənistan Azərbaycana qarşı ərazi iddiasını açıq irəli sürdü. Bununla 

da Dağlıq Qarabağın Ermənistana  birləşdirilməsi cəhdi  başlandı. Bu  əsassız  hərəkətin qarşısını almaq 

məqsədilə  Azərbaycan  hÖküməti  Şuşa,  Cəbrayıl,  Cavanşir  və  Zəngəzur  qəzalarından  ibarət  Qarabağ 

General  qubernatorluğunu  yaratdı.  O  zaman ermənilər  Zəngəzuru  da  tələb edirdi. 1919-cu  il  fevralın 

12-də  Xosrov  bəy  Sultanov  general-qubernator  tə?yin  edildi.  Azərbaycan  höküməti  ona  tapşırır  ki, 

Dağlıq  Qarabağda  münaqişələr  törədən  qüvvələri  ləğv  edib  orada  qayda-qanun  yaratsın  və  yerli 

hakimiyyət  təşkil  etsin.  Ermənilər  buna  e`tiraz  edəndə,  bu  e`tiraz  Azərbaycanın  daxili  işlərinə 

qarışmaq cəhdi kimi qiymətləndirildi.  

Ermənilərin Qarabağda əsassız olaraq irəli sürdükləri ərazi iddialarına e`tiraz edən A.Mikoyan 

1919-cu  il  mayın  22-də  Leninə  verdiyi  mə`lumatda  bildirdi:  "Erməni  hökümətinin  cəsusları  olan 

daşnaklar Qarabağın Ermənistana birləşdirilməsinə çalışırlar. Lakin Qarabağın əhalisi üçün Bakıda öz 

yaşayış  mənbələrindən  məhrum  olmaq  və  heç  bir  zaman  və  heç  nə  ilə  bağlı  olmadıqları  Yerevanla 


Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

 

www.qesam.org 

 

 



talelərini  bağlamaq  demək  olardı.  Erməni  kəndliləri  V  qurultayda  Azərbaycanı  tanımaq  və  ona 

qoşulmaq qərarına gəlmişlər."  

Beləliklə,  erməni  millətçilərinin  diplomatik  yolla  Dağlıq  Qarabağı  Ermənistana tabe  etmək  və 

onu ora qatmaq cəhdi boşa çıxır.  

1919-cu  il  noyabrın  23-də  Tiflisdə  Azərbaycan  hökümətinin  gərgin  sə`yi  nəticəsində 

Azərbaycanla Ermənistan arasında müqavilə imzalandı və toqquşmalar dayandırıldı.  

1919-cu  ilin  axırlarında  milli  münasibətlərin kəskin  hal aldığı  bir dövrdə Qarabağ  mühacirləri 

və Irəvan daşnakları, daşnak höküməti qarşısında Dağlıq Qarabağın "azad edilməsi" məsələsini kəskin 

qoydular.  Bu  məqsədlə  Qarabağda  bir  neçə  kənddə  müşavirə  keçirmək  cəhdi  göstərsələr  də  nəticə 

vermədi.  

Azərbaycanda  isə  vəziyyət  çox  ağır  idi.  Təkcə  1919-cu  ilin  yanvarında  Cavanşir,  Şuşa, 

Cəbrayıl  qəzalarında  40  minə,  Gəncə  mahalında  21  mindən  çox,  Şamaxı  mahalına  25,8  min,  Nuxa 

mahalına 5,1 min qaçqın gəlmişdi. Ümumiyyətlə qaınların sayı 100 minə çatırdı.  

Lahiyəsi  çəkilən  "Böyük  Ermənistan"ın  sərhədləri  qərbdə  Aralıq  dənizindəki  Iskəndəriyyə 

limanına  çatırdı.  Həmin  dövlətin  tərkibinə  Şərqi  Anadolunun  7  vilayəti,  Irəvan  quberniyası,  Tiflis 

quberniyasının cənub hissəsi, həmçinin Azərbaycanın Zəngəzur, Şuşa, Cavanşir, Qazax, habelə Gəncə 

qəzasının ayrı-ayrı hissələri daxil olmalı idi. Buna görə Ermənistan höküməti Qarabağda, Zəngəzurda, 

Naxçıvan və Qarsda dəhşətli faciələr törətdi.  

Bütün  bunlara  baxmayaraq,  Ermənistanın  Dağlıq  Qarabağı  diplomatik  və  hərbi  yolla  ələ 

keçirmək cəhdlərinin qarşısı alındı.  

I Dünya müharibəsindən sonrakı vaxtı tənzimləmək və m&#bahisəli məsələləri həll etməli olan 

Beynəlxalq  Paris  Sülh  konfransına  nümayəndə  göndərməyi  Azərbaycan  höküməti  zəruri  hesab  etdi. 

1918-ci  il  dekabrın  7-də  Azərbaycan  parlamentində  sədr  Ə.Topçubaşov  olmaqla  Sülh  konfransına 

gedəcək  nümayəndə  hey`əti  təsdiq  edildi.  1919-cu  il  yanvarın  8-də  Parisə  gedən  nümayəndə  hey`əti 

yanvarın  20-də  Istanbula  gəldilər.  Həmin  gündən  başlayaraq  nümayəndə  hey`əti  Parisə  getmək  üçün 

Fransadan 3 ay icazə gözlədi. Belə bir şəraitin yaranmasında erməni lobbisinin Amerika və Avropada 

Azərbaycan əleyhinə apardığı təbliğat böyük rol oynadı. Bu təbliğatla Azərbaycan haqqında böhtancı, 

qərəzli məlumatlar verilirdi.  

Erməni  lobbisi  1919-cu  il  yanvarın  28-də  Parisdə  çıxan  "Rezonanse"  qəzetində  Azərbaycan 

nümayəndə  hey`əti  üzvü  #399;.Ağayev  haqqında  böhtanla  dolu  bir  məqalənin  verilməsinə  nail 

olmuşdu.  Burada  Ə.Ağayev  müttəfiqlər  əleyhinə  yazan  bir  türk  jurnalisti  kimi  səciyyələndirilirdi. 

Ə.Ağayev  general  Tomsondan  zəmanət  məktubu  almasına  baxmayaraq  həbs  olundu  və  ingilislərin 

nəzarəti altında olan Malta adasına sürgün edildi.  

Azərbaycan  nümayəndə  hey`əti  Parisə  gələrkən  böyük  çətinliklərlə  qarşılaşdı.  Lakin  bütün 

bunlara  baxmayaraq,  Paris  konfransı  Ali  şurası  1920-ci  il  yanvarın  11-də  Azərbaycanın 

istiqlaliyyətinin tanınması haqqında yekdilliklə qərar qəbul etdi.  

1920-ci  ildə  aprelin  26-dan  27-nə  keçən  gecə  72  minlik  XI  ordu  hissələri  Azərbaycan 

sərhədlərini  keçərək  Bakı  üzərinə  yeridi.  Azərbaycanda  Sovet  hakimiyyəti  quruldu.  Bu  illərdə  də 

ermənilər öz iştahlarından əl çəkmir, Azərbaycana qarşı hücumu davam etdirirdilər.  

Dağlıq  Qarabağ  məsələsi  dəfələrlə  RK(b)P  MK-nin  Qafqaz  bürosunda,  RK(b)P  Zaqafqaziya 

ölkə  komitəsində,  AzK(b)P  MK-nin  1920-ci  il  iyulun  10-da  keçirilən  börosu  Qarabağda  vəziyyət 

haqqında  məsələ  mözakirə  edərək  göstərdi  ki,  hələ  Sovet  hakimiyyətinin  qələbəsinə  qədər  Qarabağ 

komitələri  Qarabağı  Azərbaycana  sıx  bağlayan  iqtisadi  şəraitə  görə  onun  Azərbaycana 

birləşdirilməsini  zəruri  hesab  etmişlər.  Azərbaycan  K(b)P  MK-nin  15  iyul  tarixli  bürosunda  qərara 

alındı ki, Qarabağ və Zəngəzur Azərbaycanla birləşdirilsin. N.Nərimanovun təşəbbüsü ilə 1920-ci ilin 

avqustunda Sülh konfransı keçirilməsini fikri irəli sürüldü. Bu məqsədlə fövqəl`adə nümayəndə olaraq 

I.Dövlətov Ermənistana  mə`lumat vermək üçün göndərildi. O, Bakıya avqust ayının 21-də qayıtdı  və 

bildirdi  ki,  erməni  daşnakları  Azərbaycana  qarşı  ciddi  müharibəyə  hazırlaşır,  Ermənistanda  18 

yaşından  46  yaşınadək  hamı  səfərbərliyə  alınmışdır.  Denikinin  hərbi  qüvvələrinə  arxalanaraq 

Azərbaycan  və  Gürcüstana  qarşı  Ermənistan  müharibə  apardı.  Ümidlərini  Vrangelə  bağlayan 


Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

 

www.qesam.org 

 

 



Ermənilər  ondan  hərbi  sursat  da  alırdı. 1921-ci  il  yanvarın 15-də  Ermənistanda  da S.Vrasiyan  qiyam 

etdi.  

Sovet  hakimiyyətinin  qələbəsindən  cəmi  bir  neçə  ay  sonra  başlanmış  antisovet  qiyamında 



məqsəd Dağlıq Qarabağı, Zəngəzuru və Naxçıvanı Azərbaycandan qopartmaq idi. 1921-ci  ilin  fevral-

aprel ayları ərzində Ermənistan ərazisində gürcü və azərbaycan kommunistlərinin qırğını təşkil olundu. 

Habelə Naxçıvan və Dağlıq Qarabağda on minlərlə, müdafiəsiz əhali məhv edildi. 1921-ci il iyulun 14-

də  daşnak  lideri  Riqada  Xalq  Xarici  I#351;lər  komissarlığının  mə`sul  işçisi  Şoffs  ilə  müqavilə 

imzalamağa  nail oldu. Müqavilədə ermənilərin  yaşadığı Türkiyə ərazisinin Sovet Rusiyasının  yardımı 

ilə Ermənistan Respublikasına birləşdirilməsi və "Müstəqil Ermənistan" yaradılması nəzərdə tutulurdu. 

Müqavilənin  imzalanmasından  12  gün  sonra  26  iyulda  RK(b)P  MK-nin  Siyasi  Bürosu  V.I.Leninin 

təklifi  ilə  müqavilə  lahiyəsini  ləğv  etdi  və  bundan  sonra  daşnak  qruplaşmalarının  müxtəlif  ölkələrdə 

möhacirlik fəaliyyəti başlandı.  

Ermənilər  Sovet  hökümətinin  qələbəsindən  sonra  da  Qarabağın  2  yerə  bölünməsi  məsələsini 

ortaya atdılar.  

Dağlıq  Qarabağ  haqqında  məsələ  1921-ci  il  iyulun  27-də  AK(b)P  MK-nin  Siyasi  və  təşkilat 

bürosunun nəzərindən keçirildi. Həmin büro Sovet Ermənistanı nümayəndəsi A.Bekzadyanın təklifi ilə 

razılaşmadı  və  qeyd  edildi  ki,  erməni  və  Azərbaycanlı  əhalisi  olan  ərazilərin  ayrılıb  Ermənistana  və 

Azərbaycana verilməsi təklifi inzibati və iqtisadi əlverişlilik nöqteyi-nəzərindən qəbul edilə bilməz.  

Bununla  iki  Sovet  respublikası  arasında  ixtilaf  meydana  çıxdı.  Bu  məsələdə  əmələ  gəlmiş 

düyünü  nəzərə  alaraq  RK(b)P  MK-nin  Qafqaz  bürosunun  plenumu  həmin  məsələni  müzakirə  etməli 

oldu.  Plenum  1921-ci  il  iyulun  4  və  5-ində  keçirilmişdi.  Burada  I.Stalin,  RK(b)P  Qafqaz  bürosunun 

özvləri - Orconikidze, Maxaradze, Myasnikov, Nərimanov, Kirov və başqaları iştirak etdilər. Iyulun 4-

də  axşam  iclasında  Kirov-Myasnikov  qrupunun  təklifi  ilə  Dağlıq  Qarabağın  Ermənistanın  tərkibinə 

daxil  edilməsi  haqqında  əsassız  qərar  qəbul  edildi.  Lakin  səsvermədə  Stalin  iştirak  etmirdi. 

N.Nərimanov  bu  qərarla  razılaşmayaraq  bildirdi  ki,  Qarabağ  məsələsi  Azərbaycan  üçün  böyük 

əhəmiyyətli  bir  məsələ  olduğundan  qəti  qərar  qəbul  etmək  üçün  məsələ  RK(b)P  MK-ya  keçirilsin. 

Nərimanovun  ciddi  tə`kidi  ilə  iyulun  5-də  plenumun  səhər  iclasında  Qarabağ  məsələsinə  yenidən 

baxıldı.  Qərara  alındı  ki,  azərbaycanlılar  və ermənilər  arasında  milli  barışığın zəruriliyini,  Qarabağın 

yuxarı  və aşağı  hissəsi arasında  iqtisadi əlaqələri  nəzərə alaraq onun daim  Azərbaycanla bağlı olduğu 

üçün Azərbaycan SSR-in tərkibində saxlanılsın.  

Azərbaycan  KP  MK-nin  Siyasi  və  təşkilat  bürosunun  26  sentyabr  1921-ci  il  tarixli  iclasında 

həmin məsələyə baxıldı və Qafqaz bürosundan xahiş edildi ki, Dağlıq Qarabağın (DQ) Muxtar vahidə 

ayrılması haqqında öz qərarına yenidən baxsın .  

1922-ci  il  oktyabrın  27-də  RK(b)P  Zaqafqaziya  ölkə komitəsi  Rə`yasət  hey`ətinin  iclası  oldu. 

Qərar alındı ki, RK(b)P MK Qafqaz bürosunun Qarabağa müxtariyyət verilməsi haqqında 5 iyul 1921-

ci il tarixli qərarı Azərbaycan K(b)P MK-si tərəfindən həyata keçirilsin.  

1923-cü  il  iyulun  axırlarında  RK(b)P  Zaqafqaziya  ölkə  komitəsinin  plenumunda  DQ  məsələsi 

yenidən müzakirə edildi və DQ Muxtar vilayətə (DQMV) ayrılması haqqında qərar qəbul etdi.  

1923-cilin noyabrında DQMV I Sovetlər qurultayı keçirildi. Beləliklə, DQMV SSRI ərazisində 

milli  dövlət  qurumları  olmayan  xırda  xalqlara  sərbəst  inkişaf  etmək  üçün  yaradılmışdı.  Azərbaycan 

ərazisində  yaşayan  az  miqdarda  ermənilərin  yaşadığı  ərazi  muxtar  vilayət  statusu  aldı.  Halbuki 

Qarabağdakı  ermənilərdən  bir qədər çox olan ermənilər Ermənistandan kənarda başqa respublikaların 

ərazisində də  vardı,  lakin onlar üçün  milli dövlət qurumu  yaratmaq söhbəti olmamışdı. Ona görə də 

Azərbaycan ərazisində DQMV yaradılmasının özü də elə əvvəldən düzgün deyildi.  

1927-ci  ildə  təşkil  edilmiş  Zaqafqaziya  bürosu  Ermənilərin  ərazi  iddiasına  son  qoya  bilmədi, 

əksinə Azərbaycan torpaqları hissə-hissə onlara verildi. Belə ki, 1929-cu il fevralın 18-də Türkiyənin, 

Azərbaycanın  və  Naxçıvanın  xəbəri olmadan  Zaqafqaziya MIK-i 9 kəndin  və  həmçinin də Qarçevan 

sovetliyinin tərkibində olan Mehri və başqa yerlərin Ermənistana birləşdirilməsi haqqında qərar verdi. 

Sonra Zəngilan tabeliyində azərbaycanlılar yaşayan Nüvədi, Mehvaz, Əldərə Ermənistana birləşdirildi. 

Beləliklə, 1930-31-ci illərdə Mehri rayonu təşkil edildi.  


Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

 

www.qesam.org 

 

 



Mikoyanın  xidməti  müqabilində  Borçalı  torpaqlarından  2  rayon  Ermənistana  verildi. 

Mikoyanın düşmənçiliyi  sayəsində  SSRI-nin  müdafiə  qabiliyyətini  möhkəmləndirmək  pərdəsi  altında 

azərbaycanlıların  Qazaxıstan  və  Orta  Asiyaya  köçürülməsi  planı  hazırlandı.  Onun  həyata 

keçirilməsinin  qarşısının  alınmasında  M.C.Bağırovun  bütün  xidmətləri  oldu.  Bağırov  öz  cavabında 

bildirmişdir  ki,  Qarabağın  Ermənistanın  tərkibinə  daxil  edilməsi  Qarabağda  ermənilərin  kompakt 

yaşamaları  ilə  əsaslandırılırsa,  o  halda  Gürcüstan  SSRI-in  Borçalı  qəzasında,  Ermənistan  SSR-in 

Göyçə  və Zəngəzur qəzalarında da  azərbaycanlılar kompakt yaşayır. Deməli,  belə  halda  həmin  yerlər 

Azərbaycana daxil edilməlidir. Fakt qarşısında aciz qalan Ermənistan Respublikası susmalı oldu.  

 


Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

 

www.qesam.org 

 

 





HADİSƏLƏR 

 

 



Ermənilərin  xalqımıza  qarşı  növbəti  fitnəkarlığı  1948-50-ci  illərdə  Ermənistandan 

azərbaycanlıların  kütləvi  halda çıxarılması oldu.  180  minə  yaxın  azərbaycanlı respublikanın  müxtəlif 

rayonlarında  yerləşdirildi.  O  zaman  məsələ  qəti  qoyuldu-ya  DQ  Ermənistana  verilməli,  ya  da 

azərbaycanlılar  oradan  çıxarılıb  uzaqlara  sürgün  edilməli  idi.  Bağırov  o  zaman  onları  Azərbaycanda 

yerləşdirməyə nail oldu.  

Ermənilər  N.Xruşşovun  dövründə  də  DQ-ın  Ermənistana  verilməsi  haqqında  məsələ  qalırdı. 

1960-cı ilin  noyabrından Mikoyanın təşəbbüsü  ilə DQMV-nin Ermənistana verilməsi haqqında sənəd 

hazırladı. Sovet IKP MK Rəyasət hey`ətinin iclasında Az KP MK katibi N.M.Hacıyevin məruzəsindən 

sonra N.Xruşşov qərar lahiyəsini kənara atıb ermənilərin cəhdlərini rədd etdi.  

Məqsədlərinə  nail  olmayan  Ermənilər  1965-ci  ildə  Yerevanda  "Genosid"  hadisəsinin  50  illiyi 

mühasibətilə  abidə  qoyulmasına  nail  oldular  və  bununla  da  yenidən  "Genosid"  məsələsi  əldə  bayraq 

edildi.  

Ermənilər  BMT  nəzdində  azlıqda  qalan  millətlərin  hüququnun  müdafiə  edilməsi  komitəsində 

"Erməni  genosid"inin  bir  fakt  kimi  təsdiq  etdirmək  təşəbbüsüə  göstərdilər.  1973-ci  ildə  irəli 

sürülmümş "Erməni genosidi" təklifi 1978-ci ildə komitədə səs vermə yolu ilə rədd edildi.  

1985-ci  ildə  BMT-nin  XXXVIII  sessiyası  öz  mə`lum  bir  genosid  və  "erməni  genosidi" 

hadisələri  sadalandı.  Lakin  edilən  tənqidlər  nəzərə  alındığından  bunu  insan  hüquqları  üzrə  olan 

komissiyaya verməkdən imtina edildi.  

XX  əsrin  60-cı  illərində  ermənilər Qarabağ  məsələsini  yenidən  ortaya  atdılar  və  məqsədlərinə 

çatmaq üçün "Dənizdən dənizə" xəritəsini  yaradıb bayrağa çevirdilər. Ilk növbədə Erməni ərazisində 

olan qədim Azərbaycanın şəhər və kəndlərinin adlarını dəyişib Erməni adları ilə adlandırdılar.  

Tarixi  mənbələr  sübut  edir  ki,  Erməni  ərazisinin  82%-i  Azərbaycan  torpaqları  olub.  Bu 

torpaqlar  Türkmənçay  müqaviləsindən  (1928)  sonra  müxtəlif  vaxtlarda  hissə-hissə  Azərbaycandan 

alınıb  ermənilərə  verilmiş  və  nəticədə  15-dən  çox  rayonun,  10  şəhərin,  11  şəhər  tipli  qəsəbəni  və 

yüzlərlə kəndlərin adı deyişdirilmişdi.  

Azərbaycan  adlarının  dəyişdirilməsi  ilə  bərabər  azlıqlara  məxsus  tarixi  abidələri  məhv  etmək 

kimi ləyaqətsiz vasitələrə əl atdılar.  

1985-ci  ilin  yayında  M.Qorbaçovun Sov.IKP MK-nın Baş katibi seçilməsindən sonra onun  və 

ölkənin  bir  sıra  rəhbər  vəzifələrində  çalışanların  rəğbətindən  istifadə  edən  ermənilər  "Böyuk 

Ermənistan" yaratmaq iddialarını fəallaşdırdılar.  

1987-ci  ildə  Parisdə  "Humanite"  qazetinin  18  noyabr  1987-ci  il  tarixli  nömrəsində  akademik 

A.Ağanbekyan  yazırdı  ki,  DQMV  Ermənistan  SSR  tərkibində  olmalıdır.  Bu  məsələ  M.Qorbaçovla 

razılaşdırılmışdır.  

1987-ci  ildə  Raisa  Maksimovnanın  ABŞ-da  erməni  diasporunun  və  "Daşnaksutyun"  partiyası 

nümayəndələri  ilə  gürüşü  onlardan  hədiyyə  alması,  ardıcıllıqla  ermənilərə  edilən  güzəşt  və  s.  bütün 

bunlar  Qorbaçovun  xəyanətini  təsdiqlədi.  O  zaman,  ABŞ-da  növbəti  prezident  seçkiləri  keçirilirdi. 

Belə bir dövrdə erməni lobbisi fəallaşdı. Murad Topalyan Maykl Dukakisin milli məsələ üzrə müşaviri 

oldu.  ABŞ-ın  erməni  icmasının  rəhbəri  Paryur Zarqyan  Corc  Buşun  müdafiəçisi oldu.  Digər  tərəfdən 

Qorbaçovun  köməkcisi  Şaxnazarov,  Nazirlər  Soveti sədrinin  müavini  Sitaryan  və  başqaları  fəaliyyəti 

gücləndirdi.  

1988-ci ilin əvvəlindən hazırlanmış plan üzrə Stepanakertdə (Xankəndində) tətillər başlandı.  

1988-ci  il  fevralın  20-də  Vilayət  Sovetinin  deputatları  (ermənilər)  Qarabag  vilayətinin 

Azərbaycanın  tərkibindən  çıxarılıb  Ermənistan  SSR-in  tərkibinə  daxil  olmasına  səs  verdilər. 

Müraciətlər Yerevan, Bakı və Moskvaya gödərildi.  

1988-ci il fevralın 22-də Stepanakertdə vilayət partiya fəalları yığıncağı keçirilir, Sov. IKP MK 

katibi  V.P.  Razumovski  çıxış  edərək  bildirdi  ki,  Sov.  IKP  MK  mövcud  milli  ərazi  quruluşunu 

dəyişdirmək  məqsədini  güdən  hərəkətləri  və  tələbləri  hər  iki  xalqın  mənafeinə  zidd  hərəkətlər  və 

tələblər kimi qiymətləndirir.  



Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

 

www.qesam.org 

 

 



10 

1988-ci  il  25  fevralda  Ermənistan  televiziyası  ilə  çıxış  edən  erməni  din  xadimi  katalikos 

Vazgen erməniləri daha da qızışırdı. 26 fevral 1988-ci ildə M. Qorbaçovun Azərbaycan və Ermənistan 

zəhmətkeşlərinə  müraciəti  ermənilər  üçün  əhəmiyyətsiz  idi.  1988-ci  il  fevralın  25-də  Əsgəranda 

ermənilər 2 azərbaycanlı öldürdü. Az sonra Bakıda Vorovski qəsəbəsində yaşayan erməni azərbaycanlı 

milis işçisini öldürdü. Daha sonra erməni millətçiləri 1988-ci il fevralın axırlarında Sumqayıt faciəsini 

törətdilər.  Hadisədən  əvvəl  varlı  ermənilər  şəhəri  tərk  etdilər.  Hadisədən  əvvəl  Sumqayıtda  yaşayan 

ermənilər  əmanət  kassalarında  olan  pullarını  götürmüşdür. Hadisənin  ilk  anında  reportyorlar, 

kinoçəkənlər, jurnalistlər burada idi. Bu hadisələr təsadüfi yox, vahid mərkəzdən idarə edilir, əvvəldən 

düəünülmüə  plan  əsasında  həyata  keçirilən  ssenari  idi.  Eduard  Grigoryan  adlı  erməni  Sumqayıtda 

yaşayan erməniləri ünvanları ilə tapıb öldürürdü.  

Fevralın 25-26-da Yerevanda nümayişlər keçirildi. Vəziyyətlə əlaqədar olaraq xeyli Ermənistan 

azərbaycanlısı  Sumqayıta,  Saray  və  Fatmayi  kəndlərinə  gəldi.  Əsgəranda  16  və  23  yaşlı  iki  gənc 

öldürüldü.  

Sumqayıt  hadisəsi  törədilərək  dünyaya  səs  salındı  ki,  bu  "genosiddir".  Hadisənin  gedişini 

düşünülmüş plan əsasında lentə alaraq bir sıra ölkələrdə nümayiş etdirdilər. Film Isvecrədə, Avropanın 

bütün  ölkələrində  və  Amerikada  ermənilər  olan  yerlərdə  göstərildi.  Sumqayıtda  qətlə  yetirilmiş  26 

erməni  ücün,  96  nəfər  azərbaycanlı  Moskva  inzibati  orqanları  tərəfindən  müxtəlif  cəzalara  mə`ruz 

qaldılar.  

Erməni  millətçiləri  Dağlıq  Qarabağda  "Krunk"  (Vətən  ücün  həsrət  simvolu  dovdaq  adı  ilə) 

komitə yaratdılar. Belə bir dövrdə Dağlıq Qarabağ mövzusu xaricdə erməni qəzet və jurnallarının əsas 

mövzusuna  çevrildi  "Revolyutsionnıe  daşnaki",  "Krestyanskaya  Svoboda",  "Soyuz  Armyanskix 

revolyutsionerov",  "Vostoçnaya  Armeniya  Soedinennıx  Ştatov",  "Zaşita  Armenii"  və  s.  təşkilatlar  iş 

apardılar.  

Dağlıq  Qarabağda  vəziyyət  getdikçə  gərginləşirdi.  Bunu  erməni  ziyalıları  qızışdırırdı. 

Ermənistanın  bir  sıra  rayonlarından  çıxarılan  azərbaycanlılar  Azərbaycanın  42  şəhər  və  rayonlarında 

yerləşir.  

SSRI Ali  Sovetinin  18  iyul  (1988-ci  il)  tarixli  iclası  Dağlıq  Qarabağın  Azərbaycan  SSR-i 

tərkibində  olmasını  və  ərazi  bütövlüyünü  dəyişdirilməsinin  qeyri  mümkünlüyünü  hesab  etməsi  çox 

düzgün qərar oldu.  

1988-ci  ildə  sentyabrın  3-də  Kərkicahan  atəşə  tutuldu.  Ermənilər  vərəqələr  yaymaqla 

azərbaycanlıları  hədələyirdilər.  Sentyabrın  21-də  bir  neçə  basqından  sonra  axırıncı  azərbaycanlı 

Xankəndini  tərk  etdi.  1988-ci  ilin  axırlarında  hər  2  respublikada  xüsusi  vəziyyət  e`lan  edildi. 

Hadisələrə mərkəzin birtərəfli yanaşması nəticəsində Ermənistanda yaşayan azərbaycanlılar və doğma 

yurd-yuvalarından  çıxarıldılar.  Bu  kütləvi  şəkil aldı. Ermənistandan  200  minə  yaxın  azərbaycanlı,  18 

min  müsəlman  kürdü min  nəfər  rusdilli  əhali  silah  gücü  ilə  çıxarıldı.  255  azərbaycanlı 

öldürüldü. Bunlaradan 2  nəfərinin  başı kəsilib, 11 nəfər diri-diri, 2  nəfərin  meyiti  yandırıldı, 3  nəfər 

doğranıb,  29  nəfər  maşınla  basılıb,  41  nəfər  döyülərək  öldürüldü,  49  nəfər  dağlarda  donub,  8  nəfər 

itkin  düşüb,  və  s.  Belə  vəhşiliklə  öldürülənlərdən 57  nəfəri qadın,  23-uşaq  idi.  Bu qanlı  hadisələrdən 

sonra müasir daşnaklar 1988ci il dekabrın 10-da Ermənistanı türksüz respublika elan etdi.  

Beləliklə,  XX  əsrdə  Ermənistandan  azərbaycanlıların  305;xarılması  4  mərhələdə-1905,  1918-

20-ci, 1948-56, 1988-ci ildə həyata keçirildi.  

Regionda  vəziyyəti  sabitləşdirmək  məqsədi  ilə  Azərbaycan  SSR  tərkibində  muxtar  vilayət 

statusu  saxlamaqla  A.Volskinin  sədrliyi  ilə  DQMV-nin  xüsusi  idarə  komitəsi  yaradıldı.  A.Volski 

vəziyyəti  daha  da  gərginləşdirdi.  Vilayət  Azərbaycan  höküməti  nəzarətindən  çıxdı.  Azərbaycan 

bayrağı Erməni  bayrağı  ilə  əvəz  edildi. SSRI Dövlət Plan  Komitəsi  hesabat  sənədlərində  DQ  əslində 

16-cı  müttəfiq  respublika  kimi  göstərildi.  A.Volski  Moskvanın  göstərişi,  Ermənistanın  iradəsi  ilə 

fəaliyyətini davam etdirdi.  

1989-cu  il  martın  sonunda  190  min  ermənidən  cəmi  23  mini  Azərbaycanı  tərk  etdi.  Bakı 

erməniləri  əsasən  Rusiyaya  köçürüldü. Çox  az  adam  "Böyük  Ermənistana"  üz  tutdu.  Bakıdan 

köçənlərin cəmi  7  mini Ermənistana, qalanı Rusiyaya köçdü. Bütün əmlaklarını satıb, şəxsi  əmlakları 

sağ-salamat getdilər. Ermənistanda isə azərbaycanlılar işgəncə ilə qovuldu.  



Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

 

www.qesam.org 

 

 



11 

Ermənilər Şuşa  yaxınlarında olan Topxana  məsələsini ortaya atdılar. Bakıda ehtiraslar qızışdı. 

Azadlıq  meydanında  e`tiraz  mitinqləri  qızışdı.  Bu  xalq  hərəkatı  M.  Qorbaçovun  və  onun 

havadarlarının xoşuna gəlmədi. 1992-ci il fevralın 25-dən 26-na kecən gecə XX əsrin ən böyük faciəsi-

Xocalı  qırğını  baş  verdi.  Yüzlərlə  insan  al  qanına  qəltan  edilib  qətlə  yetirildi.  Insanlıq  adına 

yazılmayan bütün vəhşilikləri, köməksiz insanların taleyinə qanlı güllələrlə həkk etdilər.  

Faktlar sübüt edir ki, Xocalı xeyli müddət müasirədə qalır, Azərbaycanla əlaqəsi kəsilir. Sonra 

törədilən bu faciə prezident A.Mütəllibovun karyerasına son qoydu.  

19  avqust  (1993-cü  il)  Iran  dövləti  Ermənistanın  ünvanına  kəskin  bəyanətlə  çıxış  edib 

Azərbaycanın işğal edilmiş ərazilərinin tezliklə boşaldılmasını tələb etdi.  

Avropa  Təhlükəsizlik  və  Əməkdaşlıq  müşavirəsi  (ATƏM)  münaqişənin  dinc  yolla  aradan 

qaldırılması  yolunu  tapmaq  üçün  sə`ylər  göstərdi.  Bundan  əlavə  təhlükəsizlik  Şurası  Bakıda  və 

Yerevanda  BMT-nin  nümayəndəliklərini  açdı.  Romada  ATƏM  çərçivəsində  dəfələrlə  görüşlər 

keçirildi.  

Hər  dəfə  mühüm  danışıqlar  ərəfəsində  danışıqları  pozmaq  məqsədilə  ermənilər  hərbi 

əməliyyatlar  keçirirdi.  Bütün  sə`ylər  elə  bir  nəticə  vermədi.  Düşmən  təcavüzkar  siyasətini  və  hərbi 

əməliyyatlarını  çəkinmədən  davam  etdirirdi.  Azərbaycanda  daxili  vəziyyət  getdikcə  gərgin  hal  aldı. 

1993-cü il iyulun 4-də Gəncə hadisəsi vəziyyəti daha da ağırlaşdırdı .  

15  iyun  1993-cü  ildə  Milli  məclisdə  H.Əliyev  Azərbaycan  Respublikası  Ali  Sovetinin  sədri 

seçildi.  Az  sonra  prezident  Əbülfəz  Elçibəy  iyunun  17-dən  18-nə  keçən  gecə  Naxçıvana,  oradan  da 

Kələki  kəndinə  getdi.  Milli  Məclis  24  iyun  1993-cü  ildə  prezidentin  səlahiyyətlərini  Azərbaycan  Ali 

Soveti sədrinə həvalə etdi.  

1993-ci  il  iyulun  5-də  H.Əliyev  xarici  ölkə  səfirlərinin  və  BMT-nin  Azərbaycandakı 

səlahiyyətli  nümayəndəsini qəbul etdi  və  Azərbaycandakı  və cəbhədəki  vəziyyətlə onları tanış  etdi  və 

bildirdi  ki,  Ermənistan  ordusu  artıq  Ağdama,  Fizuliyə  və  Cəbrayıla  hücum  etmişdir,  insan  tələfatları 

çoxdur.  

Bu  görüşdən  sonra  Mario  Rafaelli  (ATƏM-in  Minsk  konfransının  sədri)  Bakıda,  Yerevanda, 

Xankəndində  və  yenə  Bakıda  oldu.  Bu  gəliş  və  keçirilən  görüş,  söhbətlər  ermənilərə  lazımı  tə`sir 

göstərmədi. Iyulun 23-də ermənilər Azərbaycanın ən qədim şəhərlərindən olam Ağdamı zəbt etdilər.  

Azərbaycandakı ağır şərait BMT Təhlükəsizlik Şurasında da müzakirə edildi və qətnamə qəbul 

olundu.  BMT  Təhlükəsizlik  Şurasının  iyulun  29-da  qəbul  edilmiş  853  nömrəli  qətnaməsində  erməni 

qüvvələrinin  Azərbaycan  torpaqlarına  davam  edən  hücümları  pislənildi  və  onlardan  Ağdam  şəhəri 

daxil olmaqla işğal edilmiş bütün ərazilərdən dərhal və heç bir şərt qoymadan çıxmaları tələb olundu. 

Təhlükəsizlik  Şurası  BMT-nin  baş  katibinə  və  müvafiq  beynəlxalq  təşkilatlara  müraciət  edərək  zərər 

çəkmiş dinc əhaliyə humanitar kömək göstərməyə çağırdı.  

Erməni  təcavüzü  ilə  Azərbaycanda  yaranmış  vəziyyətlə  əlaqədar  avqustun  18-də  BMT 

Təhlükəsizlik  Şurasının  sədri  bəyanət  verdi  və  822  və  853  nömrəli  qətnamələrin  Dağlıq  Qarabağ 

ermənilərinin  yerinə  yetirmələri  üçün  Ermənistan  Respublikası  hökümətini  öz  təsirindən  istifadə 

etməyə çağırdı.  

1993-cü  il  sentyabrın  5-8  arasında  H.Əliyev  Moskvada  oldu  və  bir  çox  məsələlərdə  əməli 

söhbət apardı. Burada Türkiyənin baş naziri T.Çiller ilə də görüş və danışıqlıqlar apardı.  

Moskva  səfəri  ərəfəsində  Avropa  Birliyi  Dağlıq  Qarabağa  dair  qəbul  etdiyi  3  sentyabr(1993) 

tarixli bəyanatı da əhəmiyyətli idi. Lakin ermənilər buna da məhəl qoymadılar.  

Sentyabrın 14-15 Qazax, 16-da Tovuz, Gədəbəy, Zəngilan rayonlarında Azərbaycan mövqeyini 

yarmağa can atdılar.  

Sentyabrın  21-də  Zəngilan,  Cəbrayıl,  Tovuz  və  Ordubad  rayonlarının  kəndləri  yenidən  atəşə 

mə`ruz qaldılar.  

1993-cü  il  noyabrın  30-da  Romada  ATƏM-in  iclasında  Azərbaycan  Xarici  Işlər  naziri 

H.Həsənov  öz  çıxışında  ermənilərin  "Böyük  Ermənistan"  yaratmaq  iddiası  ilə  Azərbaycana  qarşı 

apardıqları  təcavüzkar  siyasətin  nəticəsi  olaraq  Azərbaycan  ərazisinin  20  faizindən  çox  sahəsinin 

tutulması,  18  mindən  çox  adamın  məhv  edilməsi,  50  min  nəfərə  yaxın  adamın  yaralanması,  4  min 

nəfər  adamın  əsir  alınması  ilə  yanaşı  88  min  yaşayış  binasının,  mindən  çox  iqtisadi  obyekt,  250 



Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

 

www.qesam.org 

 

 



12 

məktəb  və  təhsil  müəssisəsinin  yandırılıb  məhv  edilməsinin  əsil  təcavüz  olduğunu  bildirdi.  O,  qeyd 

etdi  ki,  Azərbaycan  və  Ermənistan  BMT  və  ATƏM-ə  daxil  olduqdan  sonra  Ermənistan  həmin 

təşkilatların  prinsiplərinə  əməl  edəcəyinə  sadiq  qalacağını  bildirdiyi  halda  Şuşanı  zəbt  etdi.  Bununla 

əlaqədar olaraq BMT nümayəndə  hey`əti  faktlar toplamaq üçün  Azərbaycanda olan vaxt Ermənistan 

Laçın  rayonunu  işğal  etdi.  Cenevrə  "beş"liyin  qeyri-rəsmi  məsləhətləşməsi  zamanı  Ermənistan 

Kəlbəcəri,  Minsk  konfransının  sədri  Mario  Rafaellinin  regionda  səfərindən  sonra  Ağdam  rayonunu 

işğal  etdi.  Işğal  edilmiş  Azərbaycan  ərazilərindən  erməni  qüvvələrinin  qeydsiz-şərtsiz  çıxardılması 

qəbul edildikdən sonra Ermənistan Füzuli rayonunu, ATƏM-in sədri Marqaret af Uqlas regionda olan 

vaxt  Ermənistan  Zəngilan  rayonunu  zəbt  etdi.  Bundan  sonra  erməni  qüvvələri  noyabrın  axırlarına 

yaxın  Xudafərin  körpüsü  zonasını  zəbt etdi  və  beləliklə,  Azərbaycan  ilə  Iran  Respublikası  arasındakı 

sərhəddin 161 kilometrini öz nəzarətləri altına aldılar.  

1993-cü il dekabrın 19-da H.Əliyevin Fransaya tarixi səfəri başlandı. Buradakı görüşlərində o, 

DQ  məsələsinə  geniş  yer  verdi  və  bu  vaxtadək  erməni  lobbisinin  Azərbaycan  haqqında  yaydıqları 

böhtançı mə`lumatları tamamilə ifşa etdi.  

1993-cü  il  dekabrın  23-də  Türkmənistan  prezidenti  S.Niyazovun  vasitəçiliyi  ilə  H.Əliyev  ilə 

Ter-Petrosyan  arasında  gör??? ???

  keçirildi.  Burada  H.Əliyev  qeyd  etmişdi  ki,  sayı  300  mindən  çox 

əhalinin yaşadığı rayonların 1993-cü ilin oktyabrından işğal edilməsini Azərbaycan xalqı həm də ona 

görə çox ağır qarşılamışdı ki, bu hadisə Azərbaycan MDB-nə daxil olduqdan və kollektiv təhlükəsizlik 

haqqında  müqaviləyə  qoşulduqdan  sonra  baş  vermişdi.  Deməli,  Ermənistan  təkcə  Azərbaycana  qarşı 

təcavüz  etmir,  həm  də  indi  bizim  birliyimizi  birləşdirən  prinsiplərə  saymamazlıq  nümayiş  etdirir. 

Ermənistanın Azərbaycana qarşı təcavüz etməsi yol verilməzdir.  

Ermənilər  öz  məkrli  məqsədlərinə  çatmaq  üçün  Azərbaycana  qarşı  başladıqları  müharibə 

gedişində  qırğınlar  və  faciələrlə  yanaşı,  616  məktəb,  225  uşaq  bağçası,  11  texniki-peşə  məktəbi,  4 

texnikum, 1 ali  məktəb, 842 klub, 962 kitabxana, 13 muzey, 2 teatr və 183 kino qurğusu dağıtmışlar. 

Dünyada olan 18 milyon qaçqından bir milyondan artığı Azərbaycandadır.  

Dəfələrlə  Rusiya,  Türkiyə,  Ermənistan  nümayəndələri  ilə  aparılan  danışıqlıqlar  öz  nəticəsini 

verdi. 1994-cü il mayın 11-dən atəş dayandırıldı.  

1994-cü  il  5-6  dekabrda  dövlət  başçıları  Budapeştdə  Zirvə  toplantısında  və  mayın  13-15 

Mərakeşdə  52  ölkənin  üzvü  olduğu  Islam  təşkilatının 7-ci  zirvə  konfransında H.Əliyevin  çıxışlarında 

"Böyük  Ermənistan"  yaratmaq  xülyasında  olan  ermənilərin  Azərbaycana  qarşı  apardıqları  təcavüz 

siyasəti  kəskin  tənqid  edildi.  Onların  hətta  beynəlxalq təşkilatın 822,  853,  874  və  884  qətnamələrinə 

əməl  etməmələri  göstərildi.  Burada  Ermənistanın  təcavüz  siyasəti  pislənildi  və  Azərbaycana  maddi 

yardım haqqında qətnamə qəbul edildi.  

Mono Etnik Ermənistan yaratmağa nail olan ermənilər DQMV və onunla qonşu olan 7 rayonu 

işğal edərək, əhalini silah gücünə qovub qaçqın vəziyyətinə saldılar və həmin yerləri onların təcavüzü 

nəticəsində xarabalığa çevrildi.  

 

İndi  Azərbaycan  ərazisinin  təxminən  20  faizindən  çoxu  (17  min  kv  km)  12  rayon  və  700 



yaşayış  məntəqəsi  ermənilərin  işğalı  altındadır.  Ermənilər  "Böyük  Ermənistan"  yaratmaq  uğrundakı 

mübarizədə  20  mindən  çox  adamı  qırmış,  4  minini  girov  götürmüşdü. Işğal  edilmiş  ərazidə  4  minə 

yaxın  sənaye  və kənd təsərrüfatı obyekti, ümumi  yaşayış  sahəsi 6  milyon kv.  m olan 180  min  mənzil 

və şəxsi ev, minə yaxın tə`lim-tərbiyə müəssisəsi, 3 minə yaxın mədəni-maarif ocağı, 700-ə yaxın tibb 

müəssisəsi onlar tərəfindən dağıdıldı.  

Ermənistan silahlı qüvvələrinin işğal etdikləri ərazidən çıxarılması haqqında BMT təhlükəsizlik 

şurasının 1993-cü ildə qəbul edilmiş (822, 853, 884) saylı 4 qətnaməsinə bazmayaraq indiyədək əməl 

edilməmişdir.  

Ermənilərin  xalqımıza  vurduğu  yaralar  sağalmazdır.  XX  əsrdə  onlar  bütövlükdə  1  milyon 

azərbaycanlını qətlə yetirmiş, 1.5 milyonunu isə Ermənistandan qovmuşdur.  

1918-ci il Batum müqaviləsinə görə cəmi 9 min kv. km məsafədə yaradılan Ermənistan bu gün 

40  min  kv.  km-lik  bir əraziyə  malikdir ki,  bunun da  hamısı tarixən  Azərbaycan torpaqları  olmuşdur. 

Ermənilərin  bu  vəhşilikləri  və  torpaqlarımızı  işğal  etmələri  heç  bir  beynəlxalq  normaya  və  insan 


Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

 

www.qesam.org 

 

 



13 

hüquqlarına  uyğun  gəlmir.  Bu  aksiyalar  insan  hüquqlarının  qorunmasına  dair  BMT  Baş  məclisinin  9 

dekabr 1948-ci il tarixli Beynəlxalq Konvensiyasının Avropada sərhədlərin pozulmazlığına dair 1975-

ci il Helsinki müşavirəsinin qərarları ilə diametral şəkildə ziddiyyət təşkil edir.  

Ikinci bir tərəfdən Dağlıq Qarabağın Ermənistanla ümumi sərhədi yoxdur. O, Laçın koridorunu 

və  Laçını  ələ  keçirib  müstəqil  respublikasının  sərhədlərini  kobudcasına  pozaraq  beynəlxalq  aktlara 



etinasızlıq göstərir.  

 

Yüklə 152,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin