- İdarəetmə çevik olmalıdır. Bu vəziyyətin qısa zaman kəsiyində dəyişməsinin operativ surətdə nəzərə alınmasıdeməkdir. Mülki Müdafiə rəhbəri şəraitin dəyişməsi ilə əlaqədar öz qərarını vaxtında dəqiqləşdirməyə, yaxud yeni qərar qəbuletməyə və icraçılara əlavə tapşırıqlar verməyə hər an hazırolmalıdır. Buna nail olmaq üçün başlıca şərt – yaranmış real vəziyyəti bilmək, onu dərhal qiymətləndirməyi və müvafiq qərar qəbul etməyi bacarmaqdır.
- İdarəetmə fasiləsiz və dayanıqlı olmalıdır. Yəni idarəetməsistemi hər cür fövqəladə hallarda tabelikdəki qüvvələrin fəaliyyətinə fasiləsiz rəhbərlik etməyə imkan verməlidir. Buna, idarəetmə məntəqələrini və rabitə qovşaqlarını əvvəlcədən yaratmaqla, onların xidmətçi heyətlərini işə hazırlamaqla, habelə bütünlükdə idarəetmə sisteminin davamlı olmasını təmin edən bir sıra tədbirlər görməklə nail olmaq mümkündür.İdarəetmə prosesində fasilə yaranması, yaxud onun pozulması, adətən uğursuzluqla nəticələnir. - İdarəetmə prosesində məxfilik rejiminə ciddi riayət edilməlidir. Yəni operativ sənədləri işləyərkən və rabitə vasitələrindən istifadə edərkən təhlükəsizlik rejim və qaydaları mütləq gözlənilməlidir. - İdarəetmə sistemi fəaliyyətə daim hazır vəziyyətdə saxlanmalıdır. İdarəetmə sisteminin fəaliyyətə hazırlıqdərəcəsi, Mülki Müdafiə qüvvələrinin hazırlıq dərəcəsindən bir səviyyə yüksək olmalıdır. Bu, lazım gəldikdə Mülki Müdafiə qüvvələrinə rəhbərliyi dərhal təşkil etməyə imkan verir. 12.Müəssisə və təşkilatlarda idarəetmə sistemi və idarəetmə məntəqələri Mülki Müdafiənin idarəetmə sistemi – idarəetmə orqanlarından, idarəetmə məntəqələrindən, rabitə və xəbərdarlıq vasitələrindən ibarətdir.Mülki Müdafiənin idarəetmə orqanlarına Mülki Müdafiə qərargahları, xidmətləri və köçürmə orqanları aiddir.İdarəetmə orqanının əsas vəzifəsi – hər cür şəraitdə idarəetmə işini, yəni Mülki Müdafiə rəhbərinin qərar və göstərişlərinin həyata keçirilməsini fasiləsiz və qətiyyətlə təşkil etməkdir.