MüLKİ MÜdafiƏ Mülki Müdafiə nədir?Mülki Müdafiənin yaranma tarixi və inkişaf mərhələləri



Yüklə 75,27 Kb.
səhifə18/42
tarix30.11.2022
ölçüsü75,27 Kb.
#71350
1   ...   14   15   16   17   18   19   20   21   ...   42
2 5377702472280184284 (1)

Tam dağılma zonası. Nüvə partlayışı mərkəzinə ən yaxın olan sahələrə tam dağıntı zonası deyilir və bu sahənin hüdudları daxilində zərbə dalğasının yaratdığı izafi təzyiq 50 kPa-dan artıq olur. Burada istehsalat və yaşayış binaları tamamilə dağılır, partlayış mərkəzinin lap yaxınlığında isə sığınacaqların bir qismi uçulur. Sığınacaqların əksəriyyəti və yeraltı kommunal-energetika şəbəkələri salamat qalır. Küçələrdə uçqunlar əmələ gəlir, sığınacaqların çıxış yolları uçqunlarla tutulur.
Güclü dağılma zonası. 50 kPa-dan 30 kPa-dək izafi təzyiqin təsirinə məruz qalan sahələr orta dərəcəli dağıntılar zonasıdır. Bu zonanın hüdudları daxilindəki yerüstü binalar orta dərəcədə dağılır, yeraltı sığınacaq və şəbəkələr salamat qalır. Küçələrin müxtəlif yerlərində uçqunlar yarana bilər. İşıq şüalanması nəticəsində güclü yanğınlar törəyir.
Orta dağılma zonası. 30kPa-dan 20 kPa-dək izafi təzyiq təsir göstərən sahələrdə orta dağıntılar baş verir. Taxta evlər tamamilə və çox dağılır, daş evlər orta və ya zəif dağıntılara uğrayırar. Sığınacaq, daldalanacaq və bina zirzəmilər dağıntılarsız ötüşülər. Küçələrdə ayrı-ayrı uçqunlar əmələ gəlir. İşıq şüalanması nəticəsində başdan-başa yanğınlar törəyir.
Zəif dağılma zonası. 20kPa-dan 10 kPa-dək izafi təzyiq təsir göstərən sahələrdə zəif dağıntılar baş verir. Bu zonada yerüstü binalar zəif dağıntılara məruz qalır. Küçələrdə tək-tək uçqunlar yaranır, işıq şüalanmasından tək-tək yanğınlar törəyir.
22.Nüvə partlayışı zamanı yaranan zərbə dalğası,insanlara və ətraf mühitə təsiri
Zərbə dalğası – partlayış mərkəzindən hər tərəfə səsdən iti sürətlə yayılan bərk sıxılmış hava qatından ibarətdir. Zərbə dalğasının zədələyici təsirini xarakterizə edən əsas parametrlər dalğanın ön həddindəki izafi təzyiq, dalğanın surət təzyiqi və izafi təzyiqin təsir müddətidir. İzafi təzyiq yaranmış maksimal atmosfer təzyiqi ilə zərbə dalğasından əvvəlki normal atmosfer təzyiqinin fərqinə bərabərdir. Izafi təzyiq hər kv. sm. düşən kq. qüvvə ilə ifadə olunur və KP (kilopaskalla)ölçülür.
Zərbə dalğası nəticəsində binalar, qurğular, tikililər dağılır, insanlar isə müxtəlif dərəcəli zədələr alırlar İzafi təzyiqin miqdarından asılı olaraq zədələr aşağıdakı 4 növə növlə bölünür:
yüngül zədələnmə - izafi təzyiq 20 – 40 kPa bərabər olanda baş verir. Bu zaman yüngül kontuziya, qol və qıç nahiyələrinin burxulması və eşitmə qabiliyyətinin müvəqqəti itirilməsi baş verir;
orta zədələnmə – izafi təzyiq 40 – 60 kPa bərabər olanda baş verir.Belə hallarda bədənin ümumi kontuziyası, qol və qıç nahiyələrinin bərk burxulması, burun və qulaqlardan qanaxma baş verir;
ağır zədələnmə – izafi təzyiq 60 – 100 kPa bərabər olanda baş verir. Bu zaman qol və qıç nahiyələrinin sınması, daxili orqanların zədələnməsi, burun və qulaqlardan şiddətli qanaxma baş verir.
ən ağır zədələnmə – izafi təzyiq 100 kPa - dan yüksək olanda baş verir. Bu zaman bütün sümüklərin sınması, daxili orqanların dağılması,daxili qanaxma və beyin silkələnməsi baş verir.

Yüklə 75,27 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin