Naqilli rabitə əsas rabitə növüdür və yüksək keyfiyyətli rabitəni təmin edir. Naqilli rabitədən– rayonun nazirliyin rəhbərliyi ilə obyektin sığınacaqları, müşahidə postu, iş yerlərindəki sex və şöbə rəisləri və obyektin Mülki Müdafiə xidmətləri ilə əlaqə saxlamaq üçün istifadə edilir.
Radiorabitədən– obyektdə, adətən Mülki Müdafiə rəhbərinin radioşəbəkəsi təşkil edilir, buraya dəstə komandirlərinin radiostansiyaları qoşulur.Obyekt Mülki Müdafiə rəhbərlərinin radiostansiyası isə şəhər rəhbərinin radioşəbəkəsinə daxil edilir. Radiorabitədən xüsusən yürüş zamanı və zədələnmə ocaqlarında xilasetmə işləri aparılarkən istifadə olunur.Radiorabitə istənilən mürəkkəb şəraitdə idarəetməni təmin edir. Radiorabitə vasitələri qısa müddət ərzində böyük məsafədərabitə təşkil etməyə və bir neçə abonentə eyni vaxtda informasiya verməyə imkan verir. Səyyar rabitədən – texniki rabitə avadanlıqları olan əsas istiqamətlərdə əlavə vasitələr kimi, belə avadanlıq olmayan hallarda isə əsas rabitə növü kimi istifadə edilir. Siqnallı rabitə vasitələri –həm xəbərdarlıq üçün, həm də Mülki Müdafiənin sərəncam və komandalarını çatdırmaq həm də göstəriş və siqnalları təkrar vermək məqsədilə istifadə olunur. Siqnallı rabitə vasitələri sirenalardan, siqnal raketlərindən, işıq və səs siqnalı verən vasitələrdən və bayraqcıqlardan ibarətdir. Siqnal vasitələri – qısa komandaların, məlumatların, xəbərdarlıq siqnallarının verilməsi üçün istifadə olunur. Siqnal vasitələri kimi görünən siqnal raketlərindən, tüstü verən şaşkalardan, fanarlardan, bayraqlardan, səsli sirendən, fitdən və zəngdən istifadə olmaqla həyata keçirilir. 14.Mülki Müdafiənin xəbərdarlıq siqnalları və bu siqnallardan sonra əhalinin davranış qaydaları Təbii fəlakət və ya qəza baş verərkən, yaxud, düşmən basqını barədə əhalini xəbərdar etməyin əsas üsulu radio və televiziya vasitəsilə xəbərlərin verilməsidir. Belə xəbərlərdən əvvəl hökmən müxtəlif siqnallar elan edilməlidir.