«Tre Traktorer AB» İsveçə qarşı məhkəmə işi üzrə Avropa Məhkəməsinin qərarı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlara 1 saylı protokolun 1-ci maddəsinin tətəbiqinin bariz nümunəsidir
Mülkiyyət hüququnun hüdudları
Müller Avstriyaya qarşı məhkəmə işində Avropa Məhkəməsi müəyyən etdi ki, pensiya almaq hüququ 1 saylı Protokolun 1-ci maddəsinin müdafiə obyekti ola bilər.
Mülkiyyət anlayışınını müstəqil məna daşıması
S. Birləşmiş Krallığa qarşı məhkəmə işində Avropa Məhkəməsi müəyyən etdi ki, şəxs 1-ci maddənin təminatlarının onun işinə tətbiq edilməsi üçün dövlətdaxili qanunvericilik əsasında müəyyən hüquqlara malik olmalıdır ki, Konvensiya mənası baxımından bu əmlak mülkiyyət sayıla bilsin.
Gələcəkdə mülkiyyət almaq hüququna təminat verilməməsi
Marks Belçikaya qarşı məhkmə işində Avropa Məhkəməsi qərara aldı ki 1 saylı Protokolun 1-ci maddəsi yalnız şəxsin hal-hazırda mövcud olan mülkiyyəti barəsində tələblərə şamil olunur. Başqa sözlə bu maddə gələcəkdə əldə ediləcək mülkiyyət hüququna təminat vermir.