Əhalinin mühafizəsinin əsas prinsipləri
Mühafizə tədbirlərində məqsəd — fövqəladə halların qarşısının alınması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsi, fövqəladə hallar zamanı adamların zədələnməsinin qarşısının alınması, yaxud zədələnmənin maksimum azaldılması, fövqəladə halların və onların nəticələrinin aradan qaldırılmasıdır.
Əhali yerləşən rayonların hərbi-siyasi və təbii xarakterindən, burada ehtimal edilən fövqəladə halların növündən, təhlükənin dərəcəsindən asılı olaraq mühafizə tədbirləri fərqli surətdə planlaşdırılır və həyata keçirilir.
Bu məqsədlə, sülh dövründə baş verə biləcək fövqəladə halların xarakteri və miqyası barədə proqnozlar əsasında, habelə müasir müharibələrin xüsusiyyətləri, başlanması variantları, müxtəlif növlü qırğın vasitələrinin işlədilməsi imkanları nəzərə alınmaqla Azərbaycan Respublikasının ərazisi zonalara, şəhərləri qruplara, təsərrüfat obyektləri isə dərəcələrə bölünür. Mülki müdafiə tədbirləri hərbi komandanlıq orqanları ilə sıx əlaqədə yerinə yetirilir.
Əhalinin mühafizəsinə müxtəlif mühafizə üsullarından kompleks halında istifadə edilməklə nail olunsun ki, bu üsullardan ən əsasları - əhalinin müxtəlif mühafizə qurğularında daldalandırılması, təhlükəli rayonlardan köçürülməsi və eyni zamanda fərdi mühafizə vasitələrindən istifadə olunmasıdır.
Əhalinin mühafizəsi üzrə tədbirlər sülh dövründə əvvəlcədən hazırlanır, iqtisadi və sosial inkişaf planlarında nəzərdə tutulur və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada yerinə yetirilir.
Əhalinin mühafizəsi üzrə planlaşdırılan tədbirlərin həcmi
«məqsədyönlü və kifayətdir» prinsipi ilə müəyyən edilir.
Bu prinsipdə aşağıdakılar nəzərdə tutulur:
fövqəladə hallarda gözlənilən nəticələrin elmi proqnozu əsasında mühafizənin optimal variantlarının seçilməsi;
MM qərargahlarının ümumi vəzifələri və onların təşkili quruluşu.
Azərbaycan Respublikası MM sistemi qarşısında bir sıra vəzifələr durur. Bu vəzifələri həyata keçirmək üçün, Nazirliklərdə, Komitələrdə, Baş idarələrdə, təsərrüfat obyektlərində, tədris müəssələrində və s. MM qərargahları yaradılır. Bütün tədbirlərin vaxtında və dəqiq həyata keçirilməsində MM qərargahının rolu böyükdür. MM qərarğahları Mülki Müdafiənin əsas İdarəetmə orqanı olub, MM-ə üzrə əsas tədbirlərin hazırlanmasını planlaşdırır.
Qərargahlar həmçinin nəqliyyat təminatı, yol-körpü, yanğından mühafizə, hidrometeoroloji, texniki və maddi təminatı, habelə inzibati təsərrüfat və komendant xidmətini, gizli idarəetmə işlərini və s. təşkil edir.
mülki müdafiə vəzifələrinin xalq təsərrüfatı mənafeləri ilə əlaqələndirilməsi;
təhlükə yaranan dövrdə qabaqcadan təşkilati və mühəndis-texniki tədbirlərin yerinə yetirilməsi;
mülki müdafiə obyektlərinin tikintisində yüksək keyfiyyətli parametrlərin tətbiq edilməsi;
mühafizə vasitələrinin həm sülh, həm də müharibə şəraiti üçün yararlığının təmin olunması;
iqtisadi və sosial inkişaf planlarının tərtibində və yerinə yetirilməsində mühafizə məsələlərinə üstünlük verilməsi.
Əhalinin mühafizəsi üzrə mülki müdafiə tədbirlərində respublikanın bütün vətəndaşlarının iştirakı prinsipial şərtdir. Bu, hər bir adamdan öz təhlükəsizliyi üçün şəxsi məsuliyyət daşımağı, mülki müdafiə siqnallarını bilməyi və bu siqnallar üzrə düzgün fəaliyyət göstərməyi, kollektiv və fərdi mühafizə vasitələrindən istifadəni bacarmağı, habelə fövqəladə hallarda davranış və fəaliyyət qaydalarına riayət olunmasını tələb edir.
Buna mülki müdafiə biliklərini əhaliyə müntəzəm və fasiləsiz surətdə öyrətməklə nail olmaq mümkündür.
Mülki Müdafiənin məqsədi.
Mülki Müdafiənin məqsədi aşağıdakılardır:
fövqəladə halların qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin həyata keçirilməsi
fövqəladə hallar zamanı mümkün olan ziyan və itkilərin həcminin maksimum azaldılması
fövqəladə halların və onların nəticələrinin aradan qaldırılması
Dostları ilə paylaş: |