Dyumoçelə görə, multikulturalizm termininin üçüncü mənası
normativ xarakter
daşıyaraq çoxmədəniyyətli cəmiyyətin ədalət baxımınından necə olmalı olduğunu
göstərir. Dyumoçel multikulturalizm termininin bu anlamda multikulturalizm
fenomeninin tanınmış tədqiqatçıları olan
Çarlz Teylorun, Vil Kimlikanın və Ceyms
Tallinin əsərlərində istifadə edilməsini göstərir.
Bu müəlliflər hesab edirlər ki, etnik-
mədəni müxtəliflik olan cəmiyyətdə müxtəliflik qorunmalı və inkişaf etdirilməlidir. Bu,
multikultural ədalətin normativ tələbidir.
Əslində Dyumoçelin təqdim etdiyi multikulturalizm termininin üçüncü mənası bu
terminin ikinci mənasının konkretləşdirilməsidir. Bu səbəbdən onu multikulturalizm
termininin ayrıca bir mənası kimi vermək düzgün deyil.
Beləliklə, siyasət modeli mənasında işlədilən multikulturalizm termini bu sosial
hadisənin mühüm cəhətini xarakterizə edir- onu
dövlət ideologiyasınin tərkib hissəsi,
Dostları ilə paylaş: