DTT-yə üzvlük prosesi ilə bağlı ictimaiyyətin məlumatlandırılmasının əhəmiyyəti nəzərə alınaraq indiyədək İqtisadi İnkişaf Nazirliyinin və müxtəlif dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə DTT-yə həsr olunmuş müxtəlif tədbirlər keçirilmişdir. ABŞ-ın texniki yardım layihəsi ilə birgə DTT-yə üzv olma Nəşrlər Seriyası çərçivəsində DTT haqqında 6 broşur hazırlanmış, sahibkarlara və qeyri-hökumət təşkilatlarına paylanmışdır.
Bundan başqa, www.wto.az saytı yaradılmış və ən zəruri məlumatların mütəmadi olaraq həmin saytda yerləşdirilməsi təmin edilmişdir.