-ci ilin 16 iyul tarixində Azərbaycan üzrə ÜTT Katibliyində İşçi Qrupu yaradılmışdır. İşçi Qrupun 1-ci iclası 2002-ci ildə Cenevrədə keçirilmişdir. 2004-cü ildən başlayaraq hər il İşçi Qrupun icla
1997-ci ilin 16 iyul tarixində Azərbaycan üzrə ÜTT Katibliyində İşçi Qrupu yaradılmışdır. İşçi Qrupun 1-ci iclası 2002-ci ildə Cenevrədə keçirilmişdir. 2004-cü ildən başlayaraq hər il İşçi Qrupun iclasları keçirilir.
2008-ci ildə ilk dəfə olaraq İşçi Qrupunun 2 iclası (2008-ci ilin 6 may tarixində 5-ci iclası, 11 dekabr tarixində isə 6-cı iclası) keçirilmişdir. 5-ci iclasın sonunda Azərbaycan üzrə ilk ümumiləşdirici sənədin - Faktlar İcmalının hazırlanmasına dair qərar qəbul edilmişdir. Sənəd ÜTT Katibliyi tərəfindən hazırlanaraq Azərbaycan tərəfinə təqdim olunmuşdur. Sənədə aidiyyəti qurumlar tərəfindən baxılmış və rəy bildirilmişdir. Faktlar İcmalı İşçi Qrupun 6-cı iclasında müzakirə edilmişdir. Sənədin son variantı danışıqlar qrupunun üzvlərinə rəy bildirilməsi üçün paylanılmış və İşçi Qrupun 7-cı iclasında (2009-cu ilin 24 iyul tarixində keçirilmişdir) yenidən müzakirə edilmişdir. İşçi Qrupunun 7-ci iclasından sonra Azərbaycan tərəfinə təqdim olunmuş suallar cavablandırılmış və ÜTT katibliyinə göndərilmişdir.