2011-2015-ci illəri əhatə edən İnkişafa Yardım Çərçivəsi (UNİDAF) hazırlanma mərhələsindədir.
AZƏRBAYCAN-BMT İXTİSASLAŞDIRILMIŞ İQTİSADİ TƏŞKİLATLARI İLƏ ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRI: Azərbaycan-BMT Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA)
Proqramın əsas məqsədi region ölkələrinin inteqrasiyasının dəstəklənməsi və dünya iqtisadiyyatına qoşulmalanın təşviq edilməsi, birgə səylərlə daha effektiv həll ediləcək prioritet məsələlərin maliyyələşdirilməsidir.
2002-ci ilin 21-22 noyabr tarixlərində Bişkekdə keçirilən Regional Məşvərət Komitəsinin 4-cü iclasında Azərbaycan SPECA-ya üzv qəbul edilmişdir.
2006-cı ildə Bakıda Proqramın İdarəetmə Şurasının 1-ci iclası və Biznes-Forum keçirilmişdir.
2007-ci ildə Xarici İşlər və İqtisadi İnkişaf Nazirlikləri tərəfindən irəli sürülmüş Ticarətə Yardım mexanizminə qoşulmaq təşəbbüsü üzrə 1-2 dekabr 2010-cu il tarixlərində Bakı şəhərində Nazirlər Görüşü keçirilmişdir.Tədbirdə SPECA ölkələrinin ticarətə cavabdeh nazirləri və nazir müavinləri, müxtəlif beynəlxalq təşkilatların 100-dən artıq nümayəndəsi iştirak etmişdir. Görüş çərçivəsində ticarətin inkişafı üzrə əsas istiqamətləri müəyyənləşdirən Nazirlər bəyannaməsi qəbul edilmişdi.