AZƏRBAYCAN-BMT İXTİSASLAŞDIRILMIŞ İQTİSADİ TƏŞKİLATLARI İLƏ ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRI: Azərbaycan-BMT Sənaye və İnkişaf Təşkilatı (BMSİT) əlaqələri
Azərbaycan Respublikası 1993-cü ildən Birləşmiş Millətlər Sənaye və İnkişaf Təşkilatının üzvüdür.
Təşkilat çərçivəsində Azərbaycan 2000-ci ildə "Sənaye inkişafı sahəsində əməkdaşlıq haqqında Memorandum" imzalamışdır.
2005-ci ildə Azərbaycan ilə Təşkilat arasında "2005-2010-cu illər üzrə Əməkdaşlıq haqqında Çərçivə Proqramı" imzalanmışdır.
Təşkilat tərəfindən Azərbaycanda bir sıra sahələrdə, o cümlədən enerji səmərəliliyinin artırılması, milli sənaye statistik proqramların inkişafı, kiçik və orta sahibkarlığın dəstəklənməsi, ətraf mühitin yaxşılaşdırılması və s. sahələrdə müxtəlif layihələr həyata keçirilir.
2010-cu ilin iyul ayında təşkilatın Baş Direktoru Kandeh Yumkella Azərbaycana səfər etmiş və səfər zamanı əməkdaşlıq perspektivləri müzakirə edilmiş, yeni Çərçivə Proqramının imzalanması planlaşdırılmışdır.