23-24 iyun 2010-cu il tarixlərində Bakı şəhərində İslam İnkişaf Bankının Müdirlər Şurasının 35-ci İllik Toplantısı keçirilmişdir.
Tədbirdə 55 ölkədən minə yaxın nümayəndə iştirak etmişdir. Toplantının keçirilməsində əsas məqsəd İslam İnkişaf Bankının fəaliyyəti ilə bağlı bir sıra sənədlərin təsdiq olunması, üzv ölkələr arasında əlaqələrin genişləndirilməsi və gələcək əməkdaşlığın yeni istiqamətlərinin müzakirə edilməsi olmuşdur.
İllik Toplantı çərçivəsində 30-a yaxın iclas, o cümlədən Bankın və onun tərkibinə daxil olan qurumların İllik Toplantıları, Azərbaycan və MDB-də biznes imkanlarına dair İnvestisiya Konfransı, müxtəlif mövzularda seminar, forum və simpoziumlar keçirilmişdir.