Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə160/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   156   157   158   159   160   161   162   163   ...   185
Pedaqogika İMTAHAN

Pedaqoji təcrübədə kompüterin yeri. Ali məktəbdə kompü- terlərin növləri ilə magistrantlar tanış olurlar. Onlar kompüterin hafizəsində yerləşdirilmiş proqramların məzmununu öyrənirlər. Magistrant müstəqil olaraq bir proqram hazırlamaq və kompüterin hafizəsinə vermək sahəsində öz gücünü sınaqdan keçirir.

Pedaqoji tərcübədə magistrant müvəffəqiyyətinin qiymət- ləndirilməsi. Pedaqoji təcrübə zamanı magistrantların fəaliyyə- tini qiymətləndiməyin böyük əhəmiyyəti vardır. Magistrantın fəaliyyətində heç bir cəhət pedaqoji təcrübə rəhbərinin diqqətindən yayınmır: müəyyən formada münasibət bildirilir və qiymətləndirilir. Bunu yəqin edən magistrant ya daha da ruhlanır, daha yaxşı fəaliyyət göstərməyə çalışır, yaxud da tutulan iradları nəzərə alır, işində dönüş yaradır. Digər tərəfdən pedaqoji təcrübə rəhbərinin nümunəsi də magistrant üçün örnək olur. Magistrant bakalavr pilləsində müəllim kimi fəaliyyət göstərərkən rəhbərlik edəcəyi tələbələrin işinə diqqətlə yanaşmalı, onların uğurlarını və nöqsanlarını vaxtında, operativ qeyd edib qiymətləndirməli olur. Pedaqoji təcrubənin yekunlaşdırılmasında və qiymətləndirilməsində magistrantlarla yanaşı, təcrübəyə rəhbərlik üçün cəlb olunmuş pedaqoq və psixoloq da iştirak edir.

Pedaqoji təcrübənin müvaffəqiyyət dərəcəsi onun necə planlaşdırıldığından çox asılıdır. Təcrübə nə qədər diqqətlə planlaşdırılırsa və həmin plana nə qədər ciddi əməl edilirsə pedaqoji təcrübə bir o qədər uğurlu keçir və gözlənilən nəticə alınır.

Pedaqoji təcrübənin planlaşdırılmasında nələr nəzərə alınır? Pedaqoji təcrubənin mütəşəkkil başlanması; bütün təcrübə iştirakçılarının vəzifələrinin konkretləşdirilməsi; pedaqoji təcrübəyə nəzarətin təmin olunması; pedaqoji təcrübəni yekunlaşdırmağın formasının müəyyənləşdirilməsi.

Pedaqoji təçrübənin mütəşəkkil başlanması üçün ilkin müzakirə keçirilir. Pedaqoji təcrübənin əhəmiyyəti nəzərə alınaraq muzakirəni rektor və ya prorektor aparır. Pedaqoji təcrübə keçməli olan bütün magistrantların, habelə onların rəhbərlərinin iştirakı təmin edilir.

Pedaqoji təcrübə iştirakçılarının: magistrantların və onların rəhbərlərinin vəzifələrini əvvəlcədən aydınlaşdırmağın müs- təsna əhəmiyyəti xüsusi qeyd edilməlidir.

Pedaqoji təcrübəyə nəzarəti rektorluq, onun səlahiyyətli nümayəndəsi və magistratura şöbəsinin müdiri həyata keçirir.



Pedaqoji təcrübənin yekunlaşdırılması planda nəzərdə tutulduğundan, yekun müzakirəsində rektorun və ya prorektorun iştirakı səmərəni xeyli artırır. Təcrübə keçən magistrantların və onların rəhbərlərinin fəal iştirakı ilə keçən yekun müzakirəsində təçrübənin uğurları, çatışmazlıqları, çətinlikləri və problemlər barədə söylənmiş fikirlər növbəti pedaqoji təcrübə zamanı nəzərə alınır.



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin