Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4


Tədris planı üzrə tələbə elmi-tədqiqat işləri



Yüklə 0,54 Mb.
səhifə162/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   158   159   160   161   162   163   164   165   ...   185
Pedaqogika İMTAHAN


Tədris planı üzrə tələbə elmi-tədqiqat işləri


Tələbə elmi tədqiqat işlərinin formaları. Ali məktəb tələbələri elmi-tədqiqat işlərinin müxtəlif formalarında iştirak edirlər. Tələbə elmi-tədqiqat işləri iki qrupa ayrılır: tədris planında nəzərdə tutulan elmi işlər tədris planında nəzərdə tutulmayan elmi işlər.

Birinci qrup tələbə elmi-tədqiqat işlərinə aiddir: referatlar, kurs işləri, buraxılış (diplom) işləri, magistr dissertasiyası.

Tədris planı ilə əlaqədar olan tədqiqat işlərində müəyyən ardıcıllıq mövcuddur. İlkin rəsmi tələbə elmi-tədqiqat işi referat adlanır.

Referat. Referat latın sözündən (refero) alınmadır. Mənası məlumat verirəm deməkdir. Bir məfhum kimi, onun elmi mənası hər hansı əsərin məzmununu yazılı şəkildə qısa şərh etməkdən ibarətdir.

Ali məktəbdə referat ixtisasdan asılı olaraq müxtəlif formalarda icra edilir: bir əsəri oxuyub məzmununu qısa şərh etmək; filmə baxıb məzmununu yazmaq; təbii hadisənin təsvirini vermək; incəsənət əsərini (heykəli, xalçanı, musiqini, rəsmi və s.) sözə çevirmək, kimyəvi reaksiyanı təsvir etmək; tarixi bir sənədin şərhini vermək və i. a.



Tələbənin elmi-tədqiqat fəaliyyətində referat ilk addım hesab elildiyindən, ona xüsusi qayğı göstərilir. Rəhbər çalışır ki, referat yazan tələbə istifadə etdiyi materiala yaradıcılıqla yanaşsın, mexaniki köçürmə hallarına yol verməsin, referatda tələbənin öz sözü, öz fikri üstünlük təşkil etsin.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin