Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə170/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   166   167   168   169   170   171   172   173   ...   185
Pedaqogika İMTAHAN

Yüksək ixtisaslı elmi-pedaqoji kadr hazırlığının formaları xüsusiyyətləri. Bu cür kadrları hazırlamağın iki başlıca forması olmuş və hələlik, indi də davam edir. Biri aspirantura, digəri doktoranturadır. Aspirantura və doktorantura təhsil sistemində ali təhsildən sonrakı təhsil pillələrinə aiddir. Ardıcıllığına və səviyyəsinə görə yüksək ixtisaslı elmi-pedaqoji kadr hazırlığı iki pillədə həyata keçirilir: aspiranturada və doktoranturada.

Aspirantura. Aspirantura pilləsində yüksək ixtisaslı elmi- pedaqoji kadrları üç formada hazırlamaq mümkündür: əyani, qiyabi və dissertantlıq formasında. Əyani aspiranturada qəbul imtahanlarını müvəffəqiyyətlə verən şəxs (mütəxəssis) üç il müddətinə müvafiq fənlərdən namizədlik minimumları üzrə imtahanlar verməli və namizdlik dissertasiyası yazıb müdafiə

etməli olur. Əyani təhsil alan aspirant iş yerindən (istehsalatdan) ayrılaraq elmi fəaliyyətə qoşulur və təqaüd alır. Aspiranturada qiyabi təhsil almaq istəyən mütəxəssis də, əyani təhsildə olduğu kimi, aspiranturaya qəbul imtahanları verməli, müvafiq fənlərdən namizədlik minimumları üzrə imtahanlar verməli, namizədlik dissertasiyası yazıb müdafiə etməlidir. Burada iki spesifik xüsusiyyət var. Birinci xüsusiyyət: aspiranturada qiyabi təhsil müddəti üç il deyil, dörd ildir.İkinci xüsusiyyət: qiyabiçi aspirant əsas iş yerindən ayrılmadan elmi tədqiqat işi ilə məşğul olur. Təqaüd almır.

Dissertantura formasında yüksək ixtisaslı elmi-pedaqoji kadr hazırlığının da bəzi xüsusiyyətləri var. Əvvəla, dissertantura yolu ilə təhsil alan mütəxəssis qəbul imtahanlarından azaddır. İkincisi, burada təhsil müddəti beş ildir. Beş il ərzində dissertant həm minimum imtahanları verməli, həm də namizədlik dissertasiyasını başa çatdırıb müdafiə etməlidir. Dissertant da əsas iş yerindən ayrılmadığı üçün; təqaüd almır.

Doktorantura. Doktorantura yüksək ixtisaslı elmi-pedaqoji kadr hazırlamağın son pilləsidir. Bu pilləyə qalxmaq istəyən elmlər namizədi müstəqil götürdüyü doktorluq dissertasiyası mövzusu üzərində işin təqribən yarısını gördükdən sonra ali məktəb rəhbərliyi qarşısında yaradıcılıq məzuniyyəti verilməsi barədə məsələ qaldırır. Məsələyə ali məktəbin elmi şurasında baxılır və lazım bilindikdə müsbət qərar qəbul edilir. Doktoranta iki illik yaradıcılıq məzuniyyəti verilir. Doktorant elmi şuranın qərarı əsasında maaşı saxlanmaqla işdən ayrılır və doktorluq dissertasiyası üzərində işini davam etdirir. O, bir ildən sonra elmi şurada dissertasiyanın vəziyyəti barədə hesabat verir. Hesabat qənaətbəxş sayıldıqda növbəti ildə işi davam etdirmək barədə qərar çıxarılır. Həmin il ərzində doktorant dissertasiyasını müdafiə etməli olur.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin