Tədris planından kənar tələbə elmi işləri
Tədris planında nəzərdə tutulmayan elmi tədqiqatda tələbələrin iştirakı formaları çoxdur: kafedraların tədqiqat işlərində tələbələrin iştirakı; tələbələrin tərcümə işində iştirakı; tələbələrin auditoriyadankənar vaxtlarda elmi texniki yaradıcılığı; tələbələrin ayrı-ayrı dərnəklərdə yaradıcılıq fəaliyyətləri; tələbə elmi çəmiyyətində iştirak; elmi seminarlarda tələbələrin iştirakı; təsərrüfat hesablı elmi- tədqiqat müqavilələrində tələbələrin iştirakı; tələbə elmi konfranslarında iştirak; tələbə elmi işlərinin kafedralarda və fakültə elmi şurasında müzakirəsi; tələbə işlərinə baxışların təşkili və s.
Kafedraların tədqiqat işlərində tələbələrin iştirakı. Kafedraların elmi tədqiqat işlərinə tələbələri çəlb etmək təcrübəsi var. Tələbələr kafedranın tədqiqat mövzusu ilə əlaqədar konkret faktların toplanmasında daha çox iştirak edirlər. Xüsusən tətil günlərində tələbələr evlərinə qayıdanda məsələn, dil kafedralarının tapşırığı ilə yerli ləhcə nümunələrinə dair, yaxud ədabiyyat kafedralarının məsləhəti üzrə şifahi xalq yaradıcılığı nümunələrinə dair, idman kafedraları üzrə milli oyunlara dair faktlar; sosiologiya üzrə milli adət v ənənələrə dair faktlar toplayırlar.
Elmi-tədqiqat işlərində tələbələrin iştirakına şərait yaratmaq hallarına başqa kafedralarda da rast gəlmək olur. Məsələn, pedaqogika kafedrası pedaqoji təcrübə zamanı müvafiq pedaqoji faktların toplanmasında tələbələrin güc və imkanlarından istifadə edir. Kafedranın məsləhəti üzrə məktəbdə müşahidə aparan və müəyyən faktları qeydə alan tələbə həmin faktların mahiyyətinə dərindən nüfuz etməli olur.
Tərcümə işində tələbələrin iştirakı. Tərcüməçi mütəxəssislər hazırlayan kafedralarımız var. İngilis, rus, alman, fransız, fars və s. dillərdən Azərbaycan dilinə, Azərbaycan dilindən həmin dillərə tərçüməyə ehtiyac xeyli artmışdır. Belə bir şəraitdə müvafiq kafedralar öz fəaliyyətlərini yalnız tədris işi ilə – tərcüməçiliyin sirlərini tələbələrə öyrətməklə məhdudlaşdırmırlar. Onlar bəzi tələbələri fəal, müstəqil tərcümə işinə cəlb edirlər. Müəllimlərin rəhbərliyi və nəzarəti altında müstəqil tərcümə işinə cəlb edilən tələbələrdə tərcüməçilik qabiliyyətləri daha intensiv inkişaf edir.
Tələbələrin auditoriyadankənar vaxtlarda elmi-texniki yaradıcılığı. Neft və qaz sənayesi, maşınqayırma sənayesi yüngül sənaye, yeyinti sənayesi, kənd təsərrüfatı, inşaat və s. sahələrlə əlaqədar fəaliyyət göstərən kafedralar tələbələrdə elmi-texniki yaradıcılığın inkişafına münasib şərait yaradırlar. həmin kafedraların köməkliyi ilə tələbələrin bir qismi auditoriya məşğələlərindən sonra ali məktəbin laboratoriyalarında, kabinetlərində, sexlərində elmi-texniki yaradıcılıqla məşğul
olur, bir çoxları nəzərə çarpaçaq dərəcədə uğur qazana bilirlər.
Tələbələrin dərnəklərdə yaradıcılıq fəaliyyətləri. Tələbələrin iştirak etdikləri dərnəklər iki qrupa bölünür: ayrı-ayrı fənn dərnəkləri və özfəaliyyət, yaxud yaradıcılıq dərnəkləri.
Ali məktəb təcrübəsi göstərir ki, fəaliyyətdə olan kafedraların əksəriyyətinin nəzdində fənn dərnəkləri var. Bu dərnəklərdə görkəmli elm, texnika, mədəniyyət və incəsənət xadimləri ilə tələbələrin görüşləri təşkil edilir. Belə görüşlər tələbələrin elmə, texnikaya, mədəniyyət və incəsənətə maraqlarını xeyli artırır.
Fənn dərnəklərində elmin, texnikanın, iqtisadiyyatın, siyasətin, mədəniyyət və incəsənətin, səhiyyə və təhsilin ayrı- ayrı məsələləri daha dərindən öyrənilir; səciyyəvi cəhət budur ki, dərnəklərdə tələbələrin özləri məruzə ilə çıxış edirlər.
Rəqs, xor, dram dərnəkləri kimi özfəaliyyət dərnəkləri, çalğı alətlərindən, müğənnilərdən, şən və hazırcavablardan ibarət kollektivlərin işi tələbələrdə yaradıcılıq qabiliyyətlərinnn inkişafında böyük rol oynayır.
Tələbə elmi cəmiyyətlərində iştirak. Məlumdur ki, bütün ali təhsil ocaqlarında tələbə elmi cəmiyyətləri fəaliyyət göstərir. Tələbə elmi cəmiyyəti kafedra çərçivəsində qapanıb-qalmır, bütün ixtisaslar və kafedralar üzrə tələbələrin elmi və elmi- texniki səylərini özündə birləşdirir. Tələbə elmi cəmiyyətinin ali məktəb üzrə keçirdiyi tədbirlər qabiliyyətli tələbələrin və onların əldə etdikləri nailiyyətlərin üzə çıxarılmasına imkan verir. Bu cür tələbələr və onların işləri, bir növ, digər tələbələr üçün nümunəyə çevrilir.
Elmi seminarlarda tələbələrin iştirakı. O da məlumdur ki, ali məktəblərdə elmi seminarlar təşkil edilir. Elmi ; seminarlar bəzi ali məktəblərdə fakultələr üzrə, bəzilərində isə ali məktəblər üzrə fəaliyyət göstərir. Elmi seminarlarda, adətən, elmi mövzular üzrə müəllimlərin məruzələri dinlənilir və müzakirə edilir. Bəzən belə müzakirələrə müvafiq fakultələrin tələbələri də dəvət olunurlar. Elmi seminarların işində iştirak edən tələbələr özlərini əsil elmi yaradıcılıq laboratoriyasında
hiss edirlər, müxtəlif fikirlərin toqquşduğunun şahidi olurlar, fikirlərə yaradıcı münasibət göstərməyin zəruriliyini duyurlar.
Təsərrüfat hesablı elmi-tədqiqat müqavilələrində tələbələrin iştirakı. Bu və ya digər nazirliyin, komitə, yaxud müəssisənin sifarişi əsasında təsərrüfat hesablı müqavilələr üzrə elmi- tədqiqat işləri aparan kafedralar var. Müqavilələrin əsas icraçıları ali məktəbin professor-müəllim heyətindən bəzi mütəxəssislər olur. Lakin yaxşı hal kimi diqqətəlayiq cəhət həm də budur ki, təsərrüfat hesablı elmi-tədqiqat işlərinə tələbələr də cəlb edilir; bu cür elmi-tədqiqat işlərinə tələbələr böyük maraq göstərir və orada məmnuniyyətlə çalışırlar.
Elmi konfranslarda tələbələrin iştirakı. Elmi konfranslarda tələbələrin iştirakının iki əsas forması mövcuddur: tələbə elmi konfranslarında və professor-müəllim heyətinin elmi konfranslarında tələbələrin iştirakı.
Birinci formada əsas məruzəçilər tələbələrin özləridir. Bu konfranslarda tələbələrin elmi rəhbərləri və digər müəllimlər də iştirak edirlər.
İkinci formada isə əsas məruzəçilər professor-muəllim heyə- tindən olan mütəxəssislərdir. Lakin bu cür konfranslarda tələ- bələr də iştirak edə bilirlər: öz müəllimlərinin hansı elmi problemlər üzərində çalışdıqlarını öyrənirlər.
Tələbə elmi işlərinin kafedralarda və fakültə elmi şürasında müzakirəsi. Tələbələrin tədqiqatları arasında müəyyən elmi və ya əməli əhəmiyyət kəsb edənləri olur. Belə hallarda elmi rəhbərlərin məsləhəti ilə müəyyən əhəmiyyətli tələbə elmi işi kafedra iclaslarında və fakültə elmi şurasında geniş müzakirə olunur. Bir çox halda həvəsləndirici qərarlar qəbul edilir, tələbələrin elmi işi qəzet və ya jurnalda çapa məsləhət görülür, yaxud aylıq təqaüd həcmində mükafat verilməsi lazım bilinir, turist putyovkası tövsiyə edilir və s.
Tələbə işlərinə baxışların təşkili. Tələbə elmi və elmi-texniki yaradıcılığına baxışlar müxtəlif səviyyəli və müxtəlif formalı olur. Bir çox halda tələbələrin yaradıcılıq məhsullarının sərkisi ayrı-ayrı ali məktəblərin daxilində təşkil edilir. Bəzən də tələbələrin elmi və elmi-texniki yaradıcılığına baxış respublika miqyasında olur; hətta yaradıcılıq müsabiqələri də keçirilir.
Həm ali məktəb üzrə, həm də respublika miqyasında keçirilən tələbə elmi, elmi-texniki və bədii yaradıcılıq sərgisinin, müsabiqəsinin, bu yaradıcılıq nümunələrinə baxışın böyük tərbiyəvi əhəmiyyətə malik olduğu diqqət mərkəzində saxlanır.
Magistraturada elmi-tədqiqat təcrübəsi. Magistraturanın tədris planında dörd həftəlik elmi tədqiqat təcrübəsi nəzərdə tutulur. Ali məktəbin həyatında bu təcrübə də tamam yeni iş formasıdır. Onun imkanlarından maksimum istifadə olunmalıdır. Elmi-tədqiqat işlərində göstərilən iştirak formaları ilə yanaşı, tələbələr həmin müddət ərzində ali məktəbin elmi-tədqiqat fəaliyyətinin sistemi ilə tanış olur və tədqiqat bacarığına yiyələnirlər.
Pedaqoji prosesin təkmilləşdirilməsində tələbə elmi işinin əhəmiyyəti. Elmi tədqiqat sahəsində tələbələrin fəaliyyət göstərməsi iki istiqamətdə faydalıdır. Bu istiqamətlərdən biri ali məktəbin özünə, digəri isə onun xaricinə aiddir.
Tədqiqat sahəsində püxtələşən tələbələrin əldə etdikləri elmi nailiyyətlər respublikamızda elmin, texnikanın, texnologiyanın, iqtisadiyyatın, mədəniyyət və incəsənətin inkişafına köməkdir. Digər tərəfdən də, elmi təfəkkürü cilalanan tələbələr sosial-iqtisadi həyatın bu və ya digər sahəsində əməli fəaliyyəti zamanı hər bir məsələyə elmi cəhətdən yanaşmalı və onu irəlilətməli olurlar.
Elmi-tədqaqat sahəsində tələbənin yaradıcılıq fəaliyyəti ali məktəbdə pedaqoji prosesin təkmilləşdirilməsinə təkan verir. Yaradıcı şəkildə düşünən tələbənin əsaslandırdığı yeni elmi fikir və ya təcrübi konstruktor işi bir tərəfdən qalan tələbələr üçün nümunə olur, ondan görüb götürürlər və bu da təlim- tərbiyə işinin səviyyəsinin artmasına təkan verir. Digər tərəfdən də tələbələrin pedaqoji proseslə əlaqədar irəli sürdükləri təkliflərin ali məktəbdə nəzərə alınması təlim- tərbiyə işinin keyfiyyətini yüksəldir.
Dostları ilə paylaş: |