Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə165/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   161   162   163   164   165   166   167   168   ...   185
Pedaqogika İMTAHAN

Magistr dissertasiyası. Tələbə elmi-tədqiqat işinin ən yüksək forması magistr dissertasiyasıdır. Magistr dissertasiyası elmi rəhbərin verdiyi məsləhət əsasında magistrantın müstəqil yerinə yetirdiyi elmi-tədqiqat və ya təcrübi konstruktor işi hesab edilir. Magistrantın dissertasiyası müvafiq yeniliyi özündə əks etdirməlidir.

Magistr dissertasiyası ya müvafiq elmi istiqamət üçün mühüm əhəmiyyəti olan hər hansı məsələnin yeni həllidir, yaxud mühüm tətbiqi əhəmiyyəti olan texniki, iqtisadi və ya texnoloji işləmələrin təkmilləşdirilmiş elmi şərhidir.

Dissertasiyada irəli sürülən təkliflər, çıxarılaı nəticələr ciddi şəkildə əsaslandırılır, mövcud nəticələrlə müqayisə edilərək qiymətləndirilir və onların istifadəsi üçün sübut olunmuş tövsiyyələr verilir.

Dissertasiya mövzusunu seçməkdə magistrant müstəqildir. hətta o, öz təşəbbüsü ilə də mövzu təklif edə bilər. Bu halda magistrant təklif etdiyi mövzunu lazımınca əsaslandırmalıdır.

Dissertasiyanın mövzusu da, planı da, icra qrafiki də elmi rəhbərlə razılaşdırılır və kafedranın qərarı ilə təsdiq üçün fakultə elmi şurasına təqdim edilir.

Magistrant öz dissertasiyasının yerinə yetirilməsi vəziyyəti barədə həm elmi rəhbərə, həm də kafedraya vaxtaşırı hesabat verir.

Magistrant dissertasiyanı yazarkən istifadə etdiyi materialların, mənbələrin, kitabların, qəzet və jurnalların,

müəlliflərin adlarını, nəşriyyatın adını, nəşrin ilini, səhifənin sayını dəqiq göstərir.

Dissertasiya elmi rəhbərin rəyindən sonra kafedrada müzakirə edilir. Dissertasiya elmi rəhbərin rəyi və kafedranın qərarı ilə birlikdə fakultə dekanına təqdim olunur. Dekan sənədlərlə tanışlıqdan sonra materialları İxtisaslaşmış Elmi Şuraya verir. Şura dissertasiyanı rəsmi mütəxəssis rəyinə göndərə bilər. Rəydən sonra dissertasiyanın müdafiəsi keçirilir.

İxtisaslaşmış Elmi Şura məzunların yekun buraxılış attestasiyasını həyata keçirir.

Magistr dissertasiyasına tam və hərtərəfli baxılmasını və bu iş barəsində əsaslaıdırılmış qərar çıxarılmasını təmin etmək məqsədi ilə İxtisaslaşmış Elmi Şura lazım bildikdə kafedradan və fakültədən müvafiq materiallar tələb edir.

Deyilənlərdən göründüyü kimi, magistr elmi və ixtisas dərəcəsi verilməsi barədə qərar çıxaran İxtisaslaşmış Elmi Şura magistrlər hazırlamaq sisteminin mühüm tərkib hissəsidir.



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin