Referatda və kurs işində olduğu kimi, diplom işində də mövzu seçməkdə tələbəyə sərbəstlik verilir. Kafedrada diplom işi üçün müəyyənləşdirilmiş mövzulardan istədiyini tələbə seçə və onun üzərində işləyə bilir.
planlaşdırılıası da tələbənin öhdəsinə buraxılır; tələbə mövzusunun planını müstəqil tərtib edir və elmi rəhbərlə məsləhətləşir; elmi rəhbər planda lazımi düzəlişlər edəndən sonra tələbə fəaliyyətini davam etdirir.
Kafedranın təsdiq etdiyi qrafik üzrə diplomant rəhbəri ilə görüşür və ondan elmi məsləhətlər alır.
Diplom işi başa çatandan sonra kafedra onu kənar rəyə verir. Kənar rəydən və elmi rəhbərin rəyindən sonra diplom işi müzakirəyə təqdim edilir. Diplomant komissiya qarşısında işin məzmunu barədə hesabat verir. Komissiya diplom işi haqqında qərar çıxarır və onu qiymətləndirir.
Dostları ilə paylaş: