Rektor və onun fəaliyyət xüsusiyyətləri.
Ali məktəb həyatının bütun sahələrinə bilavasitə rəhbərlik edən və həmin sahələr üzrə işin keyfiyyəti üçün dövlət qarşısında şəxsən cavabdeh olan rektordur.
Rektor ali məktəb həyatının tədris, elm, tərbiyə, təsərrüfat və s. sahələri üzrə rəhbərliyi müvafiq prorektorlar vasitəsi ilə həyata keçirir.
Rektor eyni zamanda şəxsiyyətdir. Rektorların hərəsinə xas olan spesifik cəhətlər olur. Bununla yanaşı, ali məktəblərin bütün rektorları üçün səciyyəvi olan ümumi xüsusiyyətlər də var. Bu cür ümumi olan xüsusiyyətlərdən bəzilərini qeyd edək. Rektor ali məktəbdə baş tərbiyəçi kimi fəaliyyət göstərir.
Ali tədris müəssisəsində bütün tərbiyə işləri rektorun göstərişi və ya razılığı ilə təşkil edilib keçirilir.
Rektor ali məktəbdə baş təşkilatçıdır. Ali məktəb üzrə heç bir tədbir onun razılığı olmadan keçirilə bilməz.
Rektor ali məktəbə rəhbərlikdə, digər prinsiplərlə yanaşı, tabelikdə olan şəxslərə tələbkarlıqla hörmətin vəhdəti prinsipini əsas götürür.
Rektor professor-müəllim heyəti arasında və tələbələr ara- sında təşəbbüskarlığı yüksək qiymətləndirir, müdafiə edir və həvəsləndirir.
Dostları ilə paylaş: |