Fakültə onun tərkibindəki ixtisaslar üzrə olan kafedraları, tədris laboratoriyalarını, fənn kabinələrini, nümayiş zallarını,
muzeyləri, emalatxanaları, tədris bazalarını və s. özündə birləşdirir.
Fakültə ali təhsil müəssisəsinin Elmi Şurası tərəfindən yaradılır.
Müəyyən ixtisas və ya istiqamət üzrə tələbələrin sayı (baka- lavrlar və magistrantlarla birlikdə) 300 nəfərdən çox (bundan 200 nəfərdən artığı əyani şöbədə) olduqda fakültə yaradılır. Fakültəyə mövcud qaydalara uyğun seçilmiş dekan rəhbərlik edir.
Dekan. Fakültədə
təhsil alan tələbələrin, aspirant və dokto- rantların təhsilinin lazımi səviyyədə olmasını təmin edir; fakültənin profilinə uyğun dərsliklərin,
dərs vəsaitlərinin, tədris proqramlarının, tədris planlarının, metodik göstərişlərin hazırlanmasına təşəbbüs göstərir və bu işə ümumi rəhbərlik edir; kafedralararası müşavirələrin, elmi-metodik müzakirələrin və konfransların keçirilməsini təşkil
edir və onlara rəhbərlik edir; ali təhsilin pillələri üzrə, eləcə də aspirantura və doktorantura üzrə kadr hazırlanması zəruri olan ixtisasları müəyyənləşdirir və qəbul planlarına dair rektorluğa təkliflər verir; ali məktəbin həyatı ilə bağlı olan bütün tədbirlərdə
fakültəni təmsil edir; fakültədəki tədris- köməkçi heyətin işinə nəzarət edir, onların işə qəbulu və işdən azad olunması, eləcə də rəğbətləndirilməsi və ya cəzalandırılması üçun ali məktəb rəhbərlərinə təqdimat verir; ayrı-ayrı kafedraların tədris yükünün düzgünlüyünü yoxlayıb,
onlara rəy verir; fakultədə tədris prosesinə, tərbiyə işinə və elmi tədqiqat işlərinin yerinə yetirilməsinə bilavasitə rəhbərlik edir; tədris planlarının və tədris proqramlarının həyata
keçirilməsini təmin edir; tələbələrin elmi-pedaqoji və istehsalat təcrübələrinin həyata keçirilməsi üçün şərait yaradır və onu nəzarətdə saxlayır; fakültə üzrə məşğələlərin cədvəllərinin tərtibinə rəhbərlik edir, onun optimal variantlarının təmin olunması üçün məsuliyyət daşıyır; tələbələrin müstəqil işlərinə nəzarəti təşkil edir və onların elmi fəaliyyətləri üçün şərait yaradılmasını təmin edir; tələbələrin imtahan və məqbullarının keçirilməsinə
nəzarəti təşkil edir, akademik borcları ləğv etmək üçün onlara göndəriş vərəqəsi verir və
imtahan-məqbul prosesinin normal keçirilməsinə birbaşa cavabdehlik daşıyır; tələbələri semestrdən-semestrə və kursdan-kursa keçirmək, eləcə də tələbələr sırasından xaric etmək və təkrar kursda saxlamaq
üçün rektora təqdimatlar verir; tələbələrin yekun dövlət imtahanlarına, buraxılış işlərinin və magistr dissertasiyalarının müdafiəsinə buraxılmasına icazə verir; fakultədə təhsil alan tələbələri mövcud qaydada təqaüdə təqdim edir; fakültə elmi şurasına rəhbərlik edir.
Dostları ilə paylaş: